SHERİF - KİNAYƏ

Поделиться
HTML-код
  • Опубликовано: 27 сен 2024
  • Kinayə
    Ayrı idi hekayəmiz, yaraşırdıq biz bizə
    Xəyalımda bir ev vardı, yanaşıydıq diz-dizə
    Demə yaşayırdı gizlicə qəlbində kin
    Biri qoparıb atsın artıq qəlbimdəkin
    Sənsizliyi yaşayan bilər, yaşadan deyil
    Onsuz da gülər üzün, yaş axan deyil
    Haqqında danışarkən əlbəttə söyərəm
    Həyatımı məhv edənə paşa, xan deyim?
    Sən sevirdin gülləri, qurudaraq ətrin
    Həm sevirdin gülməyi, unudaraq dərdi
    Pozitivdi həyatın, minuslara yox de
    Mənsə yazım, rep deyim. Minuslara xod ver
    Yazmaq bir sənətdir, yaraşır mənə
    Düşündünmü yazanlar yaşayır nələr
    Yazmaq üçün ağlımla dalaşır qələm
    Çox düşünən çox yazar, yaşadar və də
    Çox düşünüb çox yazdım sən haqda mən nələr
    Sən ağlıma gələr demək səhv addıma dəyər
    Bunu bil ki qəlb qırmaq savabdısa əgər
    Al ömrümü sən yaşa. Sən Allah mən nəyəm?
    Sən ağlayıb gözündə yaş saxlarsan
    Bəlkə də bir ömür qəlbində daş saxlarsan
    O isə unudub həyatı yaşar doyunca
    Bəlkə bir vaxt anlar məni yaşa dolunca
    Keçmədiyin yollara gül düzmüşdüm
    Seçmədiyim sonlara sürgün düşdüm
    O güllər də soldu, yollar da tozlu
    Mənası yox gözümdə zülfün düşdü
    İş işdən keçdi artıq yolun yoluma çıxmaz
    Sən söylədiyimə baxma yerin dünyaya sığmaz
    Hələ də sənə dəyər verən bir qəlb var sınmaz
    Nə qədər yazıb pozsam da bir kəs var qanmaz
    (Axmaq)
    Bir səhv var uğrunda doğrularım hədər
    Ayağımı uzatmadım yorğanım qədər
    Gəlməməkçün bəhanələr bitib tükənməz
    Həqiqətən istəyən yolun tapıb gələr
    Həqiqəti gizlədib yalanlara boğ məni
    Üzünə gülüb baxdığım kəslər bilir yox qəmim
    Çox dərin yaralarımın üstü qabıq altı qan
    Düşündünmü bir gecə sən uçmağı heç 6-dan?

Комментарии • 8

  • @fikrtmehrliyev1005
    @fikrtmehrliyev1005 3 месяца назад +2

    Əla uğurların bol olsun sevdim

  • @vusalesref
    @vusalesref 3 месяца назад +2

    Gəlməməkçün bəhanələr bitib tükənməz
    Həqiqətən istəyən yolun tapıb gələr
    Əhsən şair

  • @ZikoziSSers
    @ZikoziSSers 3 месяца назад +1

    Əla uğurlarr

  • @qaqamixx
    @qaqamixx 3 месяца назад +1

    Uğurlar

  • @Sərifİbrahimov
    @Sərifİbrahimov 3 месяца назад +1

    Ugurlar exi❤

  • @Pobg263
    @Pobg263 3 месяца назад +1

    İlk

  • @mercmeydani9974
    @mercmeydani9974 3 месяца назад +1

    ❤❤❤ Şair yenə yaradıb

  • @serxanaliyev777
    @serxanaliyev777 3 месяца назад

    Super Uğurlar❤