Xəzər Süleymanlı-QADIN ÜRƏYİ (Tofiq Bayramın şeiri)

Поделиться
HTML-код
  • Опубликовано: 26 мар 2023
  • şeir: Tofiq Bayram
    səs: Xəzər Süleymanlı
    Necə rəhmlidir, necə amansız,
    Necə mehribandır qadın ürəyi!
    Sən onu sındırsan, bil ki, a qansız,
    Ağlayan kamandır qadın ürəyi.
    Güldürsən, ömürlük səadətindir,
    Söndürsən, yanmağı bir də çətindir.
    O, əsl qayğının, məhəbbətindir,
    Sevgisiz zindandır qadın ürəyi.
    Daşı da əridər, daş da olar o,
    Əriyib gözlərdə yaş da olar o.
    Bahar da olar o, qış da olar o,
    Damladır, ümmandır qadın ürəyi.
    Onunla dünyadır sənə qəfəs də,
    Onsuz heç yaşama bu torpaq üstə.
    Sevən bir ürəyə axır nəfəsdə
    Ən gözəl dərmandır qadın ürəyi.
    Onu alçaldan da, ucaldan da biz,
    Dərd verib, vədəsiz qocaldan da biz.
    Qədrini biləndə bu cahanda biz,
    Həmişə cavandır qadın ürəyi.
    Bəzən gül tək solar acı bir sözdən,
    Ağlayar xəlvəti, gülsə də üzdənE
    Bəzən uşaq kimi bir ürəksizdən
    Məhəbbət umandır qadın ürəyi.
    Bir namərd əlindən zəhər içəndə,
    Keçirər ömrünü o, yas içində.
    Bəzən ən qiymətli libas içində,
    Nalədir, fəğandır qadın ürəyi.
    #xəzərsüleymanlı #xezersuleymanli
    Facebook: / xzrslmnli
    İnstagram: / xezersuleym. .
    Tik-tok: vm.tiktok.com/ZSdSfdWxj/
    Telegram: t.me/xezer_suleymanli
  • ВидеоклипыВидеоклипы

Комментарии • 106

  • @qarabagazerbaycandir3664
    @qarabagazerbaycandir3664 Год назад +23

    Teessufki her qadin qadin adina layiq deyil . Layiq olanlarda layiq olan deyerleri gormurler. Esl qadin adina layiq olan qadinlar Allaha emanet olsunlar

  • @ibohacyev9599
    @ibohacyev9599 4 месяца назад +6

    Allah sənə rəhmət eləsin, Tofiq müəllim. Elə bil ki, bütün qadınları tanıyıb, qəlbini dinləyib. Elə məni də.

  • @derszamani8355
    @derszamani8355 4 месяца назад +7

    Qadın bütün çətinliklərə baxmayaraq ayaqda durmağı bacaran zərif insandır!

  • @lamiysgrova4814
    @lamiysgrova4814 10 месяцев назад +8

    Geceler sesiz hickirib aglayaraq gunuz hecne olmamiş gulen qadindi.Qelbi aglayarken ùzu gulen qadindi qadin

  • @kmalmmmdova9201
    @kmalmmmdova9201 Год назад +7

    Heyatini ovladlarina qurban eden tek ovladlari ile qurur duyub fexr eden qadin ureyi

  • @XezerSuleymanli
    @XezerSuleymanli  Год назад +46

    Xoş dinləmələr, əzizlərim. Telegram kanalıma da abunə olun: t.me/xezer_suleymanli

    • @user-wf6or4lu2h
      @user-wf6or4lu2h Год назад +1

      Salam axşamınız xeyir dəyərli Xəzər Süleymanlı hər gün sizin şeirlərinizə qulaq asıram sanki həyatımı danışırsız səsiniz var olsun heç bir zaman heç kəsin videosunu şərh yazmıram sadəcə indi yazdım bu şeirə qəlbim elə qırılıbki hər an öz canıma qəsd etməyi fikirləşirəm sadəcə olaraq evladlarım gözümün qarşısına gəlir Allah heç kəsi qərib eləməsin birdə atasız bu dünyada ən böyük arzum içki hər bir dövlətdə qadağa olsun satılmasın bəlkə onda mənim kimi bəzi qadınlar xoşbəxt olar😢😢

