Dünyamıza gəlişi ilə insanlıq şərəf şöhrəti ilə gələn Məmməd Aslan, Məmməd Araz, Məmməd İlqar kimi Şairlərimizə Allahdan rəhmət diləyirəm. Hər birinizin ruhunuz şad, məkanınız cənnət olsun. Allah Xalqımıza uğurlu gələcək, xoş günlər nəsib etsin amin. Qarabağa qayıdış karvanı, Qərbi Azərbaycandan öz ata baba yurdlarından qovulan insanlarmızada nəsib olsun Ey Ulu Tanrım. Öz əllərimlə əkdiyim Güllü çiçəkli meyvəli bağlarımı görməyi heç bilirsinizmi neçə istəyir, istəyir könlüm.
Bir yanım alqışdı,bir yanım qarğış, Qədər məni çəkdi qarğışa doğru. Gözümdə günəş var,saçımda qar var, Gün yaza çağırır,qar qışa doğru. Həsrətlər,qayğılar ovxarlı qayçı, Ürək cəllad oldu,dilim harayçı. Günüm ağarmamış, ağartdım saçı, İndidə iz salıb qar qaşa doğru. Qəmimlə sevincim durub yarışa, Sevinc tək-tək gəlir, qəm qoşa-qoşa. Bir asudəlik var,bir də qarğaşa, Asudəlik xəyal,qarğaşa doğru. Acı da nemətdi iştaha olsun. Min dəfə dadmışam,bir daha olsun. Gərək baş sahibi əjdaha olsun, Min qayğı baş alsa bir başa doğru. Qəm mənə toxunub,toxunmaz daha, Qəmdən toxam,qəmi tox ummaz daha. Ömrümün hanası toxunmaz daha, Üzükməz ərişim arğaca doğru.
Taleyi kür yaranmışam, Salam versəm savaş olar. Sevincimə şaxta düşər, Qəm bostanım fəraş olar. Mənəm möhnəd qəddin əyən, Qan qusaram ləyən-ləyən. Barmağıma pulov dəyən, Dişim altda bir daş olar. Getsəm düzən bir çölə mən, Dağ görərəm silsilə mən . Üz çevirsəm bülbülə mən, Tezcə dönüb bayquş olar. Elə düşüb işim tərsə, Məmməd donar oda girsə. Hər kim məndən mehr görsə, Ondan payım qarğış olar.
Nur içində yatsın böyük şair.
Dünyamıza gəlişi ilə insanlıq şərəf şöhrəti ilə gələn Məmməd Aslan, Məmməd Araz, Məmməd İlqar kimi Şairlərimizə Allahdan rəhmət diləyirəm. Hər birinizin ruhunuz şad, məkanınız cənnət olsun. Allah Xalqımıza uğurlu gələcək, xoş günlər nəsib etsin amin. Qarabağa qayıdış karvanı, Qərbi Azərbaycandan öz ata baba yurdlarından qovulan insanlarmızada nəsib olsun Ey Ulu Tanrım. Öz əllərimlə əkdiyim Güllü çiçəkli meyvəli bağlarımı görməyi heç bilirsinizmi neçə istəyir, istəyir könlüm.
Böyük ustada min rəhmət.Sizlərə də can saglıgı arzulayıram.
Аллах рехмет елесин Меммед еми.!!
Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Heyif Kəlbəcərin alınmasinı görmədi.
Allah Rəhmət Eləsın E.....h Kımlər-Ğəldı Kımlər-Ğetdı Bu Düyadan-Bu Dünyadan.Allah Rəhmət Eləsın Hamisina.Amın.
Аллах рехмет елесин
Bir yanım alqışdı,bir yanım qarğış,
Qədər məni çəkdi qarğışa doğru.
Gözümdə günəş var,saçımda qar var,
Gün yaza çağırır,qar qışa doğru.
Həsrətlər,qayğılar ovxarlı qayçı,
Ürək cəllad oldu,dilim harayçı.
Günüm ağarmamış, ağartdım saçı,
İndidə iz salıb qar qaşa doğru.
Qəmimlə sevincim durub yarışa,
Sevinc tək-tək gəlir, qəm qoşa-qoşa.
Bir asudəlik var,bir də qarğaşa,
Asudəlik xəyal,qarğaşa doğru.
Acı da nemətdi iştaha olsun.
Min dəfə dadmışam,bir daha olsun.
Gərək baş sahibi əjdaha olsun,
Min qayğı baş alsa bir başa doğru.
Qəm mənə toxunub,toxunmaz daha,
Qəmdən toxam,qəmi tox ummaz daha.
Ömrümün hanası toxunmaz daha,
Üzükməz ərişim arğaca doğru.
Taleyi kür yaranmışam,
Salam versəm savaş olar.
Sevincimə şaxta düşər,
Qəm bostanım fəraş olar.
Mənəm möhnəd qəddin əyən,
Qan qusaram ləyən-ləyən.
Barmağıma pulov dəyən,
Dişim altda bir daş olar.
Getsəm düzən bir çölə mən,
Dağ görərəm silsilə mən .
Üz çevirsəm bülbülə mən,
Tezcə dönüb bayquş olar.
Elə düşüb işim tərsə,
Məmməd donar oda girsə.
Hər kim məndən mehr görsə,
Ondan payım qarğış olar.