Uğursuz eksimer lazer əməliyyatları

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • Eksimer lazer əməliyyatı (zəifgörmə əməliyyatı) olunanlar və olunmağı düşünənlər, bu videonu izləməyinizi tövsiyə edirəm. 👀Görəsən, eksimer lazer əməliyyatı, həqiqətən də, uğursuz nəticələr verə bilərmi?
    👀Əgər zəifgörmə aradan qalxırsa, bəzilərinin eksimer lazerlə bağlı şübhələri nədən qaynaqlanır?
    Videonu izləməyi və suallarınızı qeyd etməyi unutmayın.
    Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
    Facebook: / rafadarxalilov
    İnstagram: / rafadarxalilov
    Bugünkü mövzumuz uğursuz eksimer lazer əməliyyatları. Pasiyentlər gəlir: “Həkim, eşitmişik, bu əməliyyatda uğursuzluqlar olur. Bu uğursuzluğa görə narahatıq, çəkinirik, əməliyyat olunmaq istəmirik”. Bu mövzuları eşitdikcə istər-istəməz belə bir video hazırlamaq və ya bu mövzunu müzakirə etmək qərarına gəldim. Eksimer lazer əməliyyatının ideyası 70-ci illərdən ortaya atıldı, sonra mövzu təkmilləşdi, təkmilləşdi və 1988-ci ilə qədər əvvəlcə eksperiment hissələri, heyvan gözləri, sonra görməyən gözlər üzərində, 1988-ci ildən ilk dəfə görən göz üzərində əməliyyat icra olunmağa başladı və çox etaplar keçərək günümüzə gəldi çıxdı. Hazırda günümüzdə dünyada sayca ən çox icra olunan əməliyyat qrupudur eksimer lazerlər və dünyada ən təhlükəsiz əməliyyat qrupu sayılır. İldə orta hesabla 5-7 milyon insan bu əməliyyatdan istifadə edir. Bu əməliyyatın mahiyyəti, zəifgörməsi olan insanlarda zəifgörməni ortadan qaldırır və normal görməyə qovuşurlar. Eksimer lazerin 9 fərqli metodu var və bu metodlar, əlbəttə ki, pasiyentin gözünün parametrlərinə görə verilə biləcək qərarlardır. Əməliyyatın məqsədi görməni yaxşılaşdırmaqdır. Bəzi hallarda pasiyentlərlə qarşılaşırıq: “Əməliyyat uğursuzdurmu?”. Ya pasiyent soruşur: “Həkim, mən bu əməliyyatı olsam, əməliyyatda problem ortaya çıxma ehtimalı nə qədərdir?”. Ola biləcək problemlər ən birincisi rast gəlinə biləcək teorik olaraq infeksiyadır. Şükür Allaha, hələ indiyə qədər infeksiya ilə bağlı bir problem yaşamamışıq. İnsanları ən çox narahat edən zəifgörmənin geriqayıtması, yəni pasiyentlər uğursuzluğu belə qiymətləndirirlər. Bu mövzunu bir az açmaq istəyirəm. Ümumiyyətlə, dünya statistikasına görə əməliyyat olan 100 nəfərdən 4-də əməliyyatdan sonrakı 5 il müddətində başlanğıc refraksiyanın 20%-i geri qayıda bilər. Bu qəbul oluna biləcək bir rəqəmdir. Yəni bunu tərsinə çevirsək, əməliyyat olan 96% insan əməliyyatdan heç bir problem yaşamadan ömürlərini tamamlaya bilirlər. 4% insan da əməliyyatdan sonrakı 5 il içərisində problem yaşana bilər. Bu problem nədir? Başlanğıc refraksiyanın 20%-i geri qayıda bilər, yəni əməliyyatdan öncə pasiyentin gözünün dərəcəsi mənfi 10 idisə, əməliyyatdan sonra mənfi 2-ə qədər geri qayıda bilər. Uğursuzluğu bir az daha vurğulayırlar pasiyentlər. Yenə də mən uğursuzluğu, bir neçə dəfə bu kəlməni mən də vurğulamaq ehtiyacı hiss edirəm. Bu əməliyyatlarda uğursuzluq deyəndə biz nəyi nəzərdə tuturuq? Əməliyyatdan öncə pasiyent 2% görürdü, mənfi 7 dioptriya ilə görməsi 100%-ə çıxırdı. Pasiyentlə söhbət etdik: “Bəli, sizdə zəifgörmə var. Görməniz 2%-dir. Əməliyyatdan sonra 100%-li bir görmə gözləyirik”. Əməliyyat etdik, əməliyyatdan sonra pasiyentin görməsi 100% oldu. Aylar keçdi, illər keçdi, hər şey qaydasındadır. Bir müddətdən sonra pasiyent gəldi: “Həkim, hiss edirəm ki, görməyimdə zəifləmə var”. Müayinə edirsən, baxıb görürsən ki, bəli, 100% planlaşdırmışdıq. Pasiyentin görməsi 100-dən 90-a düşür və ya 80-ə düşür. Yəni bu uğursuzluq kəlməsi, əslində, izah olunmalı kəlmədir. Uğursuzluq o demək deyil ki, pasiyent 2% görürdü, əməliyyat olundu 100%-ə çıxdı, təzədən yenə 2%-ə qayıtdı. Xeyr, 100% görürdü, 90%-ə düşdü, uğursuzluq budur. 100% görürdü, 80%-ə düşdü, uğursuzluq budur. Yaxud Allah qorusun, pasiyent 2% görürdü. Əməliyyat olundu, kor oldu. Belə bir şey mümkün deyil. Mən illərə baxanda ən çox say olaraq da, il olaraq da təcrübəsi olan adamlardan biriyəm. Bu 21 min nəfərdən 70 neçə nəfərində təkrar mənfinin bir hissəsi geri qayıdıb. Bunların da yarısına yaxını narahat olub: “Həkim, indiki görmə məni qane etmir, təkrar əməliyyat ola bilərəmmi?”. Bəli. Yəni o 70 neçə nəfərin də yarısına yaxınını təkrar əməliyyat etmişik. Yenə əvvəlki, normal, 100%-li görməyi geri qayıdıb. Bəziləri deyir ki, həkim, düzdür, görməyim zəifdir. Amma bu məni qane edir, bu görmə də məni qane edir. Təkrar əməliyyat olunmaq istəmirəm. Bu şəkildə də saxlanılır, nəzarətdə qalır. Yəni əməliyyatın uğursuzluğu bizim normal anladığımız effektivsizlik deyil, hədəfimizdən bir az geriyə qayıtmadır. Bu da kimlərdə olur? Maksimum 4% insanda. Bizim praktikamızda bu “uğrusuzluq”la qarşılaşmamaqdan ötrü əlimizdən gələn bütün tədbirləri görürük və az öncə bir rəqəm söylədim, 21 min nəfərə yaxın əməliyyatımız var və bunlardan təxminən ancaq 80 nəfərə yaxınında mənfisi geri qayıdan olub. Bu da, bilmirəm, heç hesablamamışam, 1%-in belə çox altında bir rəqəmdir.