    • @user-wf6or4lu2h
      @user-wf6or4lu2h Год назад

      Axı hər bir qadının haqqıdır xoşbəxt olsun

    • @user-wf6or4lu2h
      @user-wf6or4lu2h Год назад

      @HƏYAT inanınki bu sözlərinizlə məni çox kövrəltdiz yalnız evladlarım üçün güclü olmağa çalışıram💔🥀

    • @konulcfrova3150
      @konulcfrova3150 Год назад +1

      ​@@user-wf6or4lu2h Allah səbr versin .Nəyidə qadağan eləsələr o zəhəri eləməzlər .Çünki gəlir mənbəyidir ....Allahın verdiyi cana qəsd etməyə heç kimin ixtiyarı yoxdur .Elə şeyləri fikirləşmiyin də .Nə olur olsun səbr edin .Allah səbr edənləri sevir .

    • @user-ef7sb1fz6k
      @user-ef7sb1fz6k Год назад

      Салам 🙏
      Дузду гадын дэниздэн тапылан мирвариди хэр адам ону элдэ едэмэз🌟

  • @conimayili5372
    @conimayili5372 Месяц назад

    Duzdu 🙏👍

  • @minuralyeva1476
    @minuralyeva1476 Год назад +14

    Hər şeyə yetən,yorulsa belə bəlli etməyən,üzülsə belə üzmək istəməyən...qadın ürəyi❤

  • @iraasadova7171
    @iraasadova7171 Год назад +9

    ❤❤❤❤❤❤Bütün xanımlar xoshbext olsunlar❤❤❤

  • @simaosmanova7876
    @simaosmanova7876 Год назад +9

    ÖMRƏ ZİNƏT VERƏN, SƏADƏT QURAN.
    SEVİNƏN QƏLBİNİ NURLA DOLDURAN
    İSMƏTİ BİR NƏSLİ GÖYƏ QALDIRAN,
    EŞQƏ HÖKMRANDIR QADIN ÜRƏYİ. (TOFİQ BAYRAM)
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    Əslində Qadın xoşbəxtsə, səndə xoşbəxtsən Adam.
    🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
    Təşəkkürlər həmişə olduğu kimi MÜKƏMMƏL

  • @uzaqlarnqadn-1719
    @uzaqlarnqadn-1719 Год назад +12

    _Senin heyatına geldiyim yeri_
    _Özümü en xoşbext bildiyim yeri_
    _Menim doğulduğum öldüyüm yeri_
    _Yoxla menim üçün men olmayanda_

  • @gulnarrustemova5887
    @gulnarrustemova5887 Год назад +8

    Qadın üreyi bir möcüzedi çünki bir qadın hem anadı həm bacıdı həm heyat yoldaşı yeri gelənde dostdu qadın üreyi🥰

    • @alicanaliyev
      @alicanaliyev 9 месяцев назад

      Əvəz olunmazdı qadın 1:12

  • @Ressam......
    @Ressam...... 3 месяца назад +1

    💔Niyə Qəlbimizi qərırsınız.Hər cümləsində nəqədər ağlamaa olar Axlııı ..Öz həyatımı yaşadlm sanki...💔💔💔💔

  • @prensessblackpink
    @prensessblackpink Год назад +7

    Qadın ürəyi - sınmış aynadır, yetim uşaqdır...

  • @Yotyb038
    @Yotyb038 6 месяцев назад +2

    Ömrümüz,elə yas içində keçir onsuzda heyvan kimi biriylə evlənmişəm😢😢

  • @user-wl9fc9sr2p
    @user-wl9fc9sr2p Год назад +12

    "Ağizdan çıxan hər kəlmə ,ürəkdən gəlir." Gəlb gırmamag üçün üreyinizin səsini eşitməyi öyrenin , söz yarası unudulmur...

