Amerikanı Kəşf Edən Azərbaycanlı - Kolumbdan 200 İl Əvvəl - GİZLİ TARİX!
HTML-код
- Опубликовано: 16 ноя 2024
- Kanal Bəxtiyar Əlirzayevə məxsusdur.
Bu cür materialların davamlı olmağını istəyirsinizsə, kanala abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Diqqətiniz bizim üçün çox önəmlidir.
Əslində elm deyiləndə, millət anlayışı arxa plana keçməlidi. Biz belə öyrənmişik, daha doğrusu bizə belə öyrədiblər. Ancaq indi ayılıb görürük ki, bunu bizə öyrədənlər özləri vaxtıilə türk-müsəlman alimlərinin, memarlarının, filosoflarının elmi nəzəriyyələrini, təcrübələrini dədə malı kimi götürüb, üzərində işləyib, yeni hala salıb, yeni dünyaya yeni elmi kəşf kimi sırıyıblar. Öz adlarını əbədiləşdirib, bu icadları öz millətlərinin güclənməsinə, inkişaf etməsinə hədəfləyiblər. Biz isə sadəlövh kimi bütün bunların xarici alimlərin beyin məhsulları olduğuna inanmışıq. Çünki ilk müəlliflərin izlərini məharətlə silməyi bacarıblar.
Məsələn, bu gün bir azərbaycanlıya yaxınlaşıb soruşsan ki, Amerikanı Xristafor Kolumbdan, Ameriqo Vespuççidən əvvəl kim kəşf etmişdi? Böyük ehtimalla ağlına ancaq və ancaq xarici adlar gələcək. Halbuki bu şəxs azərbaycanlı idi. Özü də dünya elminin axınını dəyişdirən, bir çox elmi kəşflərin əsasını qoyan nəhəng azərbaycanlı. Nəsrəddin Tusi…
Bəs bu necə olub? İndi niyə onun adı çəkilmir? Tusinin çəkdiyi, dünya coğrafiya elminin sirrinə çevrilən məşhur xəritə necə və niyə yoxa çıxıb?
Bu suallara bircə-bircə cavab verəcəyik. Ancaq öncə sizdən balaca bir xahişimiz var. Kanalımıza abunə olmağı, videomuzu izlədikdən sonar paylaşmağı unutmayın. Çünki bu cür bilgilərdə hər yerdə rast gəlinmir, halbuki daha çox soydaşımızın bilməsi lazımdı.
İndisə pedaqoji elmlər namizədi Allahverdi EMİNOVun araşdırmaları əsasında hazırladığımız mövzumuza qayıdaq.
14-15-ci əsrlərdə Avropanın Osmanlı dövləti Aralıq və Qırmızı dənizlərə, bizim Qaraqoyunlu və Ağqoyunlu dövlətlərimiz isə Ərəb körfəzinə, Hind okeanının Şərqinə gedən yolunu kəsdilər. Beləcə avropalıların Qərbə doğru yolları qapandı. Başda İspaniya olmaqla, digər Avropa ölkələri iqtisadi krizisdən çıxış yolu axtarırdılar. Və tapdılar… müstəmləkəçilik. Bu yeni üsul bütün dünyanın axınını dəyişəcəkdi. Milyonlarla insanın ölümünə, qul kimi satışına, insanlığın çöküşünə gətirib çıxaracaqdı. Bütün bu faciələr şiddətləndikcə, böyüdükcə Avropa ölkələri güclənəcəkdi.
Hələliksə dünyanın bundan xəbəri yox idi. Əsas da amerikalıların. Öz dünyalarında, təbiətlə iç-içə ömür sürməkdə idilər.
Hər şey məşhur səyyah Xristofor Kolumbun İspaniya sarayına gəlişi ilə başladı. Kolumb yeni torpaqlar tapmaq üçün Kral I Filipp və xanımı, kraliça İzabelladan xeyir-dua almağa gəlmişdi.
Bəs bu yeni torpaq onun necə ağlına gəlmişdi? Yatıb, yuxusunda görməmişdi hər halda. Bəlkə bəxtini sınayırdı? Yoxsa bu özünə və komandasına inamı idi?
Yadıma fransız psixoloqu Lebonun kəlamı düşdü: «Dirilər ölülərin fikirlərindən faydalanırlar». Unutmayaq, bu sözlər Kolumdan dörd əsr sonra deyilmişdi. Bəs Kolumb «ölülərin» fikrindən, yoxsa yazılı qoyub getdikləri elmi kəşflərindən yararlanmışdı? Axı, bu səyyah-coğrafiyaçı canından və gəminin çoxsaylı heyətindən bezmişdimi? Tələsməyək.
