Məncə ən böyük fərq ondan ibarətdir ki, onlarda evlenmesen belə 20-30 arasında istədiyin şəxslə münasibətdə ola bilirsə və hətta ailə üzvlərin və yaxın çevrənlə tanış edə bilirsə buna görə də heç kim sənı qınamır və olduqca normal qarşılanır ancaq bizdə əksinədi evliliyə qədər heç nə olmaz (çox teesuf ki bu mecburiyyet yalniz qizlara aiddir) ona gore de biriyle munasibetin tek yolu evlilikdi bir xanim üçün munasibetin artiq ugurlu davam etmediyi hallarda ayrilmaq mecburiiyetinde qalir
Bu şərhi yazmağa gəlirdim:) Bizim cəmiyyət, onun təsiri altında qalan ailələrimiz bizi partnerimizlə bir-birimizi yaxından tanımadan evlənməyə "məcbur edir". Evlənmədən olan çox şey "ayıbdır" çünki(((
@@cmilliyeva4101 ayıblar bir kənara. Bir insanla saf sevgi münasibətində olsan belə qarşı tərəf evlilik gözləntisinə girir. İndi kimə və necə izah edəsən ki, mən sadəcə sənlə birlikdə öyrənmək, inkişaf etmək istəyirəm, hə alınsa lap yaxşı ardını da gətirərik falan. 5-10 insanla münasibətdə olub ayrılmaq adama günah kimi gəlir. Sanki yarı yolda qoymusan. Amma əslində bəlkə də sizdə alınmayan tərəfləri görüb uzaqlaşaraq ona ən böyük yaxşılığı edirsən.
Ayibdan once Allaha imani olan şexs üçün haramdı Bu çıxış yolu deyil Bu vaxta kimi birgə yaşamadan da ailə qurub xoşbəxt olanlar çoxdu İndi bu nəyin reklamıdı ki? Evlənmədən birgə yaşayıb uyğunluğu anlayıb sonra evlənmək Bu məntiqlə neçə nəfəri dəyişməliyik?
24 yaşımda ailə qurmuşam,həm işləyirdim,həm oxuyurdum. Çox sevdiyim insanla ailə qurmuşam. 33 yaşım var ,iki övladım var,çox xoşbəxtəm,prşman da deyiləm. Əsas yaş deyil,qarşınıza əsl insan çıxmağıdı. 20 yaşında evlənib illərlə xoşbəxt yaşayan da var,35 yaşında evlənib 2-3 ilə boşanan da var. Burda xasiyyət,ağıl,məntiq,düşüncə,davranış,hörmət məsələsi var. Elə insan var ,40 yaşı var amma düşüncə tərzi elə 20-də qalıb. Sevgililərlə tanımaq üçün bir evdə yaşamaq məsələsinə isə mən normal baxmıram,"çuşkalıq" deyirsizə deyin. Bir evdə yaşasan da insanı tam tanıya bilməzsən. Evlilik zamanı və uşaqlar olan zaman müəyyən məsuliyyətlər yüklənir insana,o məsuliyyətlər yüklənmədən bir evdə yaşasanda tanımaq olmur. Nə erkən,nə gec, evliliyin ideal yaşı 25-30-du və ən əsası doğru insandı
Məndə eyni evdə yaşamağa əvvəllər yaxşı baxırdım. İndi isə düzgün hesab etmirəm. Mənə elə gəlir kişilər evlənəndən sonra öz məsuliyyətlərin daha yaxşı başa düşürlər. Qadınlar isə sevgili ola ola eyni evdə yaşayanda həyat yoldaşı fiquruna bürünürlər. Məncə eyni evdə yaşamağı təcrübə etməkdə bir təcrübədi. 4 5 illik münasibətdən sonra bunu evlənəndən sonra təcrübə etmək özüdə bir serüvenmiş kimi gəlir. Halhazırki düşüncəm budu. Dəyişədə bilər bilmirəm)
@gulbenizsalmanl3561 bəli. Eyni evdə illərlə yaşasan da,evli deyilsənsə, münasibət fərqli olur, kişinin qadına ,qadının kişiyə münasibəti fərqli olur. Yəni tam tanıya bilməzsən onsuz da,çünki məsuliyyətlər fəqlidi. Amma evli olanda bir hadisədə verəcəyin reaksiya sevgili vaxtından fərqli olacaq. Çünki evlilik sevgililikdən ciddi və məsuliyyətli işdi
Çuşkalıq deyile , bu qeyrətdən irəli gəlir, üzr istəyirəm, guya bu 5 6 kişi dəyişəcəy , hər kişi də deyəyki düşünücəyki hər şeyi yaxşıdı qoy bur yatağda da yoxluyum. Bu qeyrətsizlikdir
20 yaşlarda evlənməyin düzgün olmadığı və yalnız 30 yaşdan sonra evlənməyin doğru olduğu fikri, məsələyə səthi və dar çərçivədən yanaşmaqdır. Bu cür yanaşma, evlilik kimi ciddi bir mövzunun yalnız yaş faktoru ilə əlaqələndirilməsinin doğru olmadığını göstərir. İnsan beyninin tam formalaşması ilə bağlı iddialar doğrudur, çünki neyroloji araşdırmalar göstərir ki, prefrontal korteks - qərar qəbul etmə və məsuliyyət daşıma funksiyalarını yerinə yetirən beyin bölgəsi - 25-30 yaş arasında inkişafını tamamlayır. Lakin bu, insanların erkən yaşda həyat yoldaşı seçmək və ailə qurmaq üçün yetərsiz olduğunu iddia etməyə əsas vermir. Çünki insanın təfəkkür səviyyəsi, emosional yetkinliyi və dünyagörüşü təkcə bioloji inkişafla deyil, mədəniyyət, tərbiyə və təcrübə ilə formalaşır. Bir insanın evlənmədən əvvəl çoxlu münasibət yaşamalı, “çox görüb seçməli” olduğu fikri də ciddi şəkildə tənqid edilməlidir. Bu cür yanaşma, ailə qurmaq kimi müqəddəs bir əlaqəni sıradan bir bazar seçimi səviyyəsinə endirir. İnsan münasibətlərinin dərinliyi və mənəvi dəyəri belə sadələşdirici bir yanaşma ilə ölçülə bilməz. Evlilikdə ən vacib olan məqam, qarşılıqlı sevgi, hörmət və anlayışdır. Bir insanın həyat yoldaşını seçməsi, yalnız çox sayda münasibət qurmaqla yox, daxili təfəkkürünü və həyatdan nə istədiyini anlamaqla mümkündür. Çoxlu münasibət yaşamağın daha düzgün seçim etməyə səbəb olacağı fikri yanlışdır. Əksinə, bu, insanların münasibətlərə daha səthi yanaşmasına, emosional bağlılıq yaratmaqda çətinlik çəkməsinə və uzunmüddətli bir münasibətə hazır olmamasına səbəb ola bilər. Mövzu yaş məsələsindən çox təfəkkür və dəyərlərlə bağlıdır. Erkən yaşda evlənən bəzi insanlar xoşbəxt ailə qura bilir, çünki təfəkkürləri yetkin və məqsədləri aydındır. Digər tərəfdən, 30 yaşdan sonra evlənən, lakin münasibətlərin dəyərini anlamayan insanlar da problemlər yaşaya bilər. Yaş sadəcə bir rəqəmdir; əsas olan, insanın emosional və intellektual baxımdan yetkin olub-olmamasıdır.
Tam razıyam 50 yaşım var və bu yaşa qədər istədiyim xoşbəxt münasibətim olmayıb.Ona görə qızlarıma düzgün secim etməyi və evlilik həyatınızın mərkəzi, önəmli olmadığını başa salıram.Tez evlənib özünü məhv etməyə dəyməz.Özünüzə dəyər verin yetişin sonra evlənməyi düşünün❤
19yaşım var 18yaşında zorla evlendirməye çalışdılar universitedə gire bilmedim balım çatmadı 2ci il hazirlaşdım oz ailemi qarşıma aldim evliliye razı olmadım aprelde imtahan verecem Allahın izniyle isdiyimin ixitisasa qebul olacam və geleckede geriye donub baxanda ozum ucun ne qeder savaşdgimi nə qeder dik durgumu gorurb qorurlancam ilk dəfə bir video altinda hedeflerim ve ya evlilik meslesi haqqida yaziram o qeder gozel bir movzuya toxunmusuz ki yazmamag mumkun deyildi ailəlerimz hemse bizim yaxsilgimiz ucun çalışdıqlarını deyib bizi hemise avuturlar amma video evvelide dediyiniz kimi ailelerimiz yaxşıliğımizı isdiyiib bezen biziə boyuk tranvalar yaşada bilirler . Her evlilik movzusu acilanda hele qaçıram hele ağlıyıram amma mene verilmiş bir omru başkalarina gore 30yaşlı bir kişiyə gore mehv edecek qeder nadan deyilem ona gorə her bir qiz ozu ucun elinden geleni elemeldir cox sagolun❤❤
Mən də indiyə qədər münasibətlərimdə evlilik düşünmürdüm. Mənə deyirdilər ki, onda o doğru insan deyil ki düşünmürsən. Halbuki o münasibətlərdən 2-3 il olanları da vardı. Ancaq mən sadəcə özümü hazır hiss etmirdim. Eyni şəkildə başqa ailələrin problemlərini də özümə nümunə götürürdüm. Əslində elə bilirdim başqalarının problemlərindən bu dərəcə təsirlənmək özü bir problemdi😅. İndi həmin "daha ağıllı adam" olduğumu var sayıram. Mən indi 27 yaşındayam. Həyatımda olan insanla evlənməyi planlayırıq və uşaq isə ümumiyyətlə istəmirik. Eyni evdə yaşayıb necə davrandığını, xarakterlərimizi, aramızdakı münasibətin necə irəlilədiyini görürəm. Həyat hədəflərimiz nə dərəcə uyğunlaşır, maraqlarımız və inkişafımıza necə təsir edirik, bunları da müşahidə edə bilirik. Həmin insanın doğru insan olduğunu əvvəlki mənə uyğun olmayan münasibətlərim sayəsində anlaya bilmişəm. Mənim qarşıma 20lərin əvvəllərində çıxsaydı o vaxt yəqin ki anlaya bilməzdim. İkimizin də şəxsiyyəti bu yerdə olmazdı. Buna görə yaşanan hər şeyə minnətdaram. Bu video ümid edirəm doğru insanların qarşısına çıxar və hansısa yaşana biləcək yanlış qərarlara təsir edər🤍
Leyla xanıma cəsür və güclü bir Azərbaycan xanımı kimi pərəstiş edirəm. Səsləndirdiyi fikirlərin 90% ilə də razıyam, amma qeyri-ciddi münasibətlər nə dərəcədə çıxış yoludur, bundan əmin deyiləm...
Qeyri-ciddi münasibət dedikdə Azərbaycanda nəzərdə tutduğumuz qeyri-ciddi münasibətləri demir, 2 yerə ayırır, biri evlilik həyatı, digəri isə evlilik olmadan bir yerdə yaşamaq, birbirini tanımaq, yəni normal bir sevgililik, bu sevgililik dönəmini nəzərdə tutur qeyri-ciddi münasibət deyəndə
@@ToghrulMaharramli başa düşürəm, amma niyyət ailə qurmaqdırsa 2-ci və ya 3-cü münasibətdə artıq özünün necə biri olduğunu və necə bir partnyorla ailə qurmaq istədiyini anlaya bilərsən. Bunun üçün onlarla münasibətdə olmağa gərək yoxdur. Yenə də bu mənim fikrimdir, ola bilər ki yanılıram. Həyat və zaman göstərəcək.
çox vacib bir meselelere toxundunuz 🙌🏻🙏🏻 Zovq ile qulaq asdim. Menim 18 yaşım var,ve indi başa düşürəm ki,nə qədər şanslıyam ki ailəmdə mənim təhsilimə,dünyanı gəzməyimə,xaricə köçməyimə mənim valideynlərim hər şeydən üstün tutub dəyər veriblər 😊
Mən 21 yaşında bir gənc bir qızam. Məzun olmuşam və işləyirəm. Dediklərin o qədər doğrudur ki... 20li yaşlarda insan özünü çox itmiş hiss edir. Şəxsən mən elə idim. Yenə ara-ara hiss edirəm, amma artıq keçici olduğunun fərqindəyəm. Çevrəmizdə hər cür insan olur. Evlənən, uşağı olan, öz işini quran, xaricə gedən, heç iş tapa bilməyən, və s. Və çevrəyə baxanda sual işarəsi altında qalır insan, görəsən hansı yol düzdü deyə. Çünki bizi belə böyüdüblər, çevrəmizin xoşuna gəlməliyik, yoxsa "dışlanarıq". Və əsla heç kimə yaranmaq olmur. Ona görə də məncə hər gənc ilk öncə ailəsindən bir az da olsa aralanıb öz ayaqları üstündə durmalıdır. Çünki hər şey o qədər inkişaf edir ki, uyumlanmaq zaman alır. Dediyin bütün məsləhətlər üçün çox çox təşəkkür edirəm. Ümid edirəm gənclər olaraq bu məlumatlarların nə qədər dəyərli olduğunu anlayarıq.❤
Mən evlilik mövzusunda başı daşdan-daşa dəymiş bir qadın olaraq demək istəyirəm ki, 23 yaşımda valideynlərimin təkidi ilə qohumla ailə qurdum. O evliliyə qədər heç kimlə münasibətim də olmamışdı. Ancaq bilirdim ki, o insan mənlik deyil, sadəcə ömür çürütməyə gedirəm .Yəni demək istəyirəm, əgər təcrübə deyirsizsə, o da yox idi məndə. Boşanmağı da heç vaxt ağlımdan keçirtmədim. Çünki boşanmış qadın adından çox qorxurdum. Nə isə ailə qurdum və inanın ən pisi düşündüyüm halda bu qədərinə hazır deyildim. Və 6 aydan sonra elə həmin valideynlərim gəlib məni o evdən götürdülər. Sonra işlədim 30 yaşda ailə qurdum. Yenə də uğurlu evlilik sayılmaz. Ancaq artıq övladıma görə yürütməyə məcburam. Demək istəyirəm ki, ailə şans məsələsidir mənə görə. Yaşla heç bir əlaqəsi yoxdur. Demirəm 20 yaşda ailə qurun. Ancaq 30 da ailə quracam hər şey super olacaq deyə bir şey yoxdur.