  • @asilferide1963
    @asilferide1963 Год назад +3

    Ən cox bu seir sesinize yarasib Xezer bey qadin var sevgisizlikden bezib qadinda var cox sevilmekden bezib qeribe bir heyatdir 😏

  • @durdanedcafarova7300
    @durdanedcafarova7300 Год назад +5

    SUPER .❤ QADIN ÜRƏYİ .❤❤❤

  • @ranaguliyeva4124
    @ranaguliyeva4124 Год назад +4

    Bəzən gül tək solar bir acı sözdən..

  • @lalehuseynova8472
    @lalehuseynova8472 Год назад +5

    Ama sındırıb getdi(( xoşbexdliyimide özüilə apardı.Ne deyimki ehsen sene👏👏sevendede cesurları sevmek lazimdi...

  • @konulkonul9218
    @konulkonul9218 Год назад +2

    Belkede hansisa ş'er gözel deyil,belkede başqa birinin ifasinda sevilmezdi.ancaq bu ses insanin ruhuna rahatliq getirdiyiycun seve seve dinleyirem😔😔

  • @user-mh4yo7dh3d
    @user-mh4yo7dh3d Год назад +4

    Bura qəlbimi qoydum ❤

  • @ulviyyaabbasova1790
    @ulviyyaabbasova1790 Год назад +3

    Allah səni qorusun ,səsin həmişə var olsun 🤲🧿💞

  • @aytenalesker560
    @aytenalesker560 29 дней назад

    Bu şeiri yazan və səsləndirən🙏🙏YAXŞIKİ varsınız😢😢🙏🙏💔

  • @sharafatabdullayeva2925
    @sharafatabdullayeva2925 Год назад +3

    Haminin ürəui sizin ürəyiniz kimi incə olsaydi
    hami xoşbəxt olardi.
    Səsinizə qəlbinizə saqliq
    Allah sizi qorusun gözəl insan. AMİN.❤😂💞💯✌👏👏👍👍🙌🙌🙏🙏🙏✍

  • @gulnarkarim9522
    @gulnarkarim9522 Год назад +1

    Mukemmel👍👍👍

  • @gultekincahangirov7193
    @gultekincahangirov7193 Год назад +4

    Kaşki sınmayaydı qadın ürəyi
    Sağolun sınmış qəlbləri yada salırsız....

  • @EfsaneDilanchiyeva
    @EfsaneDilanchiyeva 13 дней назад

    💔🦋🍁🍂

  • @cbiyevasevinc2890
    @cbiyevasevinc2890 Год назад +3

    Ən sevdiyim şeir.Səsləndirdiyiniz üçün minnətdaram.

  • @user-me7vf1bi6w
    @user-me7vf1bi6w Год назад +1

    Əvvəlki kimi darıxmıram.yox darixiram.!!!

  • @aynurhuseynova6799
    @aynurhuseynova6799 10 месяцев назад +1

    Var olun Xəzər müəllim❤

  • @desert_rose-cl7nq
    @desert_rose-cl7nq Год назад +1

    Sevgisiz zindandi qadin ürəyini..
    Bezen usaq kimi bir ürəksizden
    Mehebbet umandi qadin ureyi
    Bezen en qiymetli libas icinde
    Naledi, feqandi qadin ureyi

  • @okeanokean4071
    @okeanokean4071 Год назад +1

    tam üreyimnen kecenleri dediniz ❤

  • @doktor1982
    @doktor1982 Год назад +2

    Necə rəhmlidir necə amansız necə mehribandır qadın ürəyi. Çox möhtəşəm çox gözəl sevirəm bu şeiri .❤

  • @sonsuzulduz
    @sonsuzulduz Год назад +1

    💔

  • @akifelesgerli8893
    @akifelesgerli8893 Год назад +1

    👍çox doğrudu .

  • @akifelesgerli8893
    @akifelesgerli8893 Год назад +1

    Çox gözəl şeir Teşekkürler.

