Konstitusiyaya zidd təyin olunan hakimlər Konstitusiyanı necə qoruyacaqlar? - Qüdrət Həsənquliyev

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #APATV #QüdrətHəsənquliyev #deputat #konstitusiya #hakim #parlament #MilliMəclis #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Konstitusiyaya zidd təyin olunan hakimlər Konstitusiyanı necə qoruyacaqlar? - Qüdrət Həsənquliyev
    “Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər?”
    Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
    Deputatın sözlərinə görə, “Məhkəmələr və hakimlər haqqında” qanunda qeyd olunur ki, yuxarı instansiya məhkəmələrinin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilər: “Bizə təklif olunan namizədlərin isə ən azı 12-nin hakim kimi 5 il iş təcrübəsi yoxdur”.
    Q. Həsənquliyev bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun keçid müddəalarının 7-ci bəndindəki “Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə Hüququ Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər” müddəası Konstitusiyaya ziddir: “Ali Məhkəmənin sədri də 68 yaşını - son yaş həddini keçdiyindən bu gün Konstitusiyaya zidd olaraq həmin vəzifəni tutur”.
    Deputat vurğulayıb ki, sabiq Ombudsman Elmira Süleymanova qanunda nəzərdə tutulandan artıq vəzifədə qaldığı üçün Azərbaycanın beynəlxalq reytinqi aşağı salınıb:
    “Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər, Konstitusiyanı necə qoruyacaqlar?”
    Q. Həsənquliyev əlavə edib ki, ötən il Apellyasiya məhkəmələrinə 8 hakim təyin edilib, 8-i də istisna hal kimi təyin olunub: “Hər bir halda Konstitusiyanın pozulması və ona zidd olan qanundan sui-istifadə halı ortadadır. Bizə hakimlər haqqında ətraflı məlumat verilmir. Biz bilmirik ki, hansı hakim hansı Appellyasiya Məhkəməsində, yaxud Ali Məhkəmədə kollegiyanın üzvü seçiləcək. Məhkəmə Hüquq Şurasının nümayəndəsinin komitədə verdiyi məlumata görə, birinci instansiya məhkəmələrində 5 il təcrübəsi olan 200-dən artıq hakim var. Niyə onların sırasından namizədlər seçilməyib? Bugünkü təyinatlar həm də o 200 nəfərə münasibətdə həqarətdir. Orada göstərilmir ki, hansı hakim Apellyasiya Məhkəməsində hansı kollegiyada olacaq. Məsələn, bir dənə də olsun ağır cinayət işinə baxmamış hakim necə Apellyasiya Məhkəməsində cinayət işləri üzrə kollegiyanın üzvü ola bilər? Əslində, Ağır Cinayətlər Məhkəməsinin ən təcrübəli hakimi Apellyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında yer olarsa, ora təqdim olunmalıdır. Ali Məhkəmənin müvafiq kollegiyasında boş yer olarsa, ora Apellyasiya Məhkəməsinin müvafiq kollegiyasının ən təcrübəli üzvü təyin olunmalıdır. Mən o manipulyasiyaları da qəbul etmirəm ki, gənclər daha təmizdir, bacarıqlıdır, onlara yol açılmalıdır. Yuxarı məhkəmələrə daha təcrübəli hakimlər lazımdır. Heç olmasa dünya təcrübəsinə baxmaq olar. Hörmətli sədr, xahiş edirəm, səsvermə adbaad olmayacaqsa, protokolda mənim 5 il təcrübəsi olmayan namizədlərin əleyhinə olduğumu qeyd edin”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 16

  • @elmanxelilov7286
    @elmanxelilov7286 Год назад

    Düz deyir Qüdrət məllim

  • @agsaqqalqafaragammmdov2949
    @agsaqqalqafaragammmdov2949 Год назад +1

    MƏHKƏMƏLƏRDƏ
    PROBLEMLƏR YAŞANIR VƏ BUNA SON QOYULMALIDIR .
    🤲🤲🤲YAŞASIN HAQQ - ƏDALƏT
    🤲🤲🤲AMİN 🤲🤲🤲AMİN 🤲🤲🤲AMİN 🤲🤲🤲

  • @anarceferov7435
    @anarceferov7435 Год назад +1

    Qanun işləsə belə olmaz Qüdrət müəllim.Qanunların işləməsi üçün çalışan deputatlar var olsun.
    Fatı dur ,Fatı otur .Fatı deputatlara ar olsun.

  • @elmanxelilov7286
    @elmanxelilov7286 Год назад

    Sagoı Qüdrət məllim

  • @vuqarceferov2460
    @vuqarceferov2460 5 месяцев назад

    Düz deyir amma nəticə sıfır

  • @masalltelekom4724
    @masalltelekom4724 Год назад

    Hörmətli, depudat !
    Çox gözəl çıxış edirsiniz, ancaq Sizə məhəl verilmir. Belə görünür ki, bu da tapşırıqdır ki, Siz belə çıxış etməlisiniz.
    Nə isə heç nə bilmirəm, ya Siz əziyyət çəkməyin, ya da ki, biz əziyyət çəkib Sizinlə vaxt itirməyək

  • @masalltelekom4724
    @masalltelekom4724 Год назад +1

    Qanunlarımız Alidir.Qəbul edən yoxdur.
    Masallı rayonunda tanınmış bir vəkil var.Ağayev Nəsrulla Qiyas oğlu. 7 dəfə hakimlik, 2 dəfə notarius testindən keçib hakimliyə vermirlər. Bu dövlətə inamı itirir. Hansı haqdan danışmaq olar. QÜDRƏT müəllim, xahiş edirəm dediyim şəxsi araşdırın

  • @Memmed.834
    @Memmed.834 Год назад

    BAKI Apelyasiya məhkəməsinin sədri çıxmalıdı.

  • @vzbxbdbdbhdhdhdhdh6119
    @vzbxbdbdbhdhdhdhdh6119 Месяц назад

    Bir halda m də pulsuz isə təyin olunmur onların çoxunu n diplomu saxtadir

  • @babkhuseynli1934
    @babkhuseynli1934 Год назад

    Bunlar 30 ildən sonra deyəsən qanmağa başlayıblar bu xalqı dövləti məhv ediblər

  • @b.t.9455
    @b.t.9455 Год назад

    Apellasiya yox Appelyasiya ay milli məclisin əbədi üzvü.

  • @rovsenmuradov200
    @rovsenmuradov200 Год назад

    Mən 3 ildir ki mən məhkəmələrdə qalmışam hakim şefi uzunden

  • @vzbxbdbdbhdhdhdhdh6119
    @vzbxbdbdbhdhdhdhdh6119 2 месяца назад

    İnam Kərimov testdən keçməyib ali məhkəmənin sədridir Anar Baqirov da testdən keçməyib çək llərin başında oturub şərəfsiz çək llqri sərlsnqklə məsqukldur

  • @azerguseunov177
    @azerguseunov177 Год назад +1

    😪😪😪😪

    • @qalibveliyev1716
      @qalibveliyev1716 Год назад +1

      Zato pulu və dayısı var. qanun məmur olanda, ölkə başdı başına olur.