“İstisu” şüşəsini 29 ildir saxlayan kəlbəcərlilər

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • İndi sizi Goranboyda məskunlaşan kəlbəcərlilərlə tanış edəcəyik. O kəlbəcərlilər ki, bir zamanlar “İstisu” zavodunda çalışıblar. Ölkə daxilində və xaricində hər kəsin əl-əl gəzdiyi, insanlara şəfa bəxş edən bu suyu şüşələrə doldurub onu ixraca hazırlayanlar arasında bu insanlar da olub. Bu iş, bu su onlara o qədər doğma olub ki, Kəlbəcəri məcburən tərk edərkən “İstisu” şüşəsini özləri ilə götürməyi unutmayıblar. Vəfa xanım düz 29 ildir ki, İstisu ilə dolu şüşəni saxlayır. O günlərin xoşbəxt nişanəsi kimi. Amma bu insanların xoşbəxtliyi hələ qarşıdadır. Bir müddət sonra Kəlbəcərdə fəaliyyətə başlayacaq “İstisu” sanatoriyası və “İstisu” mineral su zavodu yenidən kəlbəcərlilərin sevimli iş yerinə, turistlərin isə ən şəfalı sağlamlıq məkanına çevriləcək.
    / ictimai.tv
    / ictimaitv.official
    itv.az/
    #ictimaitv #video #televiziya #baku #videolar #itv

Комментарии • 4