  • @ayguneliyev7196
    @ayguneliyev7196 Год назад

    Gozel seir ve gozel seslenme

  • @Dovsanzbrli
    @Dovsanzbrli Год назад +1

    Çox gözəl

  • @TARIK9184
    @TARIK9184 Год назад +2

    🇹🇷 🇦🇿 sesinize emeğinize sağlık

  • @nigarquliyeva9921
    @nigarquliyeva9921 Год назад

    Yenidən qadın dünyasına düyğusuna toxunduğunuz üçün sağ olun var olun

  • @user-tn8pn6nq9p
    @user-tn8pn6nq9p Год назад

    Sesinize ürəyinizə sağlıq çox sevirəm sizin səsinizi Allah eksik etmesin

  • @samiramuallima3183
    @samiramuallima3183 4 месяца назад

    Necə təsirli 😢😢😢😢😢

  • @yusifcfrov4106
    @yusifcfrov4106 Год назад

    Ətraflı, düzgün məna verib şair.Allah kömək olsun.

  • @ilhamequliyeva5363
    @ilhamequliyeva5363 Год назад

    Səsiniz adamın ruhun dincəldir

  • @ilhameyaqubova4477
    @ilhameyaqubova4477 Год назад

    Ürəyləri isidən gözəl ifa və gözəl şeir.

  • @yni.....
    @yni..... Год назад

    Hər dərdə dözəndi qadın ürəyi

  • @user-ef7sb1fz6k
    @user-ef7sb1fz6k Год назад

    Салам🙏
    Чох саг олун 👍
    Бу козэл созлэрэ корэ👍🌟🌟🌟

  • @user-bj4tx9kj9d
    @user-bj4tx9kj9d 4 месяца назад

  • @zaursahibli2906
    @zaursahibli2906 Год назад

    QADIN. UREYI ❤

  • @memmedli7280
    @memmedli7280 4 месяца назад

    😢

  • @dovlataliyev2679
    @dovlataliyev2679 Год назад +77

    Evvelki kimi darixmiram senin üçün....daha ağlamiram yeri geldi,gelmedi.....adinin olduğu cümlelerde gözlerim dolmur,,,yoxluqunun teqvimi tutmuram artiq...........biraz yorğunam,,,,biraz halsiz,,,,birazda sensizlik sindirdi meni......nece yaxşi olurlar bilmirem,,amma yaxşiyam kelmesini yapişdirmişam dilime,,kim soruşsa yaxşiyam deyirem.......Dönmeni gözlemirem artiq,,hetta istemirem gelesen,,tez tez ağlima gelirsen ama "mene ne " deyirem,,,,,,menim derdim mene bes eder "mene neee"....Yoxluğuna alişirammi?...varliğindan elmi cekirem?? Coxxxx sinmişam eslinde....Birden başqasini severem??...Eger ele bir şey olsa ve bir gün men başqasini sevsem bax o zaman seni heyatim boyu BAĞIŞLAMAYACAM..........SeNi SeViReM....

  • @SbinHuseynova-zy9kw
    @SbinHuseynova-zy9kw 8 месяцев назад

    😢😢

  • @eminehesenova7085
    @eminehesenova7085 Год назад +3

    💖🌹💖🌹🤗🥰

  • @khuramanrahimova5260
    @khuramanrahimova5260 Год назад +2

    👍👍👍

  • @elchinaliyev774
    @elchinaliyev774 Год назад +2

    😢😢😢❤

  • @ertugrulgaziogluosmanbey4674
    @ertugrulgaziogluosmanbey4674 Год назад +1

    Hərda n kecmis yerimis yermzdə sənücn darxtdqımı ağlamağmı sevgimi xatirələrələni gözl sözlərini yaxsı əmlərni elə sən özünü eıa özün secib bəyəndigin yerda qoyub geetmək isdəyrəm mənavi qida ürəym qoymur bu məqamlar atm gedəm əlçdə deyl nə edm ??.‽❤

  • @axtar_tap
    @axtar_tap Год назад +2

    qadin bir ciraq Amma men o sevgiye layiq olmadim .

