Şair: Hüseyn Arif (1924-1992) Bəstəkar: Bəxtiyar Kərimov Aparıcı: Nanə Ağamalıyeva Sevəydin barı İllərlə mən sənin oduna yandım, Başqa birisinə meyl salmadım. Hər yanda, hər zaman adını andım, Eşqin sualından cavab almadım. Gözlədim, gözlədim, Səndən mən cavab almadım. 2. Gözdən uzaq olub, düşmədim yada. Yalançı məhəbbət aldatdı səni. Dözülməz ağrıdır, düzü, dünyada, Sən yarı sevəsən, yar özgəsini. Nədəndir, nədəndir, sevdin sən özgəsini? 3. Kimdir yanındakı tanı sən, gözəl, Onun nə əhdi var, nə etibarı. Ay məni bəyənib, sevməyən gözəl, Məndən yaxşısını sevəydin barı! Sevəydin, sevəydın, Yaxşısını sevəydin barı.
her iki senetkara ugurlar.ATV kanalının butun yaradıcı heyyetine salamlar.
Şair: Hüseyn Arif (1924-1992)
Bəstəkar: Bəxtiyar Kərimov
Aparıcı: Nanə Ağamalıyeva
Sevəydin barı
İllərlə mən sənin oduna yandım,
Başqa birisinə meyl salmadım.
Hər yanda, hər zaman adını andım,
Eşqin sualından cavab almadım.
Gözlədim, gözlədim,
Səndən mən cavab almadım.
2.
Gözdən uzaq olub, düşmədim yada.
Yalançı məhəbbət aldatdı səni.
Dözülməz ağrıdır, düzü, dünyada,
Sən yarı sevəsən, yar özgəsini.
Nədəndir, nədəndir,
sevdin sən özgəsini?
3.
Kimdir yanındakı tanı sən, gözəl,
Onun nə əhdi var, nə etibarı.
Ay məni bəyənib, sevməyən gözəl,
Məndən yaxşısını sevəydin barı!
Sevəydin, sevəydın,
Yaxşısını sevəydin barı.