Nənəmlə babam ölənə kimi evli qaldılar,7 uşaqları var idi,amma nənəm öləndə vəsiyyət elədi ki,onu babamın yanında dəfn etməyək.Hətta demişdi ki,qəbri çatlayacaq əyər vəsiyyətini yerinə yetirməsək.O dünyada rahat nəfəs almaq istədiyini demişdi.
Salam belke de bu yazımı oxumayacaqsiz. Menim 24yaşim var ve təssüf ki hec bir tehsilim yoxdu 9cu sinifeden cixarlmisam neye maragim oldugunu bilmirem hetta ozumu ise yaramaz hiss edirem ve men balaca bir rayonda yasayiram burda cole bele cixmag əxlaqsızlıq sayilir indiye qeder ne sosyalaşmisam nede ki bir sevgilim olub sadece elci gelen insanlarin bezen sekillerinj gorurem her neise bizde eyer ciddi bir munasibet olcagsa isin sonunda onda qarsi terefle dansmag olar ki aile beyendise bize soz dusmez amma cox vaxt gelen elcileri men istemirem deye qardasim razi olmayib hetta ciddi bir sey olcagmis kimi olanda sanki qorxuram hetta buna qonusalrimz deyir senin yasindakilarin 2usagi var evlen yavas yavas qocalirsan . Men ozumu tapmag istyrem bilmire. Nece amma etrafimdaki evliliyleri gorurem ve biraz evliliyden soyuyuram sora etarfdaki basqilara gore evlenib qurtmalg istyrem eslinde o qeder duz dediz meni yemeye aparan gezmey aparan birin istyrem bilirem cox axmagca bir davranışdi indiye qədər hec bir maddi azadligim olmayib coxda imkanli aile deyiliy bezen sadece oz pulumn olmagin istyrem ozum tek gedib kafedr oturmag kinoya gedmey yeni isanlar tanmag istyrem amma burda sixşib qalmisam.
Salam, əgər sıxışıb qalmaq isdəmirszə çabalayın hər kəsə rəğmən,məqsədiniz varsa, həqiqətən isdətirsizsə çətin də olsa bacarcaqsız Mənim anama desəydilər heç bir təhsilin olmadığı halda salon açacan,sonra kənddən çıxıb Bakıda salonun olacaq heç inanmazdıı Odur ki boyun əyməyin❤
Bilmirəm, bu mesajımı necə qarşılayacaqsan, amma bu bir məsləhət deyil, sadəcə bir tövsiyədir. 24 yaşındasan, çox gəncsən və həyatının başlanğıcındasan. İlk olaraq, heç vaxt xəyal və məqsəd qurmaqdan qorxma. Cəsarətli ol! İnternet və texnologiya dövründə yaşayırıq. Elə indi araşdırma aparmağa başla və nə olmaq istədiyini müəyyən et. Minlərlə pulsuz resurs var. Birini seç və öyrənməyə başla. Ali təhsil almaq istəyirsənsə, bu yolda ilk addımları at. Valideynlərin dəstək olursa, bu, əla bir fürsətdir. Əgər dəstək vermirlərsə, onları razı salmağa çalış. Hələ də mümkün deyilsə, başqa yollar axtar. Çünki mübarizə hər şeyin açarıdır. Bəlkə indi atdığın addımla 5 il sonra şəxsi biznesin, işin, maşının və şəxsi həyatın olacaq. “Tipik ərə gedim, uşaq doğum” kimi stereotiplərə düşmək məcburiyyətində deyilsən. Bəlkə də 5 il sonra xarici bir ölkədə təhsil alacaq, ya da arzuladığın bir işlə məşğul olacaqsan. Unutma, heç vaxt gec deyil! İndi başla və öz gələcəyini qur.
@@İnterestingspeeche.s mesajınızı çox yaxşı qarşiladim minnətdaram sizə bilirəm bəlkə də deyəcsiz bu qızdan bir şey olmaz amma indiyə qədər nəyə bacarığım olduğunu kəşf etməmişəm necə deyim riyaziyyatdan çox zeifem sonra tam dərslər haqqında bilmirəm çünkü məktəb vaxtlarin da belə tam gedmemisem sehetim də problemler olub deyə. Amma ağlımda yeməy videoları çəkməyə fikirim var amma ağlımda anacag mən bacara bilmirəm inamsızlığı var amma dediylerinzi yerinə yetirməyə çalışacam çox sağolun belkede illər sora həyatında nailiyyətlər qazanıb bura tekrardan yazacam insAllah
24yasimda aile qurmusam ve cox sevdiyim insanla.Mesele evlenmek ucun önemli oıan yas deyil,doğru insandi. Senin dilini bilen, sene deyer veren özünə həyat yoldasi axtaran bir namized olmasidir. Birde əsas məsələ tanıdıgın insanı hər zaman oldugu kimi qebul edib sizin istediyiniz namizedr cevirmek en boyuk sehv addimdir.
Cox dogru deyirsiniz.30 yasinda insanin fikirleri heqiqeten deyisir.Cox seyi yeni derk edir.Sizin fikirlerinizle tam raziyam,ancaq birlikde yasamaq meselesine geldikde,siz Amerikada yasayirsiniz ve bu orda normal bir seydi,ancaq bizim yasadigimiz muhit,dini ve milli deyerlerimiz ferqlidi.Bizde bu mumkun deyil.Yeni bu videoya baxan genclere seslenirem ki,hamisini edin ancaq birlikde yasamagi qetiyyen.Cunki bura Azerbaycandi.Bele bir sey olsa,heyatinizin daha yaxsiya yox daha da pise gedecek.
Bu xanım bir evdə qalmağa Amerikadan başlamayıb və ona görədə ona çox fərqi yoxdur. Bəzi məsləhətlərini özünə saxlasa daha yaxşıdır, yoxsa öz yolunu düzgünmüş kimi camaata danışmasın.
Maşallah sizə, subay olaraq bütün məsələni dərk etmisiz❤️ çox haqlısınız. Öz biznesi olan və 35 yaşında evlənmiş biri kimi. Evlilik tam bir yükdü. Halbuki super yoldasim var və mənə köməyi hər mövzuda var.
Commentde xanimlar ve beyler iki yere bolunur: Xanimlar tez evlendiyine gore pesmanciliq hissi yasayir. Beyler ise Leyla xanim sehf deyir ve qizlari yoldan cixardir🤣bura geder qulaq asib ancaq bunu esitmisizse heyif olsun.Bu arada Leyla tam raziyam sizinle.
Leyla xanim məhs elə bundan danışır. Kommentlərdəki kimi bəylərlə öz müstəqilliyini vacib sayan xanımlar yaşaya bilməz, evlənsələr belə o münasibət uzun çəkməz. Belə tələyə düşüb sonra peşman olmaqdansa, 100 ölçüb, bir biçmək lazımdı. Gənclərimiz evlənməyə çox tələsir, və mən gördüyüm 90% elə ilk 6 ayda peşman olur. Statistikaya görə boşanmaların bir çoxu evliliyin 1ci ili baş verir🤷🏻♀️
17 yaşımda ailəm tərəfindən onların istəyi ilə ailə qurdum.Halbuki, oxumaq istəyirdim. İndi iki oğlum var.Yoldaşım özümdən 12 yaş böyükdür.Düşüncələrimiz heç vaxt üst-üstə düşmür.problemlərimiz olur😢Tək sevindiyim oldur ki, yenidən imtahan verdim hal lazırda oxuyuram.
bravo, hazırki vəziyyəti real şəkildə görmüş biri kimi danışırsan və düşünürüəm ki, bu dedikləriniz dinləyən bir çox gəncin gözünü açar və doğru qərarlar verər. 20li yaşlarda tez evlənmək əsasda qızların buna razı olması evlənmə həvəsləri düşünürəm heçdə doğru qərar deyil çünki həyatı tam dərk etməyiblər. təssüfki bu hallar çoxdur və tez boşanma halları olur və sonrakı peşmançılıq fayda vermir.
24 yaşımda toyuma 1 ay qala nişanı atdım, çox da bomba elədim! 😂 sonra 27də ailə qurdum ki bu 30 ola bilərdi. İndi çox xoşbəxtəm və 1 qızım var (note: 30 yaşım olacaq)
Leyla, mən 17 yaşımda ailəm və qohumlarım tərəfindən istəmədiyim halda evləndirildim, ən böyük arzum olan təhsilim yarımçıq qaldı. Hal-hazırda 23 yaşım var və 1 oğlum var. Yenidən qəbul imtahanına hazırlaşıb o yarımçıq qalan arzumu gerçəkləşdirmək üçün mənə elə bir motivasiya cümləsi yazmağını xahiş edirəm ki, ayağa qalxa bilim ❤ təşəkkür edirəm, hər şey üçün ❤
Çox gözəl bir nöqtədəsiz. Həm anasız, həm də oxumaq istəyirsiz, ən gözəl nəticə çətinliklərdən keçin əldə ediləndir, inşallah əziyyətlərinizin meyvələrini yığarsız❤
Bir çoxları bəzənib-düzənib restoranda özünü mədəni aparmaqla bir birini tanıya biləcəyini sayır lakin eyni evdə olmasa, iki insan eyni məhrəm məkanı bölüşməsə bir birini həqiqətən tanımağı şübhəlidir. Ölkədəki cütlüklərin evliliyi ancaq bir-birini çöldə tanıyıb evləndikdən sonra birlikdə yaşayan iki yad insanın xəyal qırıqlığından başqa bir şey olmur.
İndi gələcək “qeyrətli kişilər” niyə deyirsiz evlənmədən öncə 4-5 nəfərlə münasibətdə olun deyə. İndidən deyim özləri evlənmədən 100 nəfər ilə münasibət yaşayıb 101-ci ilə evlənənlər burda ağıl verməsinlər. Eynisin kişilər edəndə günah olmur və “kişilik”, qadınlar edəndə isə “ namussuz” luq olur mu? Və xanım düz deyir 20-30 yaş məncə də evləniləsi yaş deyil. Şəxsi fikrim
kişilerle qadınların evolutional psixologiyaları eyni deyil. kişilerin 5 dene qızla gedib yatması ilə qadınların 5 dene oglanla yatması eyni deyil. Kişiler üçün body count deyer yükseltmesidi qadınlar üçün isə azaltmadı. və 30 yaşdan sonra evlilik kişilər üçün daha məqsədə uyğundur şünkü kişilər çalışıb vuruşduqda 30lu yaşlarda prime vaxtında olurlar. qadınlar isə 30lu yaşlardan sonra dəyər itirirlər və xasiyyətləri maskulenleşir. fizyolojik olaraqda dəyərləri düşür. qadın nə qədər gözəl olur olsun onun 20li yaşları həmişə 30lu yaşlarından daha çox istəniləndi və həmin yaşlarda daha da doğurqandı.
@@ibracorey2070Münasibətdı olduğunuz da bir qadın deyil? O da kiminsə bacısı və ya qızıdır. İki cisi isə 30 dan sonra maskulinləşmir ona deyirlər ki biziç dildə oğlanlar 20 yaşda qızı istədiyini etdirir və 20 li yaşlarda qızlar ayağı üstündə durmağı bacarmadığı üçün oğlana məcbur “qatlanır” 30 lu yaşlarda iaə kişi səhv edəndə qapını açır və həyatına qurduğu evdə davam edə bilir. Yəni “kişi” dən asılı olmadan
Mən Leylanı kəşf edəndə o 25 yaşında idi, indi mən 25 yaşımdayam) Çox sağol, Leyla^^ Ümid edirəm səninlə üz-üzə də görüşüb belə maraqlı söhbətlər etmək kimi bir fürsətimiz olar
Məncə insanlar ilk öncə özlərini yetişdirməlidir. Bəli mənim 25 yaşım var. mən evlənə bilərəm ya yox? bu sualı verməlidir. Mən Ailəmə baxa bilərəm ya yox? uşağıma yaxşı ata və ya ana ola bilərəm ya yox. və s.
Umumiyetle bu ölkede evlenmeyin basini buraxin.Ya imkan tapib kocun basga olkeye,yada burda qalirsiza evlenmeyin qeti.Yoxsa her ay qaz,isig pulunu nece verecem deye beyniniz yorulacaq,realliq budu
Necə də doğru və haqlı fikirlər! Insanlar çox zaman nəyi istəyib istəmədiklərini müəyyən etməkdə çətinlik yaşayırlar, çünkü başqalarının stereotiplərinə görə bir həyat formalaşdırırlar. Lakin reallıqlarla qarşı qarşıya qaldıqda sadəcə özlərini görürlər və təssüf ki bu çox acınacaqlı vəziyyətdir. O səbəblə də sondaki sizin güclü ya zəif olacağını seçin.
İlk öncə deyim ki, Leyla çox gözəl olmusunuz😍 Evlilik məsələsinə gəldikdə isə tam haqq verdim hal-hazırda 28 yaşım var qarşımda o qədər planlarım var ki, düşünürəm ki, evlilik (yalnış seçilmiş həyat yoldaşı) bu məqsədlərə əngəldən başqa bir şey deyil. Yalnış seçilmiş, intuisiyalarla seçilmiş həyat yoldaşı və ya ay yaşım 25i keçdi normal biri olsun evlənim kimi evliliklərin sonu çox zaman özünü bilə-bilə uçuruma atmaqdan başqa bir şey deyil.Evliliye qarşı deyiləm, ancaq 100 ölçüb 1 biçmək lazımdır.
Leyla, hər şeyi doğru deyirsən , ancaq dəyərlərdən danışıb bir neçə oğlanla bir evdə yaşayıb sonra başqası ilə evlənməyi təbliğ eləməyinlə özünümü rahatlayırsan? Bəli, gözüyumulu evlənmək olmaz , tanış olmalısan, seçim etməlisən, özünü dərk etdikdən,iş qurduqdan sonra evlənməlisən, ancaq bir neçə kişi ilə bir yerdə qalıb, sonra evlənmək əxlaqa ziddir. Əxlaq bir millətin, dövlətin dəyəridir, əxlaqlar dağıldıqdan sonra cəmiyyətlər deqrodasiyaya uğrayır.Bunu müasirlik ,azadlıq kimi təqdim etmək doğru deyil.
👏🏻tam doğru. Fəlsəfədə evlilik bir evdə yaşamaqdır onsuzda. Evlənmiş sayılır, sadəcə sənəd üstündə bu belə olmayıb sadəcə. Əxlaq anlayışı kaş yox olmasa 👏🏻❤️❤️❤️
Niyəsə elə əxlaq deyəndə ağlınıza ancaq qadın gəlir. Oğlanlar evlənmədən əvvəl az qala bütün Bakı ilə cinsi əlaqəyə girəndə niyə “əxlaq” dərsi vermirsiz bəs? Sərf etmir?
@@lilynl5998 kişilər də bunu etməməlidir. Bir qadın olaraq "kişi bütün Bakı ilə yatırsa, mən də yata bilərəm!" deməməliyik, oğul böyüdəndə ona düzgünü aşılamalıyıq. Yaxud bu yollardan keçməmiş kişi ilə ailə həyatı qurmalıyıq
Leyla men sene cox minnetdaram her weye gore. Cunki ilk novbede senin sayende travmalarim oldugunu qebul etdim. Travmalarimin ustunde iwlemeye bawladim. Duzdu men 23yawimda evlenmiwem. Ve heyat yoldawim wukurki cox mukemmel bir heyat yoldawi ve atadir. Men wansli cixdim evlilikde wukur amma her qizinda qabagina ozune uygun insan cixmir. Ve ona gore dediklerine cox qatiliram. Men uwaq vaxti her iki valideynimden widdet gormuwem ve her zaman ele insanlara qarwi meyilli olmuwam hetta yadimdadiki yetkinlik yawimda deyirdimki kiwi qadina widdet gostere biler. Vurada biler eseblewede biler falan. Sonra evlenende tamam bawqa bir xasiyyetde insan qarwima cixanda mene evvel qeribe gelirdi cox wey. Sonra seninle taniw oldum ve travmalarimin ustunde azda olsa iwledim ve heqiqeten indi ozume baxanda wok oluram ki men nece o sozleri iwletmiwem. Yoldawimda meni cox deyiwdi. Yaxsiki varsan Leyla heqiqeten. Menim ucun cox boyuk onem dawiyirsan❤
16 yaşında evlənməyə hazırlanan padruqama atacam bu videonu + sizin onun bu yaşda belə bir cəsarətli addım atmasına da paxıllıq etdiyinizi xüsusilə qeyd edəcəm (!)Ümid edirəm senin sayəndə doğru yolu tapar Leyla. Video üçün təşəkkürlər 🫶
@@madinayunisova648 ona nə qədər dil döktüm, köməklər etməyə çalışdım amma yox...hətta bir ara nişanlısı bunu görüb ona əmr etmişdi ki o qızı bloka at...aylarla danışmadıq... Bilirəm ki peşman olacaq. Hal hazırda dustaq həyatından fərqli deyil onun həyatı.
Mesele yash deyil, esas duzgun insani tapmagindir. Onu 24, 26 da tapmaq olar ve ya 30dan sonra. Bu hem de biraz shans meselesidi ;) Bir yash heddi qoymaq ki, bu yashdan sonra evlenmek lazmdi, razi deyilem. Bu menim subyektiv fikrimdi. Leylanin fikrine de hormet edirem)
Salam Leyla .25yaşım var subayam.təhsilimi bitirib işləyirəm,və bu yaşımı səyahətlərimə fokuslamışam.ətrafımda hər kəs evlənib nişanlanır.Və son zamanla düşünürdümki bəlkə düzgün olanı budu və mən gecikirəm. Beynimdə bütün fikirlər dumanlı idi.Ama bu açıqlamalarından sonra bütün fikirlərim səffaflaşdı.Və aydınlandım. Sənə çox təşəkkür edirəm❤🌸 və çox haqlısan
Leyla xanım düz deyirsiz amma baxır bunu hansı coğrafiyadan deyirsiz Çünki təəssüflər olsun ki valideynlər tərəfindən adı olmadan qurulan münasibətlər burada yaxşı qarşılanmır və min cür söz qoşulur adama(
Leyla xanım çox xahiş yeni videolar da gəlsin,özünüz görürsüz uzun müddət video atmadığınız halda yenidən bu qədər izləmə var,söhbətiniz çox yaxşı hiss etdirir,əsirgəməyin və video mükəmməl olsun deyə də düşünməyin🙏🏻
Salam Leyla,artıq uzun illərdir səni izləyirəm və gələcəyim üçün, gələcəy planlarım üçün çox müsbət təsir göstərir.Mənim elədə dostum yoxdur amma səni o qədər izləmişəm ki, çox yaxın dostum kimi görürəm səni, elə bil ki bütün sirrlərimi bilirsən və bu haqda mənə tövsiyə verirsən hissi yaradır.. Vaxt ayırıb videolar çəkdiyin üçün çox sağ ol🌸,gözəl videoların davamı gözləyirəm❤
19 yaşımda nişanlandm,20-də evləndik. İndi 3 övladımız var. O vaxtı yoldaşım dedi ki,işləməyəcəksən. Mən də razılaşdım. Həyatımın ən böyük səhvi😂😂😂. Müəllimə olmağıma baxmayaraq yoldaşım məni heç vaxt işləməyə icazə vermədi.
Evlviliklə bağlı isə düşünürəm ki, bu yenə də çox fərdi bir qərardır. 25 yaşım var, indi 21 yaşımdakı insansan tamamilə fərqli insanam. O yaşdakı məni indi evlənmək istəyən görsəm yəqin ki, bir yolunu tapıb icazə verməzdim. Amma evləndiyimiz insandan çox şey asıldıır, elə insanla evlənə bilərik ki, o bizim həyatımnıza dəyər, rəng, inkişaf qatar.
Biraz mükəmməlliyyətçi düşüncədi bəlkədə, münasibətdə olduğumuz insanlar bizə çox təsir edir, burda dost ailə və s də nəzərdə tutulur. Odur ki özümüzdə görmək istəmədiyimiz xüsusiyyətləri olan insanlarla yaxın münasibətdə olmamalıyıq. Hə bir də insanlar niyə öz "doğrularını" normallaşdırmağa çalışır?
Düşünürəm ki, hər kəs fərqlidir və bu həyatı fərqli şəkildə yaşayır. Hamı hər şeyi eyni şəkildə etmək məcburiyyətində deyil. Hər kəs üçün uyğun olan ideal yaş, ideal münasibət forması və ya ideal həyat yolu yoxdur. Bütün qaydalar hamıya keçərli olmaya bilər. Kimin üçünsə 30 yaşından sonra evlənmək doğru seçim ola bilər, başqası üçün isə 25 yaşında ailə qurmaq və uşaq sahibi olmaq daha uyğun ola bilər. Mütləq hamının həyatında kimsə olmalıdır deyə də bir şey yoxdur. Kiminlə gəldi olmaqdansa, tək qalmaq daha yaxşıdır. Əsas olan yaşa deyil, ehtiyaca fokuslanmaqdır. İnsan, öz dəyərləri, arzuları və ehtiyaclarına uyğun seçimlər etməlidir. ❤
munasibet yasamaq neye deyirsiz? cinsi munasibet? dunyanin her yerinde sen her gun ferqli insanla cinsi munasibet qurursansa bunun adi eynidi xanim, normal deyil yeni :))
Salam Leyla....mən Neftçala rayonundan yazıram❤ Adım Təranədi....çox gözəl nitq etdin. Çox düzgün danışırsan okey❤amma çox heyf olsun ki sənin dediyin qədər dediyin kimi azadlıq sərbəstlik yoxdu....nə qızlarçın nə də oğlanlarçın💛çox sağ ol ağıllı nitqinə görə
Sizi başa düşdüm, məndə gənc yaşda evliliyə razı deyləm. Ama bura Amerika deyil, gənc qızlarımız gedib 5-10 nəfərlə yatsın dursun, sonra da yaxşı bir oğlan tapıb ona ərə getsin. Nə dediyizin fərqində deylsiniz yəqin. Tamam, razıyam özünü dərk eləsin, savadını artırsın, karyerasını qursun,həyatın gedişatını anlasın sonra ailə qursun. Ama 5-10 nəfər hansısa yiyəsini tanımayanlarla münasibət qurmağı düzgün deyil. Hansı qız atası buna razı olar
17 yaşımda qarşıma biri çıxdı, böyüyüb evlənək oxuma, işləmə, mən sənə baxaram deyən biri idi. mən bunlara razi olacaq biri deyildim, sadəcə mənə həddindən artıq qayğı verib, sevirdi. əsil kişi olduğunu hiss etdirirdi. nəysə mən bununla ayrıldım, çox çətin olsada senin videolarin o zaman mənə çox motivasiya oldu. hazırlığa getməyə pulumuz yox idi, self study ilə ingiliscə öyrənib Avropaya gəldim təhsil almağa. gəldim bura, fərqli millətlərarası flörtlerim oldu amma heç biri Azərbaycan kişisi kimi hiss etdirmirdi. ondan ayrilanda ağlımda sadəcə xariciler ile münasibət qurmaq vardı. sonra xaricilər mənə aşırı Relax gəldiyinə görə indide Azərbaycanli ilə həyatıma davam etmək istəyirəm, ingiliscəni ne qədər yaxşı bilsemde menim şəxsiyyətimin böyük hissisini Azərbaycan dili təşkil edir. öz dilimde, öz abu havamla yaşamaq istəyirəm. bilirəmki bizimkilərdən də normal düşüncəli olanı tapmaq çox çətindir. belə qəribə bir vəziyyətdəyəm indi😂😂
xetrine deymesin ama seninle evlenecek adama yazığım geldi. yaxşı bir adamı atdın gedib acığa avropalılarla date etdin sonrada qayıdırsan ki həqiqi kişi istirem☠
@ibracorey2070 yaxşı adam?? söhbət mənim həyatımdan gedir, xəyallarımdan gedir. oxuma, işləmə, evdə otur, mənsiz çölə çıxmaq olmaz, qısa geyinmək olmaz birinin niyyəti yaxşı belə olsa, həyatımı yaxşılığa qurban verə bilməzdim
@@bestt8926 her cur xeyallarin veya isteklerin ola biləre prosta hemishe istediyin kimi getmez. Sen özünə qərar da verə bilərsənki 20li yaşlarımda gedim partiliyim flo ridada bütün alfalarnan gezim eylenim ama sonra onun neticeleride var 30 lu yaşlarında uje senin istediyin yüksək dəyər kişilər seni istəməyəcək. Bu qısa geyinmek teması nediye hec basha dushmurem. Niye evli olub basqalarindan diqqet celb etmeyi isteyesen. Neticede o qısa geyimlər kişi cəlb edir.
20 ,25 və hətta 28 yaşda fərqli düşüncələr olur .İndi 31 yaşım olacaq və mən artıq 3 il əvvəl düşündüyüm kimi düşünmürəm və 3-4 il əvvəl danışdığım və görüşdüyüm insanla indi heç vaxt zamanımı itirməzdim .30 yaşadək oxumaq ,təhsil almaq lazımdı ,işləmək və imkan daxilində dünya görmək .Dünyaya uşaq gətirəndə ona nə verə bilərəm sualı vermək lazımdı.
Nə gözəl danışırsınız, Leylaaaa✨ Xarici millətdən olan şəxslə münasibətin Azərbayxanlı şəxslə olan münasibətlərdən nə kimi fərqləri var? Ona aid bir videoda çəkə bilərsinizmi✨
Məncə hər şeyin təməli normal ailə və təhsildən gəlir. Çox çox təəsüf ki, Azərbaycanda “normal” ailə anlayışı çox azdır. Məncə bir insan psixolojik baxımdan sağlamdırsa, maddi azadlığı, təhsili varsa əlbəttə ki doğru insanla evlənə bilər. Amma əsas məsələlərdən biri də bu doğru insanı tapmaqdır. Və evlənsək belə hər şeyin fərqində olmaq lazımdır, evlənən kimi uşaq etmək məntiqsizdir. Ailələr də gərək övladlarına bunları başa salsın, ən önəmlisi isə hər qərarında (ayrılmaq vs) yanında olduğunu hiss etdirsin və etsin. Bu xüsusilə də qız övladları üçün keçərlidir. Amma bizimkilər o evdən sadəcə meyidin çıxa bilər deyir, qızlarından çox millət nə deyər,adımız çıxar deyə düşünür. Biz millət, mentalitet olaraq çox geridəyik, hətta bəlkə də çox insanda inkişaf belə yoxdur. Evlilik qədər ayrılmaq da normaldır, ama anlamaq istəmirlər. Çevrəmdə o qədər insan olub ki görücü üsulu ilə evləndirilib, heç nişanlısı ilə söhbət etmə şansı belə olmayıb. Sonra o insanın səhv biri olduğunu biləndə nişanı atmağa da qoymayıblar. Çünki ayıbdır :D İndi isə onlara baxıram o qədər xoşbəxt deyillər ki… Hər birinin də 3-4 uşağı, onlar üçün yaşamağa çalışırlar. Bu cəmiyyət biz qadınlara çox şey borcludur. Bu gün qızına ayrı oğluna ayrı davranan insanlar düşünmür ki eyni şeyi əvvəl özü də yaşayıb. Çox ana öz qızlarını qısqanır içdən içə. Özü ailə, toplum basqısından heç nə edə bilmədiyi üçün indi də qızlarına həyatı zindan edir. (Kişilərin də bunda rolu böyükdür) Psixoloqa getmək isə yenə ağıllara gəlmir, çünki heç kim “xəstə” olduğunu düşünmür. Qızlarının isə tək istədiyi onlardan qurtulmaqdı. Bunu da çox vaxt evlilikdə görürlər. Lakin nəticə yenə də ürək açan olmur. Hər insan özünü dəyişməyə çalışmadan biz çətin dəyişək. Xoşbəxtlik anlayışı o qədər uzaqdır ki çox ailəyə… Əslində isə ailə doğru şəkildə qurulanda, hər iki tərəf bir birinə sevgi və hörmətlə yanaşanda, hər zaman bir birini anlamağa çalışanda və münasibətə 3-cü şəxsi (ana,ata, dost vs) qoymayanda məncə gözəl bir şeydir.
