ƏŞRƏF ft. SHERİF - Ağlımdan Çıx Get

Поделиться
HTML-код
  • Опубликовано: 27 сен 2024
  • Ağlımdan Çıx Get
    Sevdim mən. Zənn etdim sevdin sən gizlin
    Sevdin və gizlətdin fərqindən bildim
    İstərdim dillə yox qəlbi ilə dinsin
    Bilməzdim dinməzcə qəlbindən silsin
    Sənsiz mən kəfənmi, bəylikmi geynim
    Sən yoxkən var olmaq ölməklə eyni
    Həm ismin yaddaşdan silmir ki beynim
    Həm təkrar sevməkdən qorxdum mən neynim
    Sevdim mən. Aldandım. Sevdin sən sandım
    Eşqinlə odlandım, sevginlə yandım
    Yansam da ummurdum heç kimdən yardım
    Səndən də ummuram ki, heç kimsən artıq
    Dinməzcə, səssizcə, üzgüncə çıx get
    Getsən də səhv etmə, düzgüncə çıx get
    Səndən bir xahişim var, mümkünsə çıx get
    Ömrümdən getdin, qəlb mülkündən çıx get
    Ömrümdən çıxdın getdin, ağlımdan getmirsən sən
    Bu sevgi hekayəmdən, nağlımdan getmirsən sən
    Köksümdə ilişib qaldın, bağrımdan getmirsən sən
    Bağrırsam heç bilmərsən, ağrımsan keçmirsən sən
    Ömrümdən çıxdın getdin, ağlımdan getmirsən sən
    İçki dərd ortağımdı, çün yardım etmirsən sən
    Hər nağılın var bir sonu, bəs nə üçün bitmirsən sən
    Ömrümdən çıxdın getdin, ağlımdan getmirsən sən
    Təkrardan bağlandım, təkrardan sevdim
    Yadlardan duydum yar əğyarla evli
    Hər axşam içdim. Mən sərxoş və kefli
    Silməkmi yanlışdı, sevməkmi səhvdi
    Qəlb vursa bir kəsçün söz keçmir əsla
    Azaddır eşq hissi, olmaz ki israr
    Dolduqca göz yaşla, dolmazmı misram
    Yazdıqca söz başlar, olmaqçün israf
    Sonsuz bir eşq varkən, sonsuz bir sədd var
    Eşqim sərhədsizdi. Sanmışdın hədd var?
    Olduqca amansız mən olduqca qəddar
    Günlərimi saydım mən ölməkçün hətta
    Yazıqtək, aciztək, sevməkdən qorx get
    Sevməkçün qəlb lazım, qəlb səndə yox, get
    Əlçatmaz olmaqçün mümküncən çox get
    Ömrümdən getdin, qəlb mülkündən çıx get
    Ömrümdən çıxdın getdin, ağlımdan getmirsən sən
    Bu sevgi hekayəmdən, nağlımdan getmirsən sən
    Köksümdə ilişib qaldın, bağrımdan getmirsən sən
    Bağrırsam heç bilmərsən, ağrımsan keçmirsən sən
    Ömrümdən çıxdın getdin, ağlımdan getmirsən sən
    İçki dərd ortağımdı, çün yardım etmirsən sən
    Hər nağılın var bir sonu, bəs nə üçün bitmirsən sən
    Ömrümdən çıxdın getdin, ağlımdan getmirsən sən
    05.12.2023

Комментарии • 10