Artıq üçüncü həftə ötmüşdü. Sərt və hövsələsiz dalğaların əlinə bir şey keçmir, ümmanın ortasında kibrit çöpü kimi atılıb-düşən gəmiyə hücum edirdi. Ləpələrdən sıçrayan sular göyərtədə çırpınırdı. Heyətdə heç də hamısı əsəblərini cilovlamağı bacarmırdı, deyinir, Kolumbun vədlərini lənətləyirdilər. İradəli cavanlar göyərtədə taxta dor ağaclarına kürəklərini söykəyib çox-çox uzaqlara baxırdılar. Nəhəng balinalar dənizi oyur, şumlayırdılar. Köpək balıqları atılıb-düşən yelkənli gəmiyə çiyin vurmağa cəsarət göstərmirdilər.
Kolumb bu çaxnaşmanı görürdüsə, üstünü vurmurdu. Amma arabir öz kaumasına girib nəyisə götürüb göz gəzdirirdi. Taleyi sanki bu kağızdan asılıydı.
Yəqin ki anladınız. Bu gözünü çəkmədiyi kağız parçası Nəsrəddin Tusinin çəkdiyi xəritə idi. Sonradan yoxa çıxan məşhur Marağa xəritəsi. Bəs Kolumbun əlinə necə düşmüşdü? Ondan da danışacağıq. Ancaq öncə hələ də yaxşı tanımadığımı bu dahi şəxsiyyətin - Nəsrəddin Tüsinin kimliyinə nəzər salaq.
Dünya elmində azərbaycanlı astronom, riyaziyyatçı, əxlaq nəzəriyyəsinin banisi, şair Tusiyə “Səma cismləri və Yer ölçülərinin yerbəyer edicisi» deyirlər. 1201-1274 -cü illərdə yaşayıb. Həmin ərəfədə Elxanilər sülaləsi güclənmişdi. Saraya ətrafdakı böyük istedad sahiblərini top¬layırdılar. Onların arasında Nəsirəddin Tusi də vardı. Təbrizə gələn gənc alim az sonra Hülakü xanın yardımı və razılığı ilə rəsədxana tikintisinə başlayır. Əsası 1259-cu ildə qoyulan rəsədxanaya o zaman üçün ciddi məbləğ sayılan 35.000 dinar, yəni «qızıl sikkə» ayrılır. Marağa şəhərinin qərb hissəsində - dağda uzunu 350, eni 150 arşın sahə nəzərdə tutulur. Tikintiyə və elmi aparaturasına Tusinin özü rəhbərlik edirdi və bir ilə rəsədxana fəaliyyətə başlayır.
Biz ne qeder Böyuk xalq olduğumuzu bilmirik.🙏☝🏿️
Doğrudan da
Biz nəqədər böyük xalq,böyük elm,böyük mədəniyətin . Sahibinə malik olduxumuza və gücümüzün böyük olmasından bizim Azəritürklərin və bir cox türk soylu dövlətlərin, bu günki dövürdə . Bəli xəbərimiz yoxdur
Amma bu tarixi faktlardan bu günki gundə ən gucli sayılan xacpərəst dövlətlərinin xəbəri var . Və bu kecmiş tariximizi bizdərdən xüsus bir məxfilik ilə bizdərdən yazılı imzalı tariximizi özlərinin kizli arxiv və muzeylərində saxlanılır bu ən yaxşı halda
Və yaxud da ərəb, türk,fars ,əski əlifba,latın əlifbasında yazılan əl yazmaları həmən bu xayin xacpərəstlər tərəfindən tərcümə olunub özüninkiləşdirilib və bizim tariximiz olan əl yazmalarımızı gizli və müammalı şəkildə yandırılmıç və yaxud bir başqa yolnan məhv edilmişdir
🤣🤣🤣🤣🤣
Umumiyyetle bu tarixi faktlari bize duz demiller .bele vidyolari cox hazirlamaq lazimdir👍👍👍👍👍
Hər kəs bizə dəstək olsa daha tez tez paylaşım edərik.
Allah Azərbaycanin bütün servetlerini öz milletine mexsus eylə.
Amin.inşallah.
Amin
☝Амин☝🙌🙌🙌☝
Амин
AMIN INSALLAH Ilk novbede acgozlerin gormemislerin haram yeyenlerin koku kesilsin
Sidneyden Salamlar! Bu gozel me’lumata gore Sizlere teshekkur edirem. Menim Rehmetlik Atam Sovet dovrunun oxumush, Xalrini seven ziyalilarindan biri idi.Kechmish SSRI-nin demek olar ki, her yerini gezmishdi, muzeylerdeki elmi me’lumatlari, kitablari,jurnallari alirdi,oxuyurdu,chox maraqli tarixlerin altindan qelemle ishareler edib,yaninda qeydler yazirdi.O vaxtlar Atam bize deyirdi ki, qlobusun duzeldilmesin dunya Polshali alim Kopernikin adi ile baglayir, eslinde ise ilk qlobusu Maragali alim Nesreddin Tusi hazirlayib ve bu qlobus Ingilterede 2-ci Yelezavetanin muzeyindedir. Bu qlobusda okeanlar,denizler firuze ile, daglar eqiq dashlari ile, yamaclar zumrudlerle ve s. qeyd olunub... Bu fikirlerin ne qeder deqiq oldugunu alimlerimiz deqiqleshdirseler ne qeder gozel olar!!!!! 🇦🇿🇹🇷🇵🇰🇦🇺
Bəli, tamamilə doğrudur. Yaxın günlərdə bununla da bağlı geniş videomaterial hazırlayacağıq.
Allah atanıza rəhmət eləsin. Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik
Salam. Sidneydə yaşamag necədir? Avstraliyaya necə migrasiya etmək olar?
@@40-ciotaq33 AMİN🤲
Salam qadan alim
Maraqlı tarıxə görə təşəkkürlər ❤️
Türk alimlərindən kömək istəyin Tusini onlar da tanıyır Zənn edirəm bu məsələni dünya səviyyəsində qaldırmaqda və isbatında yardım edərlər Bu gözəl işlərdə sizə uğurlar Alqışa layıq işlər👍
Harada qeyri- adi bir istedad, fövqəladə bacarıq , kəşf,ixtira varsa , orada Azərbaycan türkləri var .Içimiz özümüzü yandirir, çòlümüz özgəni.Allah türkü qorusun
KHAISH EDIREM ESIL AZERBAYCAN OGUL VE GIZLARINDAN ,GELECEYIMIZ UCUN BUNU ELIYIN.BUNU BUTUN DILLERE CEVIRMEYE KOMEK EDIN.🇦🇿🇦🇿
İnşallah. İmkanlarımız artdıqca bunları edəcəyik. Kanalımızda bu cür çox dildə materiallar çoxdur. Siz bizə dəstək olun bütün dünyaya yayaq
Paylaşın
🤦😃😃😃
O vaxtkı alimlər elm üçün çalışıblar, indikilər isə ad üçün. Texnikanın bu qədər inkişaf etdiyi vaxtda indi bir dünya miqyaslı kəşfə rast gəlinmir.
çox sağolun maraqlıdır insan bilmədiyi həqiqətləri bilir əla 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Məlumatlar üçün sizlərə təşəkkürlər edirəm. Mən bu məlumatları 35 il bundan əvvəl dinləsəydim, bacardığım qədər bu məlumatları dünya səviyyəsinə çatdırmağa çalışardım. Çox təəssüf yaş və səhətim buna imkan vermir..... Bu günkü coğraflara, xüsusilədə gənc kartoqraflara bu mövzu üzərində işləməyi tövsiyyə edirəm. İnşallah bir gün bizim alimlərimiz bu həqiqətləri dünyaya çatdırar və əsada sübut edərlər. İnşallah 👐👐👐. 👍👍👍👍👍
Təəssüf edirəm. Kaş. Baxın video 6 min baxılıb . əslində 100 min azərbaycanlının baxması lazımdır. Zatən biz Azərbaycanda dünyada analoqu olmayan layihəni də etdik heç kim dəstək olmadı. Çox təəssüf ki dəstək lazım olduqda heç kim yaxın durmur. Hələ yaxında görün nələri çəkmişik dövlətdən kimsənin xəbəri yoxdur.
Yenədə təəssüf edirəm. Yaşım 62 dir və mənim səhhətimdəki problemlər olmasa idi mən sevə-sevə bu mövzu üzərində işləyərdim. Özüm kartoqrafam, amma bu işi hara qədər apara bilərəm bilmirəm. İşidə yarımçıq görmək olmaz. İnşallah bir qeyrətli oğlumuz bu iş üzərində işləyib haqq səsimizi dünyaya çatdırar. Məndə bu videonu bacardığımdan da artıq yayımlayaram. İnşallah 👐👐👐
Allah köməyiniz olsun. Sizə uzun ömür, can sağlığı diləyirik. Bu məsələdə vəziyyət çox qarışıqdı. Ortaya o qədər əks arqumentlər atıblar, bizə aid olan arxiv sənədlərini it-bata salıblar ki, öz tarixi şəxsiyyətlərimizin, elmi uğurlarımızın bizə aid olduğunu sübut etməkdə zülm çəkirik. Arxiv sənədlərinin böyük qismi isə bizdən gizlədilir. Özlərinə nə sərf edir, onu da açıqlayırlar.
Mən bunu 90 cı illərdə eşitmişdim.
Çox istərdim ki bütün dünya bu haqda bilsin
@@40-ciotaq33 İnstaqramda paylaşın
Bu məlumatlar qədim kitablarımızda mövcuddur. Mən bu məlumatlar haqqında çoxdan xəbərdaram və uzun illərdir Tusi həyatı və yaradıcılığını araşdırıram. Nəsrəddin Tusinin, bir çox sahələrdə kəşfləri olmuşdur.
Elə bu səbəbdəndir ki, Mən Amerikanı bir dövlət kimi tanımıram və qəbul etmirəm.
Başqa maraqlı dövlətimiz , alimlərimiz haqqında bilgiləriniz varsa ya kitabdan fotosunu çəkib bizə göndərin ya da səsli votsapa 055 840 10 96
Çox sağ olun. Maraqlı və dəyərli məlumat üçün sizə minnətdarıq.
🇦🇿🇦🇿🇦🇿BELI BIZIM TARIKHIMIZ COKH BOYUKDUR.BIZ BU GUN GELECEYIMIZ UCUN CALISHIB DEVLETIMIZI ,KHALGIMIZI , METBEKHIMIZI , MUSIGIMIZI VE MEDENIYYETIMIZI GORUYUB DUNYADA TANITDIRSAG BIZE KHORMET EDECEKLER.🇦🇿🇦🇿🇦🇿
İstambul'dan selam
Aleyküm selam
ALEYKUMSELAM
Аллаh реhмет етсин Несредин Тусийе о чох даhи инсан олуб бизим тарихшунаслармыз зеиф ишлейиб ве бу гунде зеиф ишлейирлер
İndi ləzgilər fəaljjjətdədir.tariximizi jazanlarin içi ləzgilərlə doludur.tariximizi bərbad günə gojurlar.onlarla mübarizə aparmag lazimdir.onlarin jazişmalari əlimdədir.
Təşəkürlər.pajlaşin hami bilsin.
Çox sağolun belə məlumatlar verdiyivizə görə
ЛАЙК от меня
🤝👏🇦🇿
Çox gözəl məlumatdır. Sağ olun.
ALLAH N.TUSİYƏ QƏNİ-QƏNİ RƏHMƏT ETSİN MƏKANLARİ CƏNNƏT OLSUN NUR İÇİNDƏ YATSİN İNŞALLAH. ALLAH MİLLƏTİMİZƏ, DOCLƏTİMİZƏ YOL AÇSIN
Təssüf ki əlimizdə olanlarıda heç vaxt isbat etməyə ya çalışmırlar yada maneələri aşa bilmirlər .Sonda dəyərlərimiz məhv olub gedir və ya oğurlayıb bədxaxlar özününküləşdirilər .Bizdə sakitcə kənarda dayanıb baxırıq.
Elədir oqədər belə şeylər olubki
İndi rusayadakı bombanı bizimki icad edib özünüdə öldürüblər
Böyük vətən müharibəsində alman faşistlərinin içində işləyən kəşfiyyatımızı müharibə qurtarandan sonra öldürdülər
Siir açılmasın Bizimkilərin əhəmiyyətli şeylərimizi oğurlayıblar ruslar özünükləşdiriblər
Fakt olan Isgender raketi.Azerbaycanli icad edib
Biz hər vətən oğlunun bütün əməllərini üzə çixartmaliyiq ,və dünya bilməlidir.
Инди гой чыхсын ортайа бизим алимлар ва буну дунйайа субут етсинлар !!!!
İllərdi əlləri qukağında yatırlar. Lütfüzadə kimiləri də xarici dövlətə işləyir. Çünki orada dəyər verilir
🤔🤣🤣🤣
ALLAH TURK HALQINA KÖMƏK OLSUN. Amin.
İndiyədək bunu eşitməmişdim çox sağolun ancaq nəyə görə bizim tarixçilər bu faktı açıqlamayıblar ermənilər saxta tarixi dünyaya tanıtdırır biz isə olduğu tarixi bilib tanıtdıra bilmirik
Bətənpərvər tariçilərimiz giragda galib.gejri tariçilərnən jalançi tarix jazilib.
Bəli çox təəssüf
@@herseyburada7141 AMİN CÜMLƏMİZDƏN.OLDUM
Belə vaxtı ləzgi qardaşlarımızın bir lətiifədə işlətdikləri sözlər yerinə düşür: _Ne gec xabar tutubsunuz çan qardaş?..
Biz indi xəbər tutmuşuq ancaq coğrafiya kitabında hələ də əcnəbiləri təqdim edirik. Hələ bilinmir ki dəyişiklik olacaq ya yox
@@40-ciotaq33 bu videonu ruscan, ingiliscen tercume edib yutuba qoyun
Bu məlumatlar qədim kitablarımızda mövcuddur. Mən bu məlumatlar haqqında çoxdan xəbərdaram və uzun illərdir Tusi həyatı və yaradıcılığını araşdırıram. Nəsrəddin Tusinin, bir çox sahələrdə kəşfləri olmuşdur.
Sənin dedijin ləzgi gardaşlarda ermənilər kimi torpag iddiasindadirlar dejirlər balakənddən evlaga ki bizimdir. əlimdə onlarin jzişmalari var.onlar ermənidəndə pisdirlər.ləzgi azərbajçan tarixini jazir.belə şejləriri araşdirmag lazimdir.tariximizi itirməsinlər.
@@ghflbilir.4098 Əslində səni araşdırmaq lazımdı.ləzgiləri araşdırılmasına ehtiyac yoxdu.
Yazdıqlarından bəlli olur ki,sən ermənisən yada erməni kökənlisən.kopya Arayik kimi danışırsan)))
Bunu bilmirdim .Çox sağ olun.
Təşəkkürlər.Çox maraqlı idi👍
Bu dünyaya türk milləti lazımdır.İmanlı,vicdanlı,mərhəmətli türk.Allah Türk millətini qorusun.Tanrı bizə yar olsun.Kim olduğumuzu bütün dünya bilsin.🥰🙏🤲🇦🇿💞🇹🇷💖💖💖
Canım həmvətənim sizinlə qurur duydum! Allah sizə uğurlu işlər nəsib etsin! Cox dəyərli məlumat verdiz! Nə yaxşı ki, Vətənimdə sizin kimi insanlar var! Abunə oldum! 🤲🏻🇦🇿❤️Tusiya! 🥰
Saq olun qadan alim
İNDİDƏ DƏYRLİLƏRİMİZ VAR AMMA DƏYƏR VERƏN YOXDU.İNDİ ƏN COX PULLULARA YÖN ÇEVİRİRLƏR
Çünki tarimizi jazanlrin başinda azəbajçanli oturmur.araşdirin.
Tarix zaman---zaman saxtakarlıqlara məruz qalır və bu coğrafi səhvlərə gətirir...sonda həqiqət üzə çıxır🌅
Uşaqlarınıza təhsil verin ay Azərbaycanli xalqım
TURANA QILINCDAN DAHA KESKIN ITI QUVVET
YALNIZ MEDENIYYET MEDENIYYET MEDENIYYET✊
TƏHSİL ALMIŞLARIN BİRİ XARİCDƏ TARİXİMİZİ MÜDAFİƏ ELƏMİR !!!!!
Касыб тесил алиага пул тапмыр нейнен тесил верек.
Amerika Azərbaycandır❗😄
😀😀😀
Bele neticeye gelmek olar ki, elmlerin esasi Alimler alimi N.Tusi terefinden qoyulub.Teesuf ki,Azerbaycanda bu gun bele boyuk dahi gormuruk.
Bu günün alimləri,, üzr istəyirəm...kabinetlərdə Hüseynbala kimi qızların go...nü tumarlayir .
@@azerbaijan_az 👍👏👏
Əzəldən əbədə hər şeyə sahib olan Allaha şükürər olsun ki, İlahi bizi nə qeder qabiliyyətli millət yaradıb 🌷🇦🇿🇹🇷🌷
Biz əl birliyi ilə xalqımızı dünyaya tanıtmalıyıq🇦🇿
Doğrudan da ona görə kim paylaşım qaydalarını bilirsə belə videolarımızı paylaşsın
Bize bu melumatlari verdiyinize gore size minnetdariq♥👍
Bizlər daima öz tarixi kimliyimizi heçə saymışıq bəlkə də bizim tarix boyu yol verdiyimiz ən böyük səhf budur çox heyif
Allah razı olsun ,belə məlum olur ki Qurani-Kərimdə adı çəkilən cənnət elə Azərbaycan özüdü👍🇦🇿
Bəli Allahtal Azərbaycanı məxsusi yaratmışdır.Dünyada elə məmləkət yoxdur ki ,orda bir neçə iqlim qurşagı olsun ammaAzərbaycanda 9 iqlim qurşagı mövcuddur.Biz qəsdən bilərəkdən imkan vermirlər inkişaf etməyə xarici düşmənlər.Tariximizi gizlədənlər.🇦🇿🇦🇿🇦🇿🇦🇿
Çox təəssüf, Azərbaycanın və Azərbaycanlıların daşı həmişə ağır olub.
Rəhmətlik Hacı Tusi ıslam dininin ən dərinliklərinə baş vuraraq Quran və hz peyğəmbərimizin hədislərindən bəhrələnərək bu emləri əldə etmişdir..Allah rəhmət eləsin o dahi arifə!!
Инҝилис Русија дилиндә Тәрчмәси јахшы оларды.
Cox gözəl olardı əgər tərcümə olunsaydı
слушай,папа Идрис,откуда этот шрифт у тебя,советская азерб.кириллица?
В компьютере
Əxlaqi nasir kitabı alimın ən məşhur əsərlərindən biridir.
Ruhu bizi bağışlasın.
Cox sağ olun!!!👍👍👍👍👍👍👍
Великолепный материал, в детстве слышал от отца. С ним мы немало древние рукописиями пополнили фонд рукопись музея. АЗЕРБАЙДЖАНА.
Allah sizden razi olsun marali ve lazimli bilgiye gore super
Çox sağ olun
Cox dəyərli məlumatlara görə tşk. Dimek ki Tusininde haqqını belə yeyiblər...
Buna adet etmişik!!! Öz qədrimizi bilməmək, özümüzünkünə dəyər verməmək köhnə xasiyyətimizdir! Bu xəstəliyimiz bu günə qədər davam edir! Əvvəlcə bu virusdan xilas olmalıyıq! Sonra dünyaya meydan oxuyarıq !!!
Artistlərə və klounlara xərclədikləri pulları elmə və alimlərə xərcləsələr çox yaxşı olar , videonu hazırlayanlara isə təşəkkürlər
Molla Sədra məktəbindən də hazırlasanız çox yaxşı olar Allah razı olsun
Cox maraqlı olan söhbətdir !
Bu alim ermənilərdə olsaydı (uzaq olsun) düşünün nələr olardı...
Tamamilə doğru
Ermeniler yaxshi ki ,sadece hiylegerdiler,amma agilli deyiller,bextimiz cox getirib .
Belə tarixi faktlar üzərində işləmək lazımdır.AMEA oturub gün keçirən dövlət sükanı arxasında oturan siyasət və elm adamları dünyaya millətinin adını bir daha xatırlatmalıdılar.Bizim millət TUSİNİN genini daşıyan bir millətdir.Bu özünü mütləq göstərməlidir və buna şübhə olmamalıdır.
👍👍👍
XANKƏNDİ ZƏNĞƏZUR ĞÖJÇƏ BİZİMDİ ERMƏNİSTAN AZƏRBAYCANI VERA N EDİB ĞÖJÇƏ ĞÖLU BİZİM
Bundanda maraqlı və sirli məlumatların axtarıb çıxarın.
Nesireddin Tusi Azerbaycanli:)) ye özde
Mən hələ indi baxıram,baxıb şərh yazacam🤔🤔🤔🤔
Günah kimdədi
Bütün tel kanalları müğənnilərin yatmağından yemək içəyinə necə dəfə nəfəs almağını təblığ etməsələr nə gözəl..Verdiyiniz məlumata görə təşəkkürlər.Ehtiyac var....R
Tamamilə doğru deyirsiz. Gələcək nəsillərin bilgisi üçün televiziya bizim materialları yayımlamalıdır. Ancaq...
Nəsrəddin Tusi böyük qiymətli alimdi . O qədər yalan eşitmişik ki buna da şübhə edirik . Nəsrəddin Tusinin əsərlərindən bu hakimiyyət xəbərsizdi
Xanim bize bizim tariximizi pis kimi gosterirler... Duz deyirsiz...hansi dahi sexsiyyetimiz var onu bize xain gosterirler...
Elm milletçiliye deyil,milletlere xidmet etmelidir.Her bir yaxşı əməlin mükafatını Allahu tala bu dünyada olmasa da axiretde verecek.
Bu dünyada dogrucul sayılanlar mehşerde emelleri yalançı gisminde şahid getirilmesi de istisna deyildir.
Çox maraqlıdır. Lakin bunu sübut etmməyə imkan verərlərmi?
Uzun zamandır Azərbaycan dahi şəxsiyyət yetişdırmır. Bunun da səbəbi sovet dövründə işıqlı insanlarımızın repressiya qurbanı olmasıdır. İnşaAllah bundan sonra istedadlı gənclərimizə sahib çıxarıq.
Niyə bu vaxta qədər araşdırılmayıb alimlərimiz hara baxır çoox təəsuff
Kimsə demir ki Nəsrəddin Tusi o xəritəni necə çəkib?
O vaxt nə cps nədə naviqator var idi.Göyə baxmaqla belə dəqiq xəritə çəkmək olmaz.Demək ki ona ilahi qüvvə kömək edib
Azərbaycan xalqının belə dəyərli şəxsiyətlərini niyə zamanında dərsliklərə salmayıblar?Bu böyük xalqı şərəfsiz kürsü hərisləri necədə kiçik salıblar.Allah ğələcək nəsilimizi kürsü hərislərindən qorusun.🙏🙌
Danke schön für Informationen
02:45 kral 1ci flip yox kral 2ci fernando ve 25 yasi var idi hele evlenmemisdi
Bir az da dərindən düşünsək ki,bu elmi haradan bəhrələndiyi haqda,yəqin ki,ilk olaraq MÖVLAMIZ XƏZƏR ə.s. qaynaqlandığını sübuta yetirərik.
Biz XƏZƏRlilər dünyaya inteqrasiya,inkişaf,tərəqqi bəxş edən ağıllı xalqıq.Gəlin özümüzə dəyər verək,qoymayaq ki,bizi ermənilər özününküləşdirsin.
Yaşasın ulu XƏZƏRlilər yəni ruslar demiskən"AZARİLƏR".
_Fikir verdiz,X səsi eşidilməyən H-ya və ümumiyyətlə A kimi qaldı.
Belə kəşflərin Tusiyə məxsus olduğunu sübut etməklə iş bitmir. Əlavə olaraq sonra da gərək Tusinin azərbaycanlı (türk) olduğu sübut edilsin. Biz hələ Nizaminin Azərbaycan türkü olduğunu bədxahlarımıza yedirdə bilmirik,Tusini necə yedirdəcəyik!? Və bunun da təqsiri elə bizim öz Nizamimizdə,Tusimizdədir ki,ana dilində yazmayıblar. Bir iki yüz il sonra Çingiz Abdullayevin də rus yox, azərbaycanlı olduğunu sübut etməli olacaq bizim nəsillər.😏🤪
Evĕt buda dūnyanin kara ūzū.hĕr eserlĕrini tūrklĕrdĕn calam avropa ūnlūlĕri!❤️❤️🇹🇷🇹🇷🇹🇷♥️♥️♥️🇦🇿🇦🇿🇦🇿♥️♥️♥️🇵🇰🇵🇰🇵🇰❤️❤️
,Bunu bütün dillərə tərcümə edib yaymaq lazımdır
40-cı otağın sirrlərini öyrınmək üçün bəyənib abünə oldum.
Xoş gəldiniz
Bu dediyiniz xəritəni hansı ölkənin muzeyində axtarmaq olar?
Fikirlər və maraqlı məlumatlar üçün təşəkkür edirəm çox sağolun bilgiləndirdiğiniz👏🙂🇦🇿
Həmin xəritə Florensiya Tarix Muzeyindən yoxa çıxıb.
Yəqin onu da erməni ya da ingilis oğurlayıb Adətincə...
Vatikanda!!!
Hamı bizim halal olanları mənimsəyib özününküləşdirir, biz öz haqqımız olan heç nəyə sahib çıxa bilmirik.indi də belədi, Qarabağı alan öz igid oğullarımız oldu, sahiblənən yenə rus oldu. Əlbəttə, bizimkilərin əliynən. Belə dövləti parçalamağa nə var.
İndiyə qədər bəs bu alimlər nə fikirləşirdilər ,nədən hər şeyi üzə çìxarmìrdìlar ,susub durublar,ölkəmizin tarixini,sərhədlərini , qorumaq xtiraçìlariımızı yazmayıblar həqiqətləri üzə çìxarmìrdìlar susub durublar ölkəmizin bütün tarixini tələb etməyiblər .Ona göre də hamı bizdən nəsə tələb edir .
🇦🇿🇹🇷🇵🇰👍👍👍
Bu roliki rus diline tercüme etmek lazımdır
Allah xalqımızı yüksək məqama qaldırsın
Информация яйымында биз азэрбайчанлылар-азмедия чох гери галмышыг.Мэшhурларын -улдузларын ятаг отагындан язанларса Бир бирилэ ярыша гириблэр.
Sagolun bu melumat ucun, Kolumb öz yazilarinda da geyd edir ki, o Amerikani keşf edende ondan evvel burada yaşayiş oldugunu bilib,cunki,dagin, başinda mescid oldugunu görūb......bu yazilar Kolumbun,kitablarindadir....sadece bizim araşdirmacilar feal deyil, seriallari tez paylaşirlar, amma tarixi yox
Azerbaycanlilarin o cur insanlarini tanimasi ucun tarixi millete catdirmaq lazimdir,
Çox sağ olun. Bu cür mövzulara tez-tez toxunsanız yaxşı olar.
bravo!
Axı Osmanlıdan qat qat əvvəl tapılıb Amerika
Dünyaya 1492-ci il kimi təqdim olunur. Halbuki vikinqlər daha əvvəl getmişdilər. Tusi isə qitənin yerini dəqiqiliklə çəkmişdi. Onda Kolumbun heç babası da doğulmamışdı.
yazdigini basa dusursen?
Hə Azərbaycanlı idi.Özüdə Azərbaycan.şerinidə o yazmışdı,özüdə Türk oğlu türk idi həmişə deyirdi türkün türkdən başqa dostu yoxdu,Fars,Rus,erməni bunlar Türkün düşməni şüarıda ona məxsusdu,allah sizə ağıl versin.
Xəritə çəkmək kəşf etmək deyil. Biri var gedib oranı görəsən, biri də var xəritəni çəkəsən.
Onda belə çıxır ki, Amarika qitəsi Azərbaycana məxsusdur. Gəlin haqqımızı tələb edəyin.
Çox xahiş edirəm,bu mətni dünya dillərinə tərcümə edin və yayın, hətta kitabça şəklində buraxılsın. Xarici səfərlərdə ölkəmizi təmsil edənlər bu məlumatı yaysınlar, bəsdir, yetər daha, bu millət əsrlər boyu çox əziyyətlər çəkib, adı mənim dadı başqalarının olub sərvətlərimiz. Nə qədər ziyalılarımız var, hörmətli həkim Rəşid Mahmudov müəllim həmişə deyir ki, biz ziyalılarda günah çoxdur. Hamımız millətimiz naminə yumruq olmalıyıq. Düz deyir Rəşid müəllim, keçmişimizi unutduqca mənfur qonşumuz gəlib yuxarı başda oturacaq. Tarixçilər yatdıqca torpaqlarımız da zəbt olunacaq, çox şükür bu günə, QARABAĞ bizimdi, amma.... Yenə də hər sahədə savaşmaq lazımdır, bütöv AZƏRBAYCAN naminə, yaşasın 🇦🇿🙏🤲
o vaxt azərbaycanlı deyə bir şey yox idi Türk xalqı olub 🇹🇷🇦🇿🇹🇷🇦🇿🤘
Adım türk soyadim Muselman
Bizim bədbəxtliyimiz odurki elmə pul xərcləməyi sevmirik...ona görə də xaricilər bunu rahatlıqla pulla satın ala bilirlər..(((
Belə. Xəbərləri. Niyə. Tarix. Kitablarina yazmirlar
Bəli . Təhsil nazirliyi diqqət etməlidir.
Niyəsin bilmirsiniz?
Cox nahaq yerə, hec kəşf olunmazdı amerika🙈
Keçənə güzəşt deyərlər😀
О boyda tarix institu nə ilə məşguldur, yoxsa icazə vermirlər əsl həqiqətləri araşdırmaga.
Bu haqda məlumatımız yoxdur
Məlumatında qismi səhvlər olsa da, təkçə Nəsrəddin Tusinin AZƏRBAYCANLI (türk yox!) olduğunu təsdiq etdiyinə görə sənə minnətdaram!
Aha....indi də bu çıxdı....Tusinin azərbaycