Əvəzsiz muğam ifaçısı,dahi sənətkar- Tükəzban İsmayılovanın 100 illiyi qeyd olunub.

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024

Комментарии • 7

  • @m.abbasova6567
    @m.abbasova6567 9 месяцев назад +4

    Allah unudulmaz dahi sənətkarlarımız Tükəzban xanıma, İlhamə xanıma, Həbib Bayramova qəni qəni rəhmət eləsin, məkanları cənnət olsun, nurlu olsun. Daima qəlbimizdədirlər. ❤️❤️🙏🙏

  • @elikerimli7286
    @elikerimli7286 9 месяцев назад +1

    Bu şerlər başqa kitablarda çap olunub.
    Qatar - lı dünyanı başa vurmadın,
    Həbibdən ayrılıb, burda durmadın.
    Ayrı vaxtlarında məclis qurmadın,
    Görüşə getməyin üzüdür bizi.
    Uca dağlarımın başı qar olar,
    Vüsal günlərinin tacı yar olar.
    Muğam sevənlərin daima var olar,
    Getsən də ayrılıb, atsan da, bizi.
    Bəstə... mahnıların tökülüb qalır,
    "Qaragilə" könlümü qoparıb alır,
    "Buludlar" elə bil kölgəsin salır.
    Üşüdür kölgələr mahnısız, bizi.
    "ilk sevgi" güllərin saralıb, solur,
    "Sənin üçün" darıxıb, ləçəyin olur.
    "Leyla" qızlarımız boynunu burur.
    İnan məyus edib üzüdür bizi.
    Açan Çiçəkləri sənə bəslərik,
    Yubiley günlərində səni səslərik.
    Gəlsən söz verirəm, çox əzizlərik.
    Getdiyin ayrılıq üzməsin bizi.
    2009 mart.

  • @elikerimli7286
    @elikerimli7286 9 месяцев назад +1

    Bu şerlər başqa kitablarda çap olunub.
    Qatar - lı dünyanı başa vurmadın,
    Həbibdən ayrılıb, burda durmadın.
    Ayrı vaxtlarında məclis qurmadın,
    Görüşə getməyin üzüdür bizi.
    Uca dağlarımın başı qar olar,
    Vüsal günlərinin tacı yar olar.
    Muğam sevənlərin daima var olar,
    Getsən də ayrılıb, atsan da, bizi.
    Bəstə... mahnıların tökülüb qalır,
    "Qaragilə" könlümü qoparıb alır,
    "Buludlar" elə bil kölgəsin salır.
    Üşüdür kölgələr mahnısız, bizi.
    "ilk sevgi" güllərin saralıb, solur,
    "Sənin üçün" darıxıb, ləçəyin olur.
    "Leyla" qızlarımız boynunu burur.
    İnan məyus edib üzüdür bizi.
    Açan Çiçəkləri sənə bəslərik,
    Yubiley günlərində səni səslərik.
    Gəlsən söz verirəm, çox əzizlərik.
    Getdiyin ayrılıq üzməsin bizi.
    2009 mart.

  • @elikerimli7286
    @elikerimli7286 9 месяцев назад +1

    2005-ci ilin Novruz bayramı ərəfəsində təsədüfən xəstəxanaya yerləşdirilən Tükəzban xanıma.

    • @elikerimli7286
      @elikerimli7286 9 месяцев назад +1

      Keçmiş olsun Tükəzban.
      Azəri yurdunun gözəl anası,
      Xətadan, bəladan qoru özünü.
      Sən ana vətənin mahnı sonrası,
      Sizsiz İlhaməniz üzər özünü.
      Qəfil xətan ilə üzdün elini,
      Yaratdığın mahnı ürəklərdədi.
      Susduğun anlardan sıxdın qəlbimi,
      Qatarın, Şahnazın gözü səndədi..
      Aldığın dərsləri bəy Üzeyirdən,
      Çıraq tək yoluna nur ələyibdi.
      Qaldırıb göylərə səni bu yerdən,
      Xalqına xidməti o diləyibdi.
      Mahnı dünyamıza izini qoydun,
      Sənin cığırların inan keçilməz.
      Heyif səhnəmizdən belə tez doydun,
      Keçər qərinələr izin silinməz.

  • @elikerimli7286
    @elikerimli7286 9 месяцев назад +1

    Tükəzban ismayılovanın həyat və yaradıcılığı fəaliyyətinə həsr olunmuş, lakin müəyyən səbəblərdən bu günə qədər çap olunmamış kitabdan bir neçə şerləri Tükəzban sevənlərə çatdırıram.
    "Qatar" - ını, "Şahnaz" - ını sevmişəm,
    Heyran etdib səsindəki incəlik.
    Dinləyərkən bu aləmdən köçmüşəm,
    Hələ də var qəlbindəki o gənclik.
    Təsniflərin təkrar olmaz əsərdi,
    "Kürd qızı" ndan oxumağın xoş olub.
    Sən oxusan hamı səsin kəsərdi,
    Susmağınla bir aləmin boş olub.
    Səs - səmirin ölkələri gəzərdi,
    Həbib sənin müşayəndə, yanında.
    Oxumursan, bu xalqına kədərdi,
    Bu kədəri daşıyıram canımda..
    "Bayatı qacar" olub sənə şah əsər,
    Mahnıların açılmamış qönçədi.
    "Şəfqət bacı" səngərləri çox gəzər,
    Yarandığı neçə - neçə əsrdi.
    Sən susan, dağlarda kəklik, bülbüllər,
    Durna qatarı tək yolunu azmış.
    Oxu, zəngülənlə açılsın güllər,
    Hesab et yanında Həbibin çalmış. 😅