Mənim 26 yaşım var və iki evladım var Həyat yoldaşımla Xoşbəxtəm amma belə birşey var,mən 19 yaşımda evləndim 23 yaşımda Ana oldum hərşey oqədər çətin idi Ana olmaq uşağa baxmaq bir tərəfdən yaşadığım yer başqa ölkə idi dil bilmirdim.Sadəcə deyə bilərəm ki Azərbaycanda qız dünyaya gələn kimi o qızın Cehizini,namusunu və orta məktəbi qurtaran kimi ərə verməyi düşünürlər hamıda eyni fikirdi,heç vaxt demirlər oxu heç vaxt demirlər Evlənmək ana olmaq başqa insanla yaşamaq böyük məsuliyət daşıyır.hətta yadıma gəlir bir qız varıydı 14 yaşında nişanlandı 16 yaşındada evləndi elə sevinirdilər ki Ailəsi elə bil böyük uğur əldə ediblər.eh danış danış bu mövzu çox uzun mövzudu
Baxıram, hələ də, sizin dediklərinizi anlamayanlar necə də çoxdur. Bəli, ola bilər kimdəsə tez yaşda ailə qurub və xoşbəxt olub,bu daha çox şans gətirmək məsələsidir. Axı minlərlə erkən yaşda özünü tanımadan ərə gedən evlənənlər var. Məncə hələ də özünü əsl daxili aləmini kəşf etməmiş insanlar elə evləndiləri insanın da tam ona uyğun olduğunu düşünürlər. 31 yaşım var ailəliyəm, 2 uşağım var, amma hələ də özümü inkişafla məşğulumam.
Salam fikirlərinizə hörmətlə yanaşıram ama məncə evlilikdə yaş rol oynamır çünki əsas şəxsiyyətin formalaşmasıdır bu zaman yaş mühüm rol oynamır təcrübə,şəxsi inkişaf və həyatın gətirdiyi sınağlarla bağlıdır. Bəzi insanlar daha tez bəziləri isə daha gec olqunlaşırlar.Birdə indiki dövrdə hər şey hazır, mükəmməl olmalıdırki evlənək deyirlər çoxsu. Amma çətinliklər ailəni daha da möhkəm edir. Rahat olanda hər şey o ailədən vaz geçmək daha rahat olur. 20+ yaşdan sonra evlənmək yaxşıdır deyə düşünürəm. 17-18-19-20 yaşlarda evlənməyi məndə dəstəkləmirəm.Onu da qeyd edimki 18 yaşım var belə düşünürəm,bu düşüncə ola bilsinki zamanla dəyişə bilər❤
Çox sağ olun yaxşı ki, bu videonu çəkmisiz. Türklər demiş iyi akıl etmişsin millətin gözü açılar bəlkə)) 20 nədi 16 yaşında ərə gedənlər var. Burada valideyinlərin də günahı olur bəzən məcbur edirlər. Olgunlaşmadan evlənəndən sonra o evlilikdə ciddi problemlər çıxır və sonu ayrılıqla bitir. Həmdə ki, gəncliyinin tamamını hələ bu mövzularda cahil ikən ailə uşağa xərcləmək yanlışdır fikrimcə.
Eyni evdə yaşamaq xaric dediyi hər şey bizim mentalitetə uyur. Sevgili olun, danışın görüşün, azərbaycan bəyəm əfqanıstandı? İlk gördüyünüz oğlanı görüb evlənməyin mentalitetlə əlaqəsi yoxdu. Bunu edib peşman olan alman da var amerikalı da.
Salam , əsasən fikirlərinlə raziyam, maddiyyat önəmlidir. Dövlət uşaqlara və gənclərə qayğı göstərsə , maddi ehtiyac səbəbindən evlilik təxirə salınmaz.Amma belə bir problemimiz var ki, indi gənclər ümumiyyətlə evlənməkdən soyuyub. O ki qaldı, birgə yaşama ,bizim milli və dini dəyərimizə ziddir , amma tanışlıq ola bilər. Səni çoxdan izləyirəm , bəyənirəm də .Amma dini fikirlərimiz üst-üstə düşmür, arzu edirəm ki, anlayasan ki , dini görüşündə yanılırsan.
Siz Amerikada yaşan biri olaraq sizə asand ola bilər hər dönəm bir insanla sadəcə sınamaq bizdə alınıb alınmayacağına yaxuda eyni evdə yaşayıb onu daha yaxınan tanımaq kimi şansınız ola bilər həmdə işin gücün müəyən uğurların öz sərbəstliyin var amma bu saydığlarım Azərbaycanda 10 qadınan 2 bacarar birinə min ad vererlər birinində şans yaxşı olar ya olmaz inanın Azərbaycanda 20 yaşındada 30 yaşında 40 yaşındada ailə qursan hardasa eyni seyləri yaşayırsan doğulduğun yer qismətindir deyə bir söz var həüiqətəndə elədir siz Azərbaycanda doğulsanızda yaşadığınız yeri dəyişmək kimi bir şansınız yada seciminiz olub
Mən uşaqlarımın atasını 19 yaşında seçdim. 27 yaşım var dünyanın ən yaxşı atasını seçmişəm. Yaxşı ki uşaqların atası odur. Bəlkə ikili münasibətdə müəyyən problemlər var, amma ata kimi əsil ata.
Salam. Qızım sadəcə dar çərçivədə sənin subyektiv fikrindi. TİBB elmi deyirki indi qızların yumurtaları 30 dan sonra 90 faizini itirir. 10 faizdə qalıb Allaha. Ən normalı 25 -30 arasıdı. Allahın əmridi insan törəməlidi. Çox dərinnən qanmadığın sosial məsələlərə burnunu soxma.
Eksine planlanmamis is ve heyat bezen daha uqurlu olub mende tecrubemi qeyd edirem . problemler ise mene guc ve tecrube qazandirib ...bosanma yaxud uqursuzluq heyatin ozudur bundan yayinmaq olmaz 😊
Niyə gəncləri səhv istiqamətdə yönəldirsiz 30 yaşda evlənmişəm amma deyirəm kaş 20 yaşda evlənərdim. Tez evlənəndə uşaq da nənənin babanın qucağında böyüyür. 30 dan sonra əvvəlki enerji qalmır insanda . Həm də 30 sonra artıq evlənmək istəmirsən çünki əqil inkişaf edir həm Maddi cəhətdən, həm də mənəvi cəhətdən evliliyin problemləri sənin gözündə böyüyür və imtina edirsən.
Chox individual mesele oldugunu dushunurem. Bu qerar shansla ve evliliye hazir olub olmamaqla elaqelidir. Kimisi hech vaxt hazir hiss etmir, kiminin qarshisina dogru insan chixmir ya da chixdigini hiss etmir. Evlilik risli biznes kimidir. Ne qeder chox hesablasan da riskleri yene de deqiq bilmek mumkun deyil ne olacagini ona gore de bir az shans ve bir az “gut feeling”-le hiss edirsen. Universal qaydasi yoxdur.
Leylaya əhsən! Bir oğlan başqa nə istiyə bilərki? Mənə yaza bilərsiz qızlar. Birgə gəncliyin dadını çıxardaq, təcrübə qazanaq. Söz verirəm evlənməy isdəmiyəcəm😂
Bu da özünə görə bir kişinin qızıdır, qardaşın bacısıdır, mən artıq söz demək istəmirəm. Qısaca deyimki 30 yaşına qədər bir çox münasibət yaşayın və təcrübələnin fikriylə həyat yaşayan qız da oğlan da qeyrətsizdir, namussuzdur, bunun başqa ifadəsi yoxdur. Bucür həyat tərzi yalnız avropada, amerikada, latın amerika ölkələrində var və onlarda ailə anlayışı da hər kəs yaxşı bilir. Bu videoda isə, ağıl da, məntiq də, ədəb də həya da yoxdur, yalnız namussuzluq və qeyrətsizlik var
Namusuzluk, basga bir seydi. Meselem gizinizi boyudub eri verirsiz, o da sizin giziniza heyat boyu heyanet edir. Ya da sizin giziniz bedbaxt olduguna gore zombi kimi heyat surur. Ne zaman Azerbaycanlilar basa dusecek ki, bu dusunse kecmis esirlerde galib. Indi, gadin da kisi de hosbext olmak isteyir, heyati sevmeyen bir insanla nece yasamak olar, hec bir hasiyet hususiyetini bele doze bilmirsen.
Məncə ən böyük fərq ondan ibarətdir ki, onlarda evlenmesen belə 20-30 arasında istədiyin şəxslə münasibətdə ola bilirsə və hətta ailə üzvlərin və yaxın çevrənlə tanış edə bilirsə buna görə də heç kim sənı qınamır və olduqca normal qarşılanır ancaq bizdə əksinədi evliliyə qədər heç nə olmaz (çox teesuf ki bu mecburiyyet yalniz qizlara aiddir) ona gore de biriyle munasibetin tek yolu evlilikdi bir xanim üçün munasibetin artiq ugurlu davam etmediyi hallarda ayrilmaq mecburiiyetinde qalir
💯
Bu şərhi yazmağa gəlirdim:) Bizim cəmiyyət, onun təsiri altında qalan ailələrimiz bizi partnerimizlə bir-birimizi yaxından tanımadan evlənməyə "məcbur edir". Evlənmədən olan çox şey "ayıbdır" çünki(((
@@cmilliyeva4101 ayıblar bir kənara. Bir insanla saf sevgi münasibətində olsan belə qarşı tərəf evlilik gözləntisinə girir. İndi kimə və necə izah edəsən ki, mən sadəcə sənlə birlikdə öyrənmək, inkişaf etmək istəyirəm, hə alınsa lap yaxşı ardını da gətirərik falan. 5-10 insanla münasibətdə olub ayrılmaq adama günah kimi gəlir. Sanki yarı yolda qoymusan. Amma əslində bəlkə də sizdə alınmayan tərəfləri görüb uzaqlaşaraq ona ən böyük yaxşılığı edirsən.
📛 Əgər kasib isən Azərbaycanda övlad sahibi olmaq böyük ağılsızlıq vicdansızlıqdı ❗️
Ayibdan once Allaha imani olan şexs üçün haramdı
Bu çıxış yolu deyil
Bu vaxta kimi birgə yaşamadan da ailə qurub xoşbəxt olanlar çoxdu
İndi bu nəyin reklamıdı ki?
Evlənmədən birgə yaşayıb uyğunluğu anlayıb sonra evlənmək
Bu məntiqlə neçə nəfəri dəyişməliyik?
24 yaşımda ailə qurmuşam,həm işləyirdim,həm oxuyurdum. Çox sevdiyim insanla ailə qurmuşam. 33 yaşım var ,iki övladım var,çox xoşbəxtəm,prşman da deyiləm. Əsas yaş deyil,qarşınıza əsl insan çıxmağıdı. 20 yaşında evlənib illərlə xoşbəxt yaşayan da var,35 yaşında evlənib 2-3 ilə boşanan da var. Burda xasiyyət,ağıl,məntiq,düşüncə,davranış,hörmət məsələsi var. Elə insan var ,40 yaşı var amma düşüncə tərzi elə 20-də qalıb.