Комментарии • 79

  • @elnarebayramova24
    @elnarebayramova24 4 года назад +4

    Əziz,həkimim.Allah sizə daim can sağlığı,göz nuru versin ki,sizə ehtiyacı olanları sevindirə biləsiniz.Uğurlar !

  • @trendmusiqikanal6516
    @trendmusiqikanal6516 4 года назад +2

    Teşekkürler Refadar dr. Tam melumatınız üçün

    • @RafadarXalilov
      @RafadarXalilov  4 года назад +2

      Buyurun. Xoş izləmələr.

    • @omarali5229
      @omarali5229 2 года назад

      @@RafadarXalilov Salam həkim mənim sol gözüm həddindən artıq zeif görür. siz eksimer emeliyatını neçeye edirsiz. xahiş edirem bu barede məlumat verin. və zehmet deyilsə əlaqə nömrenizi

  • @hebibaslanova8386
    @hebibaslanova8386 2 года назад +1

    Mende uğursuz eksimer lazer olunub 2003 de 2005 de 2 defe olundum bir nece ilden sonra artan görme geri getdi

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

      Necə oldu gözünüz? Əməlliyyatdan öncə neçə faiz görürdüzsə indi elə görürsüz? Bəs bulanıqlıq, dumanlı görmə oldu sizdə?

  • @deryagultekin3880
    @deryagultekin3880 Месяц назад

    Sevgili doktor lutfen cevap yazin oglum yuzde 10 goruyor cross oldu 5 ay oldu cok gec farkettik ,simdi bu goz bu ameliyati olabilirmi ,almanyadan slm

    • @RafadarXalilov
      @RafadarXalilov  Месяц назад

      Salam. Mütləq göz parametrləri dəqiq incələnməlidir.

