Baloğlan Əşrəfov - Heç kimsəyə yük olmadım həyatda.
HTML-код
- Опубликовано: 9 ноя 2024
- #baloglanesrefov #agazahidsaqidov #muğam
Heç kimsəyə yük olmadım həyatda
Özüm çəkdim neçə-neçə yükü mən
Hamar yolu dolaşmadım gəzmədim
Enib qalxdım yamacı mən diki mən
Talehimə qarış-qarış yol açdım
Arzulara qucağ açdım qol açdım
Bir ağacın kölgəsində dolaşdım
Yarpağı mən budağı mən kökü mən
Əyilmədim dara düşən gündə də
Fırtınaya qara düşən gündə də
Büdrəyəndə zora düşən gündə də
Seçə bildim yenə tükdən tükü mən
Yaxşılara sığal çəkdim nəğmətək
Ədalətə yaxın oldum kölgətək
Fələk ilə çox oynadım təkbətək
Şeş-beşi fələk atdı yeki mən
Zahid vardır hələ neçə sirdaşın
Sirli olur hər qayanın hər daşı
Qəlbindəyəm hələ neçə dostun sirdaşın
Xatirində belə qalım təki mən.
#2022 #masalli #bedelan #mugam #xezertv