  • @guneyrzayeva1168
    @guneyrzayeva1168 Год назад +2

    ❤❤❤❤❤❤❤

  • @dekabr96
    @dekabr96 Год назад +1

    🖤❄️

  • @15.r.a06
    @15.r.a06 Год назад +1

    👍🙂

  • @aynurhuseynova772
    @aynurhuseynova772 Год назад

    ❤❤👏👏👏👏

  • @DEW_8815
    @DEW_8815 Год назад

    Dert çekib vedesiz qocalandı qadın üreyi.....

  • @ezraselefi2094
    @ezraselefi2094 Год назад

    Nə yaşadığ yenə,gəldik düşdük bura ?

  • @gulsensadiqova1087
    @gulsensadiqova1087 Год назад

    ❤👍👍👍👍😔😔❤❤

  • @muradgozlov5222
    @muradgozlov5222 Год назад

    Nüsrət Kəsəmənlinin "Qadın Ürəyi" şeiri haçandan Tofiq bayramın şeiri olub ?🤔

  • @dovlataliyev2679
    @dovlataliyev2679 Год назад +3

    Evvelki kimi darixmiram senin üçün....daha ağlamıram yeri geldi,gelmedi.....adının olduğu cümlelerde gözlerim dolmur,,,yoxluqunun teqvimi tutmuram artıq...........
    biraz yorğunam,,,,biraz halsiz,,,,birazda sensizlik sındırdı meni
    ......nece yaxşi olurlar bilmirem,,amma yaxşıyam kelmesini yapışdırmışam dilime,,kim soruşsa yaxşıyam deyirem.......
    Dönmeni gözlemirem artiq,,hetta istemirem gelesen,,tez tez ağlima gelirsen ama "mene ne " deyirem,,,,,,menim derdim mene bes eder "mene neee"....Yoxluğuna alışırammı?...varlığından elmi cekirem?? Coxxxx sınmışam eslinde....Birden başqasını severem??...
    Eger ele bir şey olsa ve bir gün men başqasini sevsem bax o zaman seni heyatim boyu BAĞIŞLAMAYACAM..........SeNi SeViReM....

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 Год назад +1

      Ehh ..o boyda əziyyətin sonunda yenə sevirsiniz onu dəyişən heçnə yoxdur əksinə daha çox onu düşünür daha böyük sevgiylə istəklə sevirsiniz onu.

    • @dovlataliyev2679
      @dovlataliyev2679 Год назад +1

      @@sevilnatiqqz.3145 Onsuzluqu sevmeye çalışıram,,,,Belke ne vaxtsa,,belke bir gün alındı

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 Год назад

      @@dovlataliyev2679 Alınar yəqin.. heç vaxt vaz geçməyin bezməyin yorulmayın.

    • @dovlataliyev2679
      @dovlataliyev2679 Год назад

      @@Mrs.sessiz4104 Inanin Allaha daha qovuşmaq istemirem....Onu onsuz sevmek daha gözel imiş

  • @leyliallahverdiyeva1582
    @leyliallahverdiyeva1582 5 месяцев назад

    Musiqinin adı nədir

  • @faridaismayilova1562
    @faridaismayilova1562 Год назад

    Xəzər bəy fon musiqisinin adını deyə bilərsizmi ? Mən bu şeiri səsləndirəcəm şeir gecəmiz olacaqdir. Cox xais edirem tapa bilmirəm fon musigisini

  • @eli_munis7268
    @eli_munis7268 Год назад +1

    Andı pozdun ilk sevgilim söylə görüm hardasan?
    Axtarıram yenə səni ürəyimdə görürəm
    İlk şeirimin qəhrəmanı yetər nədir bu hicran
    Varlığını ən xoş nəcib diləyimdə görürəm

  • @conimayili5372
    @conimayili5372 Месяц назад

    Duzdu 🙏👍