Hamilə qala bilməyənlər üçün uşaqlıq borularının yoxlanılması! l Histerosalpinqoqrafiya

Поделиться
HTML-код
  • Опубликовано: 17 май 2024
  • ♀️Hamilə qalmaqda çətinlik çəkən qadınlara HSQ tövsiyə olunur.
    Histerosalpinqoqrafiya (HSQ) qadının uşaqlıq və uşaqlıq borularının rentgen şüaları vasitəsilə müayinə olunmasıdır. Bu müayinə zamanı uşaqlıq və boruların aydın görünməsi üçün kontrast maddədən istifadə olunur.
    HSQ zamanı radioloq kontrast maddənin qadının reproduktiv sistemi boyunca hərəkətini izləyir və əgər uşaqlıqda struktur dəyişiklikləri, borularda keçiriciliyin pozulması varsa, bütün bunlar aşkarlanır.
    HSQ menstural siklinin birinci yarısında aparılır. Müayinə qabağı qadın uşaqlıq yolundan yaxma verməli və lazım olarsa müvafiq müalicə almalıdır.
    Histerosalpinqoqrafiya sonsuzluğun səbəbini dəqiqləşdirməyə yardımçı olur.
    ❗Sonsuzluğa səbəb ola bilər:
    • Uşaqlığın genetik və ya qazanılmış struktur anomaliyaları
    • Uşaqlıq borularının keçiriciliyinin pozulması
    • Uşaqlıqda çapıq toxuması, uşaqlıqdaxili bitişmələr
    • Uşaqlığın fibromaları
    • Uşaqlıqda poliplər
    Bizim klinikada müayinə zamanı müvafiq ağrısızlaşdırma və birdəfəlik plastik instrumentlərin istifadəsi bu proseduru tam ağrısız və travmasız aparılmasına imkan verir.
    Tezlikle hamilə qismində görüşmək ümidi ilə...☺️
    Müayinə ilə bağlı ətraflı məlumat əldə etmək üçün şərhlərdə və ya mesaj bölməsində yaza bilərsiniz. 📥
    Suallarınızı rəylərdə qeyd etməyi unutmayın.⬇️
    👩🏼‍⚕️Cərrah-Ginekoloq Pərvin Mikayılzadə
    📱+994 50 240 16 40
    🏥 German Hospital
    📍 İsmayıl Qutqaşınlı küç., 3
  • ХоббиХобби

Комментарии • 1

  • @tunustunusov8219
    @tunustunusov8219 25 дней назад +3

    salam 1 uşaqim var. 2 ci uşaq olmur boru baqlanmasi ola bilər? bütün yoxlamalardan keçmişəm problem yoxdu zəhmət olmasa cavab yazin😊