Sevgililərlə tanımaq üçün bir evdə yaşamaq məsələsinə isə mən normal baxmıram,"çuşkalıq" deyirsizə deyin. Bir evdə yaşasan da insanı tam tanıya bilməzsən. Evlilik zamanı və uşaqlar olan zaman müəyyən məsuliyyətlər yüklənir insana,o məsuliyyətlər yüklənmədən bir evdə yaşasanda tanımaq olmur. Nə erkən,nə gec, evliliyin ideal yaşı 25-30-du və ən əsası doğru insandı
Məndə eyni evdə yaşamağa əvvəllər yaxşı baxırdım. İndi isə düzgün hesab etmirəm. Mənə elə gəlir kişilər evlənəndən sonra öz məsuliyyətlərin daha yaxşı başa düşürlər. Qadınlar isə sevgili ola ola eyni evdə yaşayanda həyat yoldaşı fiquruna bürünürlər. Məncə eyni evdə yaşamağı təcrübə etməkdə bir təcrübədi. 4 5 illik münasibətdən sonra bunu evlənəndən sonra təcrübə etmək özüdə bir serüvenmiş kimi gəlir. Halhazırki düşüncəm budu. Dəyişədə bilər bilmirəm)
@@gulbenizsalmanl3561 düzdü mənde o qədər normal qarşılamiram amma qalanlarda hörmetle yanaşıram❤️
@gulbenizsalmanl3561 bəli. Eyni evdə illərlə yaşasan da,evli deyilsənsə, münasibət fərqli olur, kişinin qadına ,qadının kişiyə münasibəti fərqli olur. Yəni tam tanıya bilməzsən onsuz da,çünki məsuliyyətlər fəqlidi. Amma evli olanda bir hadisədə verəcəyin reaksiya sevgili vaxtından fərqli olacaq. Çünki evlilik sevgililikdən ciddi və məsuliyyətli işdi
Çuşkalıq deyile , bu qeyrətdən irəli gəlir, üzr istəyirəm, guya bu 5 6 kişi dəyişəcəy , hər kişi də deyəyki düşünücəyki hər şeyi yaxşıdı qoy bur yatağda da yoxluyum. Bu qeyrətsizlikdir
Çox doğru vurğulamısınız
20 yaşlarda evlənməyin düzgün olmadığı və yalnız 30 yaşdan sonra evlənməyin doğru olduğu fikri, məsələyə səthi və dar çərçivədən yanaşmaqdır. Bu cür yanaşma, evlilik kimi ciddi bir mövzunun yalnız yaş faktoru ilə əlaqələndirilməsinin doğru olmadığını göstərir. İnsan beyninin tam formalaşması ilə bağlı iddialar doğrudur, çünki neyroloji araşdırmalar göstərir ki, prefrontal korteks - qərar qəbul etmə və məsuliyyət daşıma funksiyalarını yerinə yetirən beyin bölgəsi - 25-30 yaş arasında inkişafını tamamlayır. Lakin bu, insanların erkən yaşda həyat yoldaşı seçmək və ailə qurmaq üçün yetərsiz olduğunu iddia etməyə əsas vermir. Çünki insanın təfəkkür səviyyəsi, emosional yetkinliyi və dünyagörüşü təkcə bioloji inkişafla deyil, mədəniyyət, tərbiyə və təcrübə ilə formalaşır. Bir insanın evlənmədən əvvəl çoxlu münasibət yaşamalı, “çox görüb seçməli” olduğu fikri də ciddi şəkildə tənqid edilməlidir. Bu cür yanaşma, ailə qurmaq kimi müqəddəs bir əlaqəni sıradan bir bazar seçimi səviyyəsinə endirir. İnsan münasibətlərinin dərinliyi və mənəvi dəyəri belə sadələşdirici bir yanaşma ilə ölçülə bilməz. Evlilikdə ən vacib olan məqam, qarşılıqlı sevgi, hörmət və anlayışdır. Bir insanın həyat yoldaşını seçməsi, yalnız çox sayda münasibət qurmaqla yox, daxili təfəkkürünü və həyatdan nə istədiyini anlamaqla mümkündür. Çoxlu münasibət yaşamağın daha düzgün seçim etməyə səbəb olacağı fikri yanlışdır. Əksinə, bu, insanların münasibətlərə daha səthi yanaşmasına, emosional bağlılıq yaratmaqda çətinlik çəkməsinə və uzunmüddətli bir münasibətə hazır olmamasına səbəb ola bilər. Mövzu yaş məsələsindən çox təfəkkür və dəyərlərlə bağlıdır. Erkən yaşda evlənən bəzi insanlar xoşbəxt ailə qura bilir, çünki təfəkkürləri yetkin və məqsədləri aydındır. Digər tərəfdən, 30 yaşdan sonra evlənən, lakin münasibətlərin dəyərini anlamayan insanlar da problemlər yaşaya bilər. Yaş sadəcə bir rəqəmdir; əsas olan, insanın emosional və intellektual baxımdan yetkin olub-olmamasıdır.
Mencede çox münasibetde insanin özününde deyersiz olduqunu düsünürem yeni insan özünü bikirse özüne uyqun insanida bilmelidir ,menim fikrimdir
Tam razıyam 50 yaşım var və bu yaşa qədər istədiyim xoşbəxt münasibətim olmayıb.Ona görə qızlarıma düzgün secim etməyi və evlilik həyatınızın mərkəzi, önəmli olmadığını başa salıram.Tez evlənib özünü məhv etməyə dəyməz.Özünüzə dəyər verin yetişin sonra evlənməyi düşünün❤
19yaşım var 18yaşında zorla evlendirməye çalışdılar universitedə gire bilmedim balım çatmadı 2ci il hazirlaşdım oz ailemi qarşıma aldim evliliye razı olmadım aprelde imtahan verecem Allahın izniyle isdiyimin ixitisasa qebul olacam və geleckede geriye donub baxanda ozum ucun ne qeder savaşdgimi nə qeder dik durgumu gorurb qorurlancam ilk dəfə bir video altinda hedeflerim ve ya evlilik meslesi haqqida yaziram o qeder gozel bir movzuya toxunmusuz ki yazmamag mumkun deyildi ailəlerimz hemse bizim yaxsilgimiz ucun çalışdıqlarını deyib bizi hemise avuturlar amma video evvelide dediyiniz kimi ailelerimiz yaxşıliğımizı isdiyiib bezen biziə boyuk tranvalar yaşada bilirler . Her evlilik movzusu acilanda hele qaçıram hele ağlıyıram amma mene verilmiş bir omru başkalarina gore 30yaşlı bir kişiyə gore mehv edecek qeder nadan deyilem ona gorə her bir qiz ozu ucun elinden geleni elemeldir cox sagolun❤❤
İnşaAllah qəbul olarsınız❤
@himova-f2 Çoxxx sagolun❤
İnşAllah senin üçün en xeyirlisi olan qəbul olman qismət olsun Amin ❤
Məndə verəcəm 6 aprel inşallah yaxşı olar, Martın ikisindəki imtahandan bilinəcək ki növbəti imtahan necə olacaq
@@SuraKerimov beli çətinliyini ölçə bilərik🤍
Mən də indiyə qədər münasibətlərimdə evlilik düşünmürdüm. Mənə deyirdilər ki, onda o doğru insan deyil ki düşünmürsən. Halbuki o münasibətlərdən 2-3 il olanları da vardı. Ancaq mən sadəcə özümü hazır hiss etmirdim. Eyni şəkildə başqa ailələrin problemlərini də özümə nümunə götürürdüm. Əslində elə bilirdim başqalarının problemlərindən bu dərəcə təsirlənmək özü bir problemdi😅. İndi həmin "daha ağıllı adam" olduğumu var sayıram. Mən indi 27 yaşındayam. Həyatımda olan insanla evlənməyi planlayırıq və uşaq isə ümumiyyətlə istəmirik. Eyni evdə yaşayıb necə davrandığını, xarakterlərimizi, aramızdakı münasibətin necə irəlilədiyini görürəm. Həyat hədəflərimiz nə dərəcə uyğunlaşır, maraqlarımız və inkişafımıza necə təsir edirik, bunları da müşahidə edə bilirik. Həmin insanın doğru insan olduğunu əvvəlki mənə uyğun olmayan münasibətlərim sayəsində anlaya bilmişəm. Mənim qarşıma 20lərin əvvəllərində çıxsaydı o vaxt yəqin ki anlaya bilməzdim. İkimizin də şəxsiyyəti bu yerdə olmazdı. Buna görə yaşanan hər şeyə minnətdaram. Bu video ümid edirəm doğru insanların qarşısına çıxar və hansısa yaşana biləcək yanlış qərarlara təsir edər🤍
Eyni evdə yaşamasaz birini tanıya biımirsiz?
@kenanguliyev9735 bilirik
@@kenanguliyev9735 bilirik
@@kenanguliyev9735 bilirik
@kenanguliyev9735 bilirik
Leyla xanıma cəsür və güclü bir Azərbaycan xanımı kimi pərəstiş edirəm. Səsləndirdiyi fikirlərin 90% ilə də razıyam, amma qeyri-ciddi münasibətlər nə dərəcədə çıxış yoludur, bundan əmin deyiləm...
Qeyri-ciddi münasibət dedikdə Azərbaycanda nəzərdə tutduğumuz qeyri-ciddi münasibətləri demir, 2 yerə ayırır, biri evlilik həyatı, digəri isə evlilik olmadan bir yerdə yaşamaq, birbirini tanımaq, yəni normal bir sevgililik, bu sevgililik dönəmini nəzərdə tutur qeyri-ciddi münasibət deyəndə
@@ToghrulMaharramli başa düşürəm, amma niyyət ailə qurmaqdırsa 2-ci və ya 3-cü münasibətdə artıq özünün necə biri olduğunu və necə bir partnyorla ailə qurmaq istədiyini anlaya bilərsən. Bunun üçün onlarla münasibətdə olmağa gərək yoxdur. Yenə də bu mənim fikrimdir, ola bilər ki yanılıram. Həyat və zaman göstərəcək.
@@shamonoise ferqli insanlar uchun ferqli say ola biler. Size 2-3 kifayet edirse hamida eledir demek deyil.
Çox haqqlısan. 25 yaşında ailə qurdum, amma 30 yaşımda hər şeyi dərk ettim. İndi öz daxili səsimlə həyatıma yön verirəm.
çox vacib bir meselelere toxundunuz 🙌🏻🙏🏻 Zovq ile qulaq asdim. Menim 18 yaşım var,ve indi başa düşürəm ki,nə qədər şanslıyam ki ailəmdə mənim təhsilimə,dünyanı gəzməyimə,xaricə köçməyimə mənim valideynlərim hər şeydən üstün tutub dəyər veriblər 😊
Mən 21 yaşında bir gənc bir qızam. Məzun olmuşam və işləyirəm. Dediklərin o qədər doğrudur ki... 20li yaşlarda insan özünü çox itmiş hiss edir. Şəxsən mən elə idim. Yenə ara-ara hiss edirəm, amma artıq keçici olduğunun fərqindəyəm. Çevrəmizdə hər cür insan olur. Evlənən, uşağı olan, öz işini quran, xaricə gedən, heç iş tapa bilməyən, və s. Və çevrəyə baxanda sual işarəsi altında qalır insan, görəsən hansı yol düzdü deyə. Çünki bizi belə böyüdüblər, çevrəmizin xoşuna gəlməliyik, yoxsa "dışlanarıq". Və əsla heç kimə yaranmaq olmur. Ona görə də məncə hər gənc ilk öncə ailəsindən bir az da olsa aralanıb öz ayaqları üstündə durmalıdır. Çünki hər şey o qədər inkişaf edir ki, uyumlanmaq zaman alır.
Dediyin bütün məsləhətlər üçün çox çox təşəkkür edirəm. Ümid edirəm gənclər olaraq bu məlumatlarların nə qədər dəyərli olduğunu anlayarıq.❤
Mən evlilik mövzusunda başı daşdan-daşa dəymiş bir qadın olaraq demək istəyirəm ki, 23 yaşımda valideynlərimin təkidi ilə qohumla ailə qurdum. O evliliyə qədər heç kimlə münasibətim də olmamışdı. Ancaq bilirdim ki, o insan mənlik deyil, sadəcə ömür çürütməyə gedirəm .Yəni demək istəyirəm, əgər təcrübə deyirsizsə, o da yox idi məndə. Boşanmağı da heç vaxt ağlımdan keçirtmədim. Çünki boşanmış qadın adından çox qorxurdum. Nə isə ailə qurdum və inanın ən pisi düşündüyüm halda bu qədərinə hazır deyildim. Və 6 aydan sonra elə həmin valideynlərim gəlib məni o evdən götürdülər. Sonra işlədim 30 yaşda ailə qurdum. Yenə də uğurlu evlilik sayılmaz. Ancaq artıq övladıma görə yürütməyə məcburam. Demək istəyirəm ki, ailə şans məsələsidir mənə görə. Yaşla heç bir əlaqəsi yoxdur. Demirəm 20 yaşda ailə qurun. Ancaq 30 da ailə quracam hər şey super olacaq deyə bir şey yoxdur.
Tamamilə doğru məndə 23 yaşında ailə qurmuşam 15 ailəli olaraq bu fikrinizi həsdikləyirəm
Nənəmlə babam ölənə kimi evli qaldılar,7 uşaqları var idi,amma nənəm öləndə vəsiyyət elədi ki,onu babamın yanında dəfn etməyək.Hətta demişdi ki,qəbri çatlayacaq əyər vəsiyyətini yerinə yetirməsək.O dünyada rahat nəfəs almaq istədiyini demişdi.
Booy niyəki🙄🙄🙄
@@nargizkarimova2288sənin sualın daha qəribədi
Sizcə niyə? @@nargizkarimova2288
Salam belke de bu yazımı oxumayacaqsiz. Menim 24yaşim var ve təssüf ki hec bir tehsilim yoxdu 9cu sinifeden cixarlmisam neye maragim oldugunu bilmirem hetta ozumu ise yaramaz hiss edirem ve men balaca bir rayonda yasayiram burda cole bele cixmag əxlaqsızlıq sayilir indiye qeder ne sosyalaşmisam nede ki bir sevgilim olub sadece elci gelen insanlarin bezen sekillerinj gorurem her neise bizde eyer ciddi bir munasibet olcagsa isin sonunda onda qarsi terefle dansmag olar ki aile beyendise bize soz dusmez amma cox vaxt gelen elcileri men istemirem deye qardasim razi olmayib hetta ciddi bir sey olcagmis kimi olanda sanki qorxuram hetta buna qonusalrimz deyir senin yasindakilarin 2usagi var evlen yavas yavas qocalirsan . Men ozumu tapmag istyrem bilmire. Nece amma etrafimdaki evliliyleri gorurem ve biraz evliliyden soyuyuram sora etarfdaki basqilara gore evlenib qurtmalg istyrem eslinde o qeder duz dediz meni yemeye aparan gezmey aparan birin istyrem bilirem cox axmagca bir davranışdi indiye qədər hec bir maddi azadligim olmayib coxda imkanli aile deyiliy bezen sadece oz pulumn olmagin istyrem ozum tek gedib kafedr oturmag kinoya gedmey yeni isanlar tanmag istyrem amma burda sixşib qalmisam.
Salam, əgər sıxışıb qalmaq isdəmirszə çabalayın hər kəsə rəğmən,məqsədiniz varsa, həqiqətən isdətirsizsə çətin də olsa bacarcaqsız
Mənim anama desəydilər heç bir təhsilin olmadığı halda salon açacan,sonra kənddən çıxıb Bakıda salonun olacaq heç inanmazdıı
Odur ki boyun əyməyin❤
@lmanvliyeva1950 təşəkkürlər belə mativasyali sözlərinizə görə məndə inanıram bir gün xəyallarımı reallaşdıracam💙💙
Bilmirəm, bu mesajımı necə qarşılayacaqsan, amma bu bir məsləhət deyil, sadəcə bir tövsiyədir. 24 yaşındasan, çox gəncsən və həyatının başlanğıcındasan. İlk olaraq, heç vaxt xəyal və məqsəd qurmaqdan qorxma. Cəsarətli ol!
İnternet və texnologiya dövründə yaşayırıq. Elə indi araşdırma aparmağa başla və nə olmaq istədiyini müəyyən et. Minlərlə pulsuz resurs var. Birini seç və öyrənməyə başla. Ali təhsil almaq istəyirsənsə, bu yolda ilk addımları at. Valideynlərin dəstək olursa, bu, əla bir fürsətdir. Əgər dəstək vermirlərsə, onları razı salmağa çalış. Hələ də mümkün deyilsə, başqa yollar axtar. Çünki mübarizə hər şeyin açarıdır.
Bəlkə indi atdığın addımla 5 il sonra şəxsi biznesin, işin, maşının və şəxsi həyatın olacaq. “Tipik ərə gedim, uşaq doğum” kimi stereotiplərə düşmək məcburiyyətində deyilsən. Bəlkə də 5 il sonra xarici bir ölkədə təhsil alacaq, ya da arzuladığın bir işlə məşğul olacaqsan.
Unutma, heç vaxt gec deyil! İndi başla və öz gələcəyini qur.
@@İnterestingspeeche.s mesajınızı çox yaxşı qarşiladim minnətdaram sizə bilirəm bəlkə də deyəcsiz bu qızdan bir şey olmaz amma indiyə qədər nəyə bacarığım olduğunu kəşf etməmişəm necə deyim riyaziyyatdan çox zeifem sonra tam dərslər haqqında bilmirəm çünkü məktəb vaxtlarin da belə tam gedmemisem sehetim də problemler olub deyə. Amma ağlımda yeməy videoları çəkməyə fikirim var amma ağlımda anacag mən bacara bilmirəm inamsızlığı var amma dediylerinzi yerinə yetirməyə çalışacam çox sağolun belkede illər sora həyatında nailiyyətlər qazanıb bura tekrardan yazacam insAllah
Greencartdan geydiyatdan kec belke udun amerikada yasama sansi qazandin heyatini oradan xilas edmis olarsan
24yasimda aile qurmusam ve cox sevdiyim insanla.Mesele evlenmek ucun önemli oıan yas deyil,doğru insandi.
Senin dilini bilen, sene deyer veren özünə həyat yoldasi axtaran bir namized olmasidir. Birde əsas məsələ tanıdıgın insanı hər zaman oldugu kimi qebul edib sizin istediyiniz namizedr cevirmek en boyuk sehv addimdir.
Mən 21 yaşında ailə qurmuşam.
İstisnalar qaydanı pozmur. Sizdə alınıbsa hamıda yaxşı olacaq deyə bir şey yoxdur.
Cox dogru deyirsiniz.30 yasinda insanin fikirleri heqiqeten deyisir.Cox seyi yeni derk edir.Sizin fikirlerinizle tam raziyam,ancaq birlikde yasamaq meselesine geldikde,siz Amerikada yasayirsiniz ve bu orda normal bir seydi,ancaq bizim yasadigimiz muhit,dini ve milli deyerlerimiz ferqlidi.Bizde bu mumkun deyil.Yeni bu videoya baxan genclere seslenirem ki,hamisini edin ancaq birlikde yasamagi qetiyyen.Cunki bura Azerbaycandi.Bele bir sey olsa,heyatinizin daha yaxsiya yox daha da pise gedecek.
Bu xanım bir evdə qalmağa Amerikadan başlamayıb və ona görədə ona çox fərqi yoxdur. Bəzi məsləhətlərini özünə saxlasa daha yaxşıdır, yoxsa öz yolunu düzgünmüş kimi camaata danışmasın.
Maşallah sizə, subay olaraq bütün məsələni dərk etmisiz❤️ çox haqlısınız. Öz biznesi olan və 35 yaşında evlənmiş biri kimi.
Evlilik tam bir yükdü. Halbuki super yoldasim var və mənə köməyi hər mövzuda var.
Commentde xanimlar ve beyler iki yere bolunur:
Xanimlar tez evlendiyine gore pesmanciliq hissi yasayir.
Beyler ise Leyla xanim sehf deyir ve qizlari yoldan cixardir🤣bura geder qulaq asib ancaq bunu esitmisizse heyif olsun.Bu arada Leyla tam raziyam sizinle.
Leyla xanim məhs elə bundan danışır. Kommentlərdəki kimi bəylərlə öz müstəqilliyini vacib sayan xanımlar yaşaya bilməz, evlənsələr belə o münasibət uzun çəkməz. Belə tələyə düşüb sonra peşman olmaqdansa, 100 ölçüb, bir biçmək lazımdı. Gənclərimiz evlənməyə çox tələsir, və mən gördüyüm 90% elə ilk 6 ayda peşman olur. Statistikaya görə boşanmaların bir çoxu evliliyin 1ci ili baş verir🤷🏻♀️
17 yaşımda ailəm tərəfindən onların istəyi ilə ailə qurdum.Halbuki, oxumaq istəyirdim. İndi iki oğlum var.Yoldaşım özümdən 12 yaş böyükdür.Düşüncələrimiz heç vaxt üst-üstə düşmür.problemlərimiz olur😢Tək sevindiyim oldur ki, yenidən imtahan verdim hal lazırda oxuyuram.
indi yasiniz necedir?
İnsAllah imtahannan 200+yigimm❤amin deyin
bravo, hazırki vəziyyəti real şəkildə görmüş biri kimi danışırsan və düşünürüəm ki, bu dedikləriniz dinləyən bir çox gəncin gözünü açar və doğru qərarlar verər. 20li yaşlarda tez evlənmək əsasda qızların buna razı olması evlənmə həvəsləri düşünürəm heçdə doğru qərar deyil çünki həyatı tam dərk etməyiblər. təssüfki bu hallar çoxdur və tez boşanma halları olur və sonrakı peşmançılıq fayda vermir.
24 yaşımda toyuma 1 ay qala nişanı atdım, çox da bomba elədim! 😂 sonra 27də ailə qurdum ki bu 30 ola bilərdi. İndi çox xoşbəxtəm və 1 qızım var (note: 30 yaşım olacaq)
🔥🔥🔥
@@LEYLAKHANAHMADAZE 🫶🫶🫶
Leyla, mən 17 yaşımda ailəm və qohumlarım tərəfindən istəmədiyim halda evləndirildim, ən böyük arzum olan təhsilim yarımçıq qaldı. Hal-hazırda 23 yaşım var və 1 oğlum var. Yenidən qəbul imtahanına hazırlaşıb o yarımçıq qalan arzumu gerçəkləşdirmək üçün mənə elə bir motivasiya cümləsi yazmağını xahiş edirəm ki, ayağa qalxa bilim ❤ təşəkkür edirəm, hər şey üçün ❤
Heç nə üçün gec deyil.Mənim anam 47 yaşında universitetə qəbul oldu.Xəyallarınızın arxasınca gedin
@ çox sevindim 🥰 təşəkkür edirəm 🌹
Ay Mətanət xanım, 23 yaş nə yaşdır ki, motivasiyaya ehtiyac duyursunuz?! Hələ 3 universitet bitirmək olar.
Çox gözəl bir nöqtədəsiz. Həm anasız, həm də oxumaq istəyirsiz, ən gözəl nəticə çətinliklərdən keçin əldə ediləndir, inşallah əziyyətlərinizin meyvələrini yığarsız❤
@@huseynova12 inşallah, təşəkkür edirəm 🥰
Bir çoxları bəzənib-düzənib restoranda özünü mədəni aparmaqla bir birini tanıya biləcəyini sayır lakin eyni evdə olmasa, iki insan eyni məhrəm məkanı bölüşməsə bir birini həqiqətən tanımağı şübhəlidir.
Ölkədəki cütlüklərin evliliyi ancaq bir-birini çöldə tanıyıb evləndikdən sonra birlikdə yaşayan iki yad insanın xəyal qırıqlığından başqa bir şey olmur.
İndi gələcək “qeyrətli kişilər” niyə deyirsiz evlənmədən öncə 4-5 nəfərlə münasibətdə olun deyə. İndidən deyim özləri evlənmədən 100 nəfər ilə münasibət yaşayıb 101-ci ilə evlənənlər burda ağıl verməsinlər. Eynisin kişilər edəndə günah olmur və “kişilik”, qadınlar edəndə isə “ namussuz” luq olur mu? Və xanım düz deyir 20-30 yaş məncə də evləniləsi yaş deyil. Şəxsi fikrim
kişilerle qadınların evolutional psixologiyaları eyni deyil. kişilerin 5 dene qızla gedib yatması ilə qadınların 5 dene oglanla yatması eyni deyil. Kişiler üçün body count deyer yükseltmesidi qadınlar üçün isə azaltmadı. və 30 yaşdan sonra evlilik kişilər üçün daha məqsədə uyğundur şünkü kişilər çalışıb vuruşduqda 30lu yaşlarda prime vaxtında olurlar. qadınlar isə 30lu yaşlardan sonra dəyər itirirlər və xasiyyətləri maskulenleşir. fizyolojik olaraqda dəyərləri düşür. qadın nə qədər gözəl olur olsun onun 20li yaşları həmişə 30lu yaşlarından daha çox istəniləndi və həmin yaşlarda daha da doğurqandı.
@@ibracorey2070Münasibətdı olduğunuz da bir qadın deyil? O da kiminsə bacısı və ya qızıdır. İki cisi isə 30 dan sonra maskulinləşmir ona deyirlər ki biziç dildə oğlanlar 20 yaşda qızı istədiyini etdirir və 20 li yaşlarda qızlar ayağı üstündə durmağı bacarmadığı üçün oğlana məcbur “qatlanır” 30 lu yaşlarda iaə kişi səhv edəndə qapını açır və həyatına qurduğu evdə davam edə bilir. Yəni “kişi” dən asılı olmadan
Mən Leylanı kəşf edəndə o 25 yaşında idi, indi mən 25 yaşımdayam) Çox sağol, Leyla^^ Ümid edirəm səninlə üz-üzə də görüşüb belə maraqlı söhbətlər etmək kimi bir fürsətimiz olar
Məncə insanlar ilk öncə özlərini yetişdirməlidir. Bəli mənim 25 yaşım var. mən evlənə bilərəm ya yox? bu sualı verməlidir. Mən Ailəmə baxa bilərəm ya yox? uşağıma yaxşı ata və ya ana ola bilərəm ya yox. və s.
Umumiyetle bu ölkede evlenmeyin basini buraxin.Ya imkan tapib kocun basga olkeye,yada burda qalirsiza evlenmeyin qeti.Yoxsa her ay qaz,isig pulunu nece verecem deye beyniniz yorulacaq,realliq budu
Salam Leyla xanim.Ilk once onu vurgulamaq istiyiremki 30 yashiniza baxmiyaraq coox genc gorunursuz ve gozel..Ugurlarinizin davamnini arzuluyuram.Evlilikle bagli fikirlerinizin 80% ile raziyam.
Belə videoların ardı gəlsə çox gözəl olar , çox maarifləndirici videodur 🤍
Necə də doğru və haqlı fikirlər! Insanlar çox zaman nəyi istəyib istəmədiklərini müəyyən etməkdə çətinlik yaşayırlar, çünkü başqalarının stereotiplərinə görə bir həyat formalaşdırırlar. Lakin reallıqlarla qarşı qarşıya qaldıqda sadəcə özlərini görürlər və təssüf ki bu çox acınacaqlı vəziyyətdir. O səbəblə də sondaki sizin güclü ya zəif olacağını seçin.
Queen is back and she’s serving 🙇🏼♀️
İlk öncə deyim ki, Leyla çox gözəl olmusunuz😍 Evlilik məsələsinə gəldikdə isə tam haqq verdim hal-hazırda 28 yaşım var qarşımda o qədər planlarım var ki, düşünürəm ki, evlilik (yalnış seçilmiş həyat yoldaşı) bu məqsədlərə əngəldən başqa bir şey deyil. Yalnış seçilmiş, intuisiyalarla seçilmiş həyat yoldaşı və ya ay yaşım 25i keçdi normal biri olsun evlənim kimi evliliklərin sonu çox zaman özünü bilə-bilə uçuruma atmaqdan başqa bir şey deyil.Evliliye qarşı deyiləm, ancaq 100 ölçüb 1 biçmək lazımdır.
Leyla, hər şeyi doğru deyirsən , ancaq dəyərlərdən danışıb bir neçə oğlanla bir evdə yaşayıb sonra başqası ilə evlənməyi təbliğ eləməyinlə özünümü rahatlayırsan?
Bəli, gözüyumulu evlənmək olmaz , tanış olmalısan, seçim etməlisən, özünü dərk etdikdən,iş qurduqdan sonra evlənməlisən, ancaq bir neçə kişi ilə bir yerdə qalıb, sonra evlənmək əxlaqa ziddir.
Əxlaq bir millətin, dövlətin dəyəridir, əxlaqlar dağıldıqdan sonra cəmiyyətlər deqrodasiyaya uğrayır.Bunu müasirlik ,azadlıq kimi təqdim etmək doğru deyil.
👏🏻tam doğru. Fəlsəfədə evlilik bir evdə yaşamaqdır onsuzda. Evlənmiş sayılır, sadəcə sənəd üstündə bu belə olmayıb sadəcə. Əxlaq anlayışı kaş yox olmasa 👏🏻❤️❤️❤️
Niyəsə elə əxlaq deyəndə ağlınıza ancaq qadın gəlir. Oğlanlar evlənmədən əvvəl az qala bütün Bakı ilə cinsi əlaqəyə girəndə niyə “əxlaq” dərsi vermirsiz bəs? Sərf etmir?
@@lilynl5998 kişilər də bunu etməməlidir. Bir qadın olaraq "kişi bütün Bakı ilə yatırsa, mən də yata bilərəm!" deməməliyik, oğul böyüdəndə ona düzgünü aşılamalıyıq. Yaxud bu yollardan keçməmiş kişi ilə ailə həyatı qurmalıyıq
Bu düşüncənizə görədə uzağa gedə bilməmisiz, bilməyəcəksizdə😊
@@lilynl5998Biz uzağa getməsək də olar, xahiş edirəm siz öz əxlaqsızlıq dəyərlərinizi də götürüb uzaqlaşın ölkədən☺️
Leyla men sene cox minnetdaram her weye gore. Cunki ilk novbede senin sayende travmalarim oldugunu qebul etdim. Travmalarimin ustunde iwlemeye bawladim. Duzdu men 23yawimda evlenmiwem. Ve heyat yoldawim wukurki cox mukemmel bir heyat yoldawi ve atadir. Men wansli cixdim evlilikde wukur amma her qizinda qabagina ozune uygun insan cixmir. Ve ona gore dediklerine cox qatiliram. Men uwaq vaxti her iki valideynimden widdet gormuwem ve her zaman ele insanlara qarwi meyilli olmuwam hetta yadimdadiki yetkinlik yawimda deyirdimki kiwi qadina widdet gostere biler. Vurada biler eseblewede biler falan. Sonra evlenende tamam bawqa bir xasiyyetde insan qarwima cixanda mene evvel qeribe gelirdi cox wey. Sonra seninle taniw oldum ve travmalarimin ustunde azda olsa iwledim ve heqiqeten indi ozume baxanda wok oluram ki men nece o sozleri iwletmiwem. Yoldawimda meni cox deyiwdi. Yaxsiki varsan Leyla heqiqeten. Menim ucun cox boyuk onem dawiyirsan❤
Nə gözəl. Sevindim sizin adınıza. Xoş o insanın halına ki, kiminsə həyatına müsbət mənada toxunuş edə bilir.
@Əziz_007 Duzdur. 🌹
Kariyera dalınca qaçdıq 😊 indi bir insana güvənə bilmirəm
16 yaşında evlənməyə hazırlanan padruqama atacam bu videonu + sizin onun bu yaşda belə bir cəsarətli addım atmasına da paxıllıq etdiyinizi xüsusilə qeyd edəcəm (!)Ümid edirəm senin sayəndə doğru yolu tapar Leyla. Video üçün təşəkkürlər 🫶
😂
Mütləq at uniye hazırlaşan yaşda ne düşünür 🥹illər sonra bu fikirinə peşman olacaq help her
@@madinayunisova648 ona nə qədər dil döktüm, köməklər etməyə çalışdım amma yox...hətta bir ara nişanlısı bunu görüb ona əmr etmişdi ki o qızı bloka at...aylarla danışmadıq... Bilirəm ki peşman olacaq. Hal hazırda dustaq həyatından fərqli deyil onun həyatı.
Mesele yash deyil, esas duzgun insani tapmagindir. Onu 24, 26 da tapmaq olar ve ya 30dan sonra. Bu hem de biraz shans meselesidi ;) Bir yash heddi qoymaq ki, bu yashdan sonra evlenmek lazmdi, razi deyilem. Bu menim subyektiv fikrimdi. Leylanin fikrine de hormet edirem)
Necə sevindim bu paylaşımı, fikirləri eşidəndə, görəndə təşəkkürlər 🙏🏻
Salam Leyla .25yaşım var subayam.təhsilimi bitirib işləyirəm,və bu yaşımı səyahətlərimə fokuslamışam.ətrafımda hər kəs evlənib nişanlanır.Və son zamanla düşünürdümki bəlkə düzgün olanı budu və mən gecikirəm. Beynimdə bütün fikirlər dumanlı idi.Ama bu açıqlamalarından sonra bütün fikirlərim səffaflaşdı.Və aydınlandım. Sənə çox təşəkkür edirəm❤🌸 və çox haqlısan
Məncə 30 bir az tezdi. Siz 40 yaşı gözləyin. 40 yaşda insan daha da müdrükləşir.
Deməyə o qədər sözüm var. Amma sadəcə ❤ qoyuram. Bu hərşeyi ifadə edir
Leyla xanım düz deyirsiz amma baxır bunu hansı coğrafiyadan deyirsiz
Çünki təəssüflər olsun ki valideynlər tərəfindən adı olmadan qurulan münasibətlər burada yaxşı qarşılanmır və min cür söz qoşulur adama(
Leyla xanım çox xahiş yeni videolar da gəlsin,özünüz görürsüz uzun müddət video atmadığınız halda yenidən bu qədər izləmə var,söhbətiniz çox yaxşı hiss etdirir,əsirgəməyin və video mükəmməl olsun deyə də düşünməyin🙏🏻
25 dən sonra 30 dan əvvəl optimalıdır. 20 30 yaş arası fərq cox böyükdür. 20 əvvəli olanla 20 sonu olan eyni düşünmür.
Elə gözəl mövzuya toxunmusan ki təşəkkür edirəm!♥
Salam Leyla,artıq uzun illərdir səni izləyirəm və gələcəyim üçün, gələcəy planlarım üçün çox müsbət təsir göstərir.Mənim elədə dostum yoxdur amma səni o qədər izləmişəm ki, çox yaxın dostum kimi görürəm səni, elə bil ki bütün sirrlərimi bilirsən və bu haqda mənə tövsiyə verirsən hissi yaradır.. Vaxt ayırıb videolar çəkdiyin üçün çox sağ ol🌸,gözəl videoların davamı gözləyirəm❤
Ayy ağzına sağlıq ❤
Demək istədiyim hər şeyi dediniz təşəkkür edirəm,Leyla xanım 👏🏻💖
19 yaşımda nişanlandm,20-də evləndik. İndi 3 övladımız var. O vaxtı yoldaşım dedi ki,işləməyəcəksən. Mən də razılaşdım. Həyatımın ən böyük səhvi😂😂😂. Müəllimə olmağıma baxmayaraq yoldaşım məni heç vaxt işləməyə icazə vermədi.
Menimde 19 yaşım var xanım bilmək istəyirəm bele tez ailə qurduğunuz üçün peşmansiz?
İnsan, fikrimcə, öz məqsədləri üçün nəsə etmədikdə daha çox peşman olur.@@AygulMemmedova-h5w
VAllah Leyla qızım sen felseve elimler doxturusam❤ bunu men bele hiss edire❤🎉
Leyla, bizi tek qoyma. Tez tez bele videolar paylaş❤
Leyla, sizin videolarınızı tez-tez görmək, bizi sevindirir)
Evlviliklə bağlı isə düşünürəm ki, bu yenə də çox fərdi bir qərardır. 25 yaşım var, indi 21 yaşımdakı insansan tamamilə fərqli insanam. O yaşdakı məni indi evlənmək istəyən görsəm yəqin ki, bir yolunu tapıb icazə verməzdim. Amma evləndiyimiz insandan çox şey asıldıır, elə insanla evlənə bilərik ki, o bizim həyatımnıza dəyər, rəng, inkişaf qatar.
Biraz mükəmməlliyyətçi düşüncədi bəlkədə, münasibətdə olduğumuz insanlar bizə çox təsir edir, burda dost ailə və s də nəzərdə tutulur. Odur ki özümüzdə görmək istəmədiyimiz xüsusiyyətləri olan insanlarla yaxın münasibətdə olmamalıyıq. Hə bir də insanlar niyə öz "doğrularını" normallaşdırmağa çalışır?
Vaxtında yaxşıdı hər şey...çünki insan bunu 30+ ana olanda başa düşür
Düşünürəm ki, hər kəs fərqlidir və bu həyatı fərqli şəkildə yaşayır. Hamı hər şeyi eyni şəkildə etmək məcburiyyətində deyil. Hər kəs üçün uyğun olan ideal yaş, ideal münasibət forması və ya ideal həyat yolu yoxdur. Bütün qaydalar hamıya keçərli olmaya bilər. Kimin üçünsə 30 yaşından sonra evlənmək doğru seçim ola bilər, başqası üçün isə 25 yaşında ailə qurmaq və uşaq sahibi olmaq daha uyğun ola bilər. Mütləq hamının həyatında kimsə olmalıdır deyə də bir şey yoxdur. Kiminlə gəldi olmaqdansa, tək qalmaq daha yaxşıdır. Əsas olan yaşa deyil, ehtiyaca fokuslanmaqdır. İnsan, öz dəyərləri, arzuları və ehtiyaclarına uyğun seçimlər etməlidir. ❤
Men sizinle cox raziyam 💯
📛 Əgər kasib isən Azərbaycanda övlad sahibi olmaq böyük ağılsızlıq vicdansızlıqdı ❗️°
Ay bacı, bizdə qız 5 neferle münasibət yaşayanda adını başqa şey qoyurlar
munasibet yasamaq neye deyirsiz? cinsi munasibet? dunyanin her yerinde sen her gun ferqli insanla cinsi munasibet qurursansa bunun adi eynidi xanim, normal deyil yeni :))
@@claudian6257hər iki halda cinsellik oldu ya olmadı qız durub dese 5 kişi ile sevgili olub ona başqa cür baxacaqlar
Bu her yerde beledi)
Qızlar duz deyir tecrubeme esasen deyirem❤ erken evlenmiyin qətiyyən insan özünü ne istədiyini 30 dan sonra başa düşür ❤
Çox təşəkkür bu videoya görə🙏
Salam Leyla....mən Neftçala rayonundan yazıram❤ Adım Təranədi....çox gözəl nitq etdin. Çox düzgün danışırsan okey❤amma çox heyf olsun ki sənin dediyin qədər dediyin kimi azadlıq sərbəstlik yoxdu....nə qızlarçın nə də oğlanlarçın💛çox sağ ol ağıllı nitqinə görə
Yaxşıkı sizin kimi gənclərimiz var❤
Sizi başa düşdüm, məndə gənc yaşda evliliyə razı deyləm. Ama bura Amerika deyil, gənc qızlarımız gedib 5-10 nəfərlə yatsın dursun, sonra da yaxşı bir oğlan tapıb ona ərə getsin. Nə dediyizin fərqində deylsiniz yəqin. Tamam, razıyam özünü dərk eləsin, savadını artırsın, karyerasını qursun,həyatın gedişatını anlasın sonra ailə qursun. Ama 5-10 nəfər hansısa yiyəsini tanımayanlarla münasibət qurmağı düzgün deyil. Hansı qız atası buna razı olar
Leyla,xanım.Xahiş edirəm dərs çalisma karyera ilə bağlı motivasiya və tövsiyələr gəlsin.Birde günlük vloglar 🤗👑
Salam Leyla Xanım❤.Sizi çox sevərək izləyirəm .İnançlar haqqında vidio çəksəz.Bu haqqda düşüncələriniz çox maraqlıdır😊
Düşüncələrinizə heyranam❤ belə videolar çox olsun
17 yaşımda qarşıma biri çıxdı, böyüyüb evlənək oxuma, işləmə, mən sənə baxaram deyən biri idi. mən bunlara razi olacaq biri deyildim, sadəcə mənə həddindən artıq qayğı verib, sevirdi. əsil kişi olduğunu hiss etdirirdi. nəysə mən bununla ayrıldım, çox çətin olsada senin videolarin o zaman mənə çox motivasiya oldu. hazırlığa getməyə pulumuz yox idi, self study ilə ingiliscə öyrənib Avropaya gəldim təhsil almağa. gəldim bura, fərqli millətlərarası flörtlerim oldu amma heç biri Azərbaycan kişisi kimi hiss etdirmirdi. ondan ayrilanda ağlımda sadəcə xariciler ile münasibət qurmaq vardı. sonra xaricilər mənə aşırı Relax gəldiyinə görə indide Azərbaycanli ilə həyatıma davam etmək istəyirəm, ingiliscəni ne qədər yaxşı bilsemde menim şəxsiyyətimin böyük hissisini Azərbaycan dili təşkil edir. öz dilimde, öz abu havamla yaşamaq istəyirəm. bilirəmki bizimkilərdən də normal düşüncəli olanı tapmaq çox çətindir. belə qəribə bir vəziyyətdəyəm indi😂😂
xetrine deymesin ama seninle evlenecek adama yazığım geldi. yaxşı bir adamı atdın gedib acığa avropalılarla date etdin sonrada qayıdırsan ki həqiqi kişi istirem☠
@ibracorey2070 yaxşı adam?? söhbət mənim həyatımdan gedir, xəyallarımdan gedir. oxuma, işləmə, evdə otur, mənsiz çölə çıxmaq olmaz, qısa geyinmək olmaz birinin niyyəti yaxşı belə olsa, həyatımı yaxşılığa qurban verə bilməzdim
@@bestt8926 her cur xeyallarin veya isteklerin ola biləre prosta hemishe istediyin kimi getmez. Sen özünə qərar da verə bilərsənki 20li yaşlarımda gedim partiliyim flo ridada bütün alfalarnan gezim eylenim ama sonra onun neticeleride var 30 lu yaşlarında uje senin istediyin yüksək dəyər kişilər seni istəməyəcək. Bu qısa geyinmek teması nediye hec basha dushmurem. Niye evli olub basqalarindan diqqet celb etmeyi isteyesen. Neticede o qısa geyimlər kişi cəlb edir.
20 ,25 və hətta 28 yaşda fərqli düşüncələr olur .İndi 31 yaşım olacaq və mən artıq 3 il əvvəl düşündüyüm kimi düşünmürəm və 3-4 il əvvəl danışdığım və görüşdüyüm insanla indi heç vaxt zamanımı itirməzdim .30 yaşadək oxumaq ,təhsil almaq lazımdı ,işləmək və imkan daxilində dünya görmək .Dünyaya uşaq gətirəndə ona nə verə bilərəm sualı vermək lazımdı.
Çox gözəl video çəkmisiniz,ən önəmli mövzulara toxunmusunuz,belə videolar daha çox gəlsin🫶🏻
Salam Leyla xanim,oncelikle videonuz ucun tesekkurler.Lakin, 14:50 bir sexsin ozunu taniyib dogru partnyoru sece bilmesi ucun 5 nefer ile munasibetde olmaga ehtiyaci yoxdur.Bu absurd seslenir.
Doğruuuu deyirsennn
Nə gözəl danışırsınız, Leylaaaa✨
Xarici millətdən olan şəxslə münasibətin Azərbayxanlı şəxslə olan münasibətlərdən nə kimi fərqləri var? Ona aid bir videoda çəkə bilərsinizmi✨
Məncə hər şeyin təməli normal ailə və təhsildən gəlir. Çox çox təəsüf ki, Azərbaycanda “normal” ailə anlayışı çox azdır. Məncə bir insan psixolojik baxımdan sağlamdırsa, maddi azadlığı, təhsili varsa əlbəttə ki doğru insanla evlənə bilər. Amma əsas məsələlərdən biri də bu doğru insanı tapmaqdır. Və evlənsək belə hər şeyin fərqində olmaq lazımdır, evlənən kimi uşaq etmək məntiqsizdir. Ailələr də gərək övladlarına bunları başa salsın, ən önəmlisi isə hər qərarında (ayrılmaq vs) yanında olduğunu hiss etdirsin və etsin. Bu xüsusilə də qız övladları üçün keçərlidir. Amma bizimkilər o evdən sadəcə meyidin çıxa bilər deyir, qızlarından çox millət nə deyər,adımız çıxar deyə düşünür. Biz millət, mentalitet olaraq çox geridəyik, hətta bəlkə də çox insanda inkişaf belə yoxdur. Evlilik qədər ayrılmaq da normaldır, ama anlamaq istəmirlər. Çevrəmdə o qədər insan olub ki görücü üsulu ilə evləndirilib, heç nişanlısı ilə söhbət etmə şansı belə olmayıb. Sonra o insanın səhv biri olduğunu biləndə nişanı atmağa da qoymayıblar. Çünki ayıbdır :D İndi isə onlara baxıram o qədər xoşbəxt deyillər ki… Hər birinin də 3-4 uşağı, onlar üçün yaşamağa çalışırlar. Bu cəmiyyət biz qadınlara çox şey borcludur. Bu gün qızına ayrı oğluna ayrı davranan insanlar düşünmür ki eyni şeyi əvvəl özü də yaşayıb. Çox ana öz qızlarını qısqanır içdən içə. Özü ailə, toplum basqısından heç nə edə bilmədiyi üçün indi də qızlarına həyatı zindan edir. (Kişilərin də bunda rolu böyükdür) Psixoloqa getmək isə yenə ağıllara gəlmir, çünki heç kim “xəstə” olduğunu düşünmür. Qızlarının isə tək istədiyi onlardan qurtulmaqdı. Bunu da çox vaxt evlilikdə görürlər. Lakin nəticə yenə də ürək açan olmur. Hər insan özünü dəyişməyə çalışmadan biz çətin dəyişək. Xoşbəxtlik anlayışı o qədər uzaqdır ki çox ailəyə… Əslində isə ailə doğru şəkildə qurulanda, hər iki tərəf bir birinə sevgi və hörmətlə yanaşanda, hər zaman bir birini anlamağa çalışanda və münasibətə 3-cü şəxsi (ana,ata, dost vs) qoymayanda məncə gözəl bir şeydir.
Mənim 26 yaşım var və iki evladım var Həyat yoldaşımla Xoşbəxtəm amma belə birşey var,mən 19 yaşımda evləndim 23 yaşımda Ana oldum hərşey oqədər çətin idi Ana olmaq uşağa baxmaq bir tərəfdən yaşadığım yer başqa ölkə idi dil bilmirdim.Sadəcə deyə bilərəm ki Azərbaycanda qız dünyaya gələn kimi o qızın Cehizini,namusunu və orta məktəbi qurtaran kimi ərə verməyi düşünürlər hamıda eyni fikirdi,heç vaxt demirlər oxu heç vaxt demirlər Evlənmək ana olmaq başqa insanla yaşamaq böyük məsuliyət daşıyır.hətta yadıma gəlir bir qız varıydı 14 yaşında nişanlandı 16 yaşındada evləndi elə sevinirdilər ki Ailəsi elə bil böyük uğur əldə ediblər.eh danış danış bu mövzu çox uzun mövzudu
Leyla xanim Islamda evlenmeden bir yerde yasamaq haramdir Hele subay qiz ucun
30 yasdan sonra azerbaycanda aile qurmaq problematik olur. Qarımış damğası alırsan
O evvel idi, indi artiq o fikir dagilmaq uzredi
o hər yerdə eledir. Kişilər üçün o qədər istəkvari deyil 30+ qadını istəmək.
Baxıram, hələ də, sizin dediklərinizi anlamayanlar necə də çoxdur. Bəli, ola bilər kimdəsə tez yaşda ailə qurub və xoşbəxt olub,bu daha çox şans gətirmək məsələsidir. Axı minlərlə erkən yaşda özünü tanımadan ərə gedən evlənənlər var. Məncə hələ də özünü əsl daxili aləmini kəşf etməmiş insanlar elə evləndiləri insanın da tam ona uyğun olduğunu düşünürlər. 31 yaşım var ailəliyəm, 2 uşağım var, amma hələ də özümü inkişafla məşğulumam.
Salam fikirlərinizə hörmətlə yanaşıram ama məncə evlilikdə yaş rol oynamır çünki əsas şəxsiyyətin formalaşmasıdır bu zaman yaş mühüm rol oynamır təcrübə,şəxsi inkişaf və həyatın gətirdiyi sınağlarla bağlıdır. Bəzi insanlar daha tez bəziləri isə daha gec olqunlaşırlar.Birdə indiki dövrdə hər şey hazır, mükəmməl olmalıdırki evlənək deyirlər çoxsu. Amma çətinliklər ailəni daha da möhkəm edir. Rahat olanda hər şey o ailədən vaz geçmək daha rahat olur. 20+ yaşdan sonra evlənmək yaxşıdır deyə düşünürəm. 17-18-19-20 yaşlarda evlənməyi məndə dəstəkləmirəm.Onu da qeyd edimki 18 yaşım var belə düşünürəm,bu düşüncə ola bilsinki zamanla dəyişə bilər❤
Çox sağ olun yaxşı ki, bu videonu çəkmisiz. Türklər demiş iyi akıl etmişsin millətin gözü açılar bəlkə)) 20 nədi 16 yaşında ərə gedənlər var. Burada valideyinlərin də günahı olur bəzən məcbur edirlər. Olgunlaşmadan evlənəndən sonra o evlilikdə ciddi problemlər çıxır və sonu ayrılıqla bitir. Həmdə ki, gəncliyinin tamamını hələ bu mövzularda cahil ikən ailə uşağa xərcləmək yanlışdır fikrimcə.
Zəhmət olmasa Azərbaycan "mentalitetinə" uyğun yerdə yaşamaq məcburiyyətində olan insanlara uyğun məsləhət verin
👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
Sizə uyğun mentalitetə məsləhəti ailə böyüyünüzdən ala bilərsiniz .
Eyni evdə yaşamaq xaric dediyi hər şey bizim mentalitetə uyur. Sevgili olun, danışın görüşün, azərbaycan bəyəm əfqanıstandı? İlk gördüyünüz oğlanı görüb evlənməyin mentalitetlə əlaqəsi yoxdu. Bunu edib peşman olan alman da var amerikalı da.
@@rmuslum9680 bu xanımın danışdıqları Amerika üçün keçərli ola bilər, amma bura üçün abssurtdur. Bir evdə yaşamaq falan
Salam , əsasən fikirlərinlə raziyam, maddiyyat önəmlidir. Dövlət uşaqlara və gənclərə qayğı göstərsə , maddi ehtiyac səbəbindən evlilik təxirə salınmaz.Amma belə bir problemimiz var ki, indi gənclər ümumiyyətlə evlənməkdən soyuyub.
O ki qaldı, birgə yaşama ,bizim milli və dini dəyərimizə ziddir , amma tanışlıq ola bilər.
Səni çoxdan izləyirəm , bəyənirəm də .Amma dini fikirlərimiz üst-üstə düşmür, arzu edirəm ki, anlayasan ki , dini görüşündə yanılırsan.
hersey senin yanindaki insandan asilidi, 40da da cox agilli olub evlenib bosana bilersen
Siz Amerikada yaşan biri olaraq sizə asand ola bilər hər dönəm bir insanla sadəcə sınamaq bizdə alınıb alınmayacağına yaxuda eyni evdə yaşayıb onu daha yaxınan tanımaq kimi şansınız ola bilər həmdə işin gücün müəyən uğurların öz sərbəstliyin var amma bu saydığlarım Azərbaycanda 10 qadınan 2 bacarar birinə min ad vererlər birinində şans yaxşı olar ya olmaz inanın Azərbaycanda 20 yaşındada 30 yaşında 40 yaşındada ailə qursan hardasa eyni seyləri yaşayırsan doğulduğun yer qismətindir deyə bir söz var həüiqətəndə elədir siz Azərbaycanda doğulsanızda yaşadığınız yeri dəyişmək kimi bir şansınız yada seciminiz olub
Mən uşaqlarımın atasını 19 yaşında seçdim. 27 yaşım var dünyanın ən yaxşı atasını seçmişəm. Yaxşı ki uşaqların atası odur. Bəlkə ikili münasibətdə müəyyən problemlər var, amma ata kimi əsil ata.
Əlasınız❤
30dan sonra en duzgunudu gec catacaq bu bizim millete
Yene mohtesem bir video 💙 her bir cumlenize qatiliram 👍
Allah sizi bizə çox görməsin ay Leyla xanım siz bizim qürur mənbəyimizsiz özüz bilərsiz istəyirsiz evlənin istəmirsizsə evlənməyin 😅😅
😍👍🏼 düzdü
Bize neler ,neler anlatdılar sevdalar üstüne,
Aldatıldık,aldatıldık ,sevda böyle değil🤐
Cox dogrudu,tez aile qurmaq duzgun deyil,kas indiki aglim 16 il bundan qabaq olaydi😢
Salam, Leyla.18 yaşımda evləndim.Özümun də, uşaqlariminda həyatı məhv oldu. İndisə heç cür toparlana bilmirəm.
Salam. Qızım sadəcə dar çərçivədə sənin subyektiv fikrindi. TİBB elmi deyirki indi qızların yumurtaları 30 dan sonra 90 faizini itirir. 10 faizdə qalıb Allaha. Ən normalı 25 -30 arasıdı. Allahın əmridi insan törəməlidi. Çox dərinnən qanmadığın sosial məsələlərə burnunu soxma.
Cox gözel olmusan bu sac rengi ile🎉
Tam razıyam lakin bəzi qızlarımız var ki evlənərək yaşadığları həyatdan canlarını qurtarır.
Eksine planlanmamis is ve heyat bezen daha uqurlu olub mende tecrubemi qeyd edirem . problemler ise mene guc ve tecrube qazandirib ...bosanma yaxud uqursuzluq heyatin ozudur bundan yayinmaq olmaz 😊
Niyə gəncləri səhv istiqamətdə yönəldirsiz 30 yaşda evlənmişəm amma deyirəm kaş 20 yaşda evlənərdim. Tez evlənəndə uşaq da nənənin babanın qucağında böyüyür. 30 dan sonra əvvəlki enerji qalmır insanda . Həm də 30 sonra artıq evlənmək istəmirsən çünki əqil inkişaf edir həm Maddi cəhətdən, həm də mənəvi cəhətdən evliliyin problemləri sənin gözündə böyüyür və imtina edirsən.
Chox individual mesele oldugunu dushunurem. Bu qerar shansla ve evliliye hazir olub olmamaqla elaqelidir. Kimisi hech vaxt hazir hiss etmir, kiminin qarshisina dogru insan chixmir ya da chixdigini hiss etmir. Evlilik risli biznes kimidir. Ne qeder chox hesablasan da riskleri yene de deqiq bilmek mumkun deyil ne olacagini ona gore de bir az shans ve bir az “gut feeling”-le hiss edirsen. Universal qaydasi yoxdur.
Bakldan salamlar düzdür məndə 28 yaşlnda ailə qurdum 30 yaşlnda evladlm olub
Leylaya əhsən! Bir oğlan başqa nə istiyə bilərki?
Mənə yaza bilərsiz qızlar. Birgə gəncliyin dadını çıxardaq, təcrübə qazanaq.
Söz verirəm evlənməy isdəmiyəcəm😂
Bu da özünə görə bir kişinin qızıdır, qardaşın bacısıdır, mən artıq söz demək istəmirəm. Qısaca deyimki 30 yaşına qədər bir çox münasibət yaşayın və təcrübələnin fikriylə həyat yaşayan qız da oğlan da qeyrətsizdir, namussuzdur, bunun başqa ifadəsi yoxdur. Bucür həyat tərzi yalnız avropada, amerikada, latın amerika ölkələrində var və onlarda ailə anlayışı da hər kəs yaxşı bilir. Bu videoda isə, ağıl da, məntiq də, ədəb də həya da yoxdur, yalnız namussuzluq və qeyrətsizlik var
Onda izlemeyin. Sizin bu videoda ve yorumda ne işiniz var?
Hər gün görürük boşanma saylarını, xoşbəxt olmayan, travmalı ailələri sizin “namuslu” ölkənizdə. Siz “əxlaqlı” olmağa davam edin😊