Əliağa Vahid qəzəl meyxanələr içrə

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025
  • Hər kim mənə tən eyləsə meyxanələr içrə
    Qan olsun onun badəsi peymanələr içrə
    Öz xəlqinə hər kim mey içib versə əziyyət
    Olsun yeri bayquş kimi viranələr içrə
    Mümkünsə ,fəsad əhli ilə həmqədəh olma
    Nöqsan yetirər şəninə biganələr içrə
    Pərvanə əgər şəmə yanır atəşi-qəmlə
    Məndə yanıram hər gecə pərvanələr içrə
    Bir zülfü siyah dilbərə çoxdandır əsirəm
    Məşhuram o gündən bəri divanələr içrə
    Vahid,biləcək qədrini ,sərraf əgər olsa
    Saxlar bu gözəl şerini dürdanələr içrə

Комментарии •