    • @deryagultekin3880
      @deryagultekin3880 Месяц назад

      Ameliyatlari crosslinking iyi gecti ,,doctor tek goz 10O goruyor ,obur goz bekliyoruz ins bir duzelme olur ,ama simdiye kadar 10 kaldi sizce duzelirmi yoksa cornea nakline gidermi ,ben size wattsapp tan 10 ayda tekrar olcumler yapilacak kagitlarini gonderirim donus yaptiginiz icin cokkkkkk tesk ettim ,rabbim islerinize kolaylik evinize huzur versin saygilar

  • @Şəxsi
    @Şəxsi Год назад

    Salam doktor. 10 faiz görməm var miks astikmatizm deyildi eksimer emeliyat deyilib ama gözümdeki sanki hise batmış qara tor qırıntıları görem zamanla artib onlar yox olmayacaq deyilib. Doktor xahis edirem deyerdiz emeliyatdan sonra zeyifleyecek yoxsa ömürlükdü?

  • @ulviyyamahmudova8593
    @ulviyyamahmudova8593 Год назад +1

    Salam.Emeliyatin netice vermemek ehtimali var hekim?

  • @islamliyev6546
    @islamliyev6546 Год назад +1

    Salam hekim men emelyat oldum bir ildi uje ama sol gözüm yeniden zeyifledi o nedendir zəhmət olmasa deyərdizdə xahiş edirəm sağ göz normaldı ama yaxsidi

    • @kamalkerimov3735
      @kamalkerimov3735 6 месяцев назад

      Salam aleykum siz əməliyyatdan sonra gözləriniz yaxşı görür indi

  • @sakitdadasov4676
    @sakitdadasov4676 3 года назад

    Həkim Exsimer Lazer əməliyyatinin qiyməti neçəyədir? Birdə ki siz hansı xəstəxanada fəaliyyət göstərirsiz?

    • @RafadarXalilov
      @RafadarXalilov  3 года назад

      Salam.
      Qiymətlər barədə daha ətraflı məlumat almaq üçün mərkəzimizin meneceri ilə
      əlaqə saxlaya bilərsiniz
      Tel: +994503055850
      Spero klinikası
      2-ci mərtəbə Ayna Göz Lazer Mərkəzi
      20 Yanvar küçəsi 1/B

  • @mlkagazad6699
    @mlkagazad6699 2 года назад

    Duane sindromu olan birisinə mümkündür bu əməliyyat?

  • @ugurnsibov6367
    @ugurnsibov6367 Год назад

    Salam doktor. Mən də astiqmatam. 39 yaşım var. Bu yaşda zəiflikçün, astiqmatizmçün linza qoyulmalıdır, ya ekzimer lazer? Çox xahiş edirəm cavablayasız. Öncədən təşəkkür edirəm

    • @RafadarXalilov
      @RafadarXalilov  Год назад

      Salam. Müəyyən yaşdan sonra gözə individual olaraq və pasientin yaşı, peşəsi, həyat fəaliyyəti və istəyini də nəzərə alaraq ona uyğun refraktiv əməliyyat üsulu seçilir.

  • @lemantahirova7961
    @lemantahirova7961 2 года назад

    Salam doktor -10 görme. Çox zeifdi yaxud emeliiyatda maksimum ne qeder göre bilecem

    • @RafadarXalilov
      @RafadarXalilov  2 года назад

      Salam. Muayinə zamanı verilən maksimum korreksiya ilə nə qədər görürsünüzsə, əməliyyatdan sonra o qədər görəcəksiniz.

  • @Ilhame11-b7
    @Ilhame11-b7 2 года назад

    Hekim -5 gozle emeliyyat olunsam kor ola bilerem?çox qorxuram

  • @Ceyhun712
    @Ceyhun712 2 года назад +1

    Bes emeliyyatdan sonra goz zeyifleyersen oz budcemizle yene emelyyat olacagiq?

    • @narminalizade7939
      @narminalizade7939 Год назад

      Əlbətəə pulsuz etmirlər 2 ci defeni

    • @Ceyhun712
      @Ceyhun712 Год назад

      @@narminalizade7939 bes qarantiyalari harda qaldi

    • @Ceyhun712
      @Ceyhun712 Год назад

      @@narminalizade7939 men uje emeliyyat olmusam sikir

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

      Heç məsləhət deyil əməlliyyat. Kaş ki, ölənə kimi oçki taxardım. Amma əməlliyyat etməzdim.

    • @vuqarhuseyn5298
      @vuqarhuseyn5298 9 месяцев назад

      ​@@mehribanhaciyeva-bg7egniye noldu ?? Mən olmaq isdeyirem mene məlumat verin

  • @leylaazimova304
    @leylaazimova304 2 года назад

    Salam həkim.Məlumat üçün təşəkkür.mən -9dan(sağ göz) və səhv etmirəmsə -7(sol)göz əməliyyat olunmuşam 11 il əvvəl.zəiflik sağ gözdə çəpləşmə yaratmışdı.indi də gözlərim zəifləyib (işimlə əlaqədər kitab,komputerlə çox məşğulam)və sağ gözdə çəpləşmə yaranır.əməliyyat məsləhət olar bu halda ya eynək?

    • @RafadarXalilov
      @RafadarXalilov  2 года назад +2

      Salam. Çəpliyin səbəbi aşkar edildikdən sonra müalicə üsuluna qərar verilə bilər.

    • @kenanbehbudov6903
      @kenanbehbudov6903 Год назад

      Salam ünvanı deye bikersiz birde əməlyat qiymeti ne qedrdi?

  • @mehribanhaciyeva-bg7eg
    @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

    Salam doktor, miyop bir insan lazer lasik əməlliyyatından sonra əgər mənfilər geri qayıdarsa gözünə yaxın görməsi düzəlir? Qeyd edim ki, 49 yaşım var.

    • @RafadarXalilov
      @RafadarXalilov  9 месяцев назад +1

      Salam. Bəli, o yaşda gözdə zəif mənfi refraksiya yaxın işini yüngülləşdirər.

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 9 месяцев назад

      @@RafadarXalilov bəs mənfilər gözə qayıtması üçün nə etmək lazımdır?

  • @user-oq9dj6ru7r
    @user-oq9dj6ru7r Год назад

    Kor olmaq ehtimalı yoxdur?

  • @sakitdadasov4676
    @sakitdadasov4676 3 года назад

    Salam Həkim bilmək istərdim ki Exsimer Lazer olunan xəstə 40 yaşdan sorakı yaxın görmək ilə bağlı problem yaşaya bilərmi

    • @RafadarXalilov
      @RafadarXalilov  3 года назад +1

      Salam. Refraktiv əməliyyatların növünə qərar vermək üçün pasientin yaşı və peşəsi nəzərə alınır. Gözün dəyərləri imkan verirsə cavan pasientlərə Excimer Lazer əməliyyatı tövsiyyə edirik ki, bu pasientlər bütün normal insanlar kimi 40-45 yaşdan sonra yaxın görmənin ( buna prezbiopiya deyilir) zəifləməsi ola bilir.

  • @Rv.Samael
    @Rv.Samael 2 года назад

    Həkim -5 gözü əməliyyatsız sağaltmaq olar mı yoxsa çıxış sadəcə əməliyyatdır ?

    • @RafadarXalilov
      @RafadarXalilov  2 года назад

      Salam. -5 dərəcə gözü heç bir medikomentoz yolla müalicə etmək mümkün deyil. Müasir dövrümüzdə çıxış yolu ya eynək, ya da əməliyyatdır.

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад +1

      Məndən sizə məsləhət bir ömür boyu eynək taxın, amma əməlliyyat olmayın. Mən -4,5 olmuşam çox peşmanam. Kaşki əməlliyyatdan öncəki gözümə qayıda biləydim. Ölənə kimi oçki taxardım.

    • @aygunmmmdova8764
      @aygunmmmdova8764 10 месяцев назад

      ​@@mehribanhaciyeva-bg7egniye ? Sizdə nə problem yarandı məndə əməliyyat olmaq istirdim onçun soruruşuram

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

      @@aygunmmmdova8764 əməliyyatdan sonra gözümdə quru göz sindromuna görə yara əmələ gəldi. Bir müddət onu sağaltdım. Yaxın görmə itib,mən öyrəşmişəm yaxını yaxşı görməyi, indi yaxını görmürəm o məni dəhşət tıncıxdırır, əsəbləşdirir. Mən heç uzağı görməyəndə belə əsəbləşmirdim. Panik atakım tutur, nə hallara qalıram. Gecə gündüz ALLAHA yalvarıram ki, gözüm əməlliyyatdan əvvəllkinə qayıtsın.

    • @masterpashayev5759
      @masterpashayev5759 5 месяцев назад

      ​@@mehribanhaciyeva-bg7egmehriban xanim sebebinide yazardiz zehmet olmasa

  • @MEA_313
    @MEA_313 Год назад

    1ay önce emeliyyat olmuşam ekzimer -8 idi her iki gözüm amma heç bir deyişiklik yoxdu görmede düzele biler ya yeniden emeliyyatdı?çoox xaiş edirem cavablandırasız 😔😔😔😔

    • @RafadarXalilov
      @RafadarXalilov  Год назад

      Salam. Təəsüf ki, gözü tanımadan bu suala cavab vermək mümkün deyil.

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

      Sizin gözünüz düzəldi? Məndə 1 ay öncə əməlliyyat olmuşam çox zəif görürəm.

    • @MEA_313
      @MEA_313 10 месяцев назад

      @@mehribanhaciyeva-bg7eg desemki 100faiz düzəldi yox artıq öyreşmişem

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

      Neçə faizə düşüb gözünüz? Eynək taxırsız?

    • @MEA_313
      @MEA_313 10 месяцев назад

      @@mehribanhaciyeva-bg7eg -8idi əməliyatdan sonra -1oldu eynək taxmıram

  • @kenanbehbudov6903
    @kenanbehbudov6903 Год назад

    Qiymet və ünvan zehmet olmasa

    • @RafadarXalilov
      @RafadarXalilov  Год назад

      Salam.
      050 391 94 22 qeydiyyat nömrəmizdir.
      Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla və daha ətraflı məlumat ala bilərsiniz.
      Ünvanımız: Ayna Göz Lazer mərkəzi (Spero Klinikası (köhnə Dobromed klinikası) 2-ci mərtəbə),
      20 Yanvar küçəsi 1/ B, Şamaxinka

  • @ROZZYPUBG1211
    @ROZZYPUBG1211 2 года назад

    Salam həkim.Mən 15 gündü ekzemer lazer əməliyyatı olmuşam.Astiqmatizi idi məndə. uzagdakı yazını qarışıq görürəm.Bu keçəcək?

    • @_hasan313
      @_hasan313 Год назад

      Salam Sadiq bir sual sorusacaqdim təxmini 20 gundu əməliyyat olmusam sol gozum əla idi sag gozumde dumanli gorme vardi son 3-4 gundu fikir verirem sol gozumde dumanli gorme olur. Sizde texmini neçe güne keçdi ?

    • @alimirzayev9531
      @alimirzayev9531 Год назад

      sizde veziyyet nece oldu ?

    • @alimirzayev9531
      @alimirzayev9531 Год назад

      @@_hasan313 her hansi deyisiklik oldu qardas?

    • @_hasan313
      @_hasan313 Год назад +1

      @@alimirzayev9531 artiq 1 ay 17 gundu emeliyyat olmusam dumanli gorme problemim tam duzəldi hər iki gozum 100% gorur bugun muayinədə kecdim təxmini 2- həftədiki dumnali gormə yoxdu artiq

    • @_hasan313
      @_hasan313 Год назад +2

      @@alimirzayev9531 məndə deyirdim duzəlmiyəcəy belə qalacaq inanmırdı amma düzlədi sükurlər olsun

  • @miragaabdullayevu2137
    @miragaabdullayevu2137 Год назад

    İçki içmək olarmı 10 gündən sonra

    • @RafadarXalilov
      @RafadarXalilov  Год назад

      Salam. Ekzimer lazer üçün əks göstəriş deyil.

  • @amir-fz1mk
    @amir-fz1mk 2 года назад +1

    Allah size cansagligi versin

  • @hebibaslanova8386
    @hebibaslanova8386 2 года назад +1

    men emeliyatdan sonra 50 faiz gordum amma 5 6 ilden sonra 50 olan getdi indi 2 faiz gorur

    • @vuska9762
      @vuska9762 2 года назад

      Davada zeyifledi?

    • @mehribanhaciyeva-bg7eg
      @mehribanhaciyeva-bg7eg 10 месяцев назад

      Nədən zəiflədi gözünüz? Eyni ilə əməlliyyatdan öncəki kimi oldu?

  • @mikayilmustafayev639
    @mikayilmustafayev639 2 года назад

    Eksimer lazerden ne qede muddet sonra agir qaldirmax olar.
    İşimle elaqeli soruşuram

    • @mikayilmustafayev639
      @mikayilmustafayev639 2 года назад

      Xais edirem melumatlandirardiz

    • @RafadarXalilov
      @RafadarXalilov  2 года назад

      Salam. Pasiyentə uyğun seçilən əməliyyat növündən asılı olaraq işə geri dönmək 1- 7 gün arasında dəyişir

    • @mikayilmustafayev639
      @mikayilmustafayev639 2 года назад

      Uzurlu sayin vaxdinizi aldim
      Cox sagolun

  • @Allahim419
    @Allahim419 2 года назад

    Nə gozəl.izah edir

    • @Allahim419
      @Allahim419 2 года назад

      Dokror 5faiz gormem var ...yəni mən vacibdi emeliyyat etdirim?
      11 yasindan eynekdeyem.33 yasindayam..emeliyyat etmesem ne olarki..eynekle gezsem ne olarki..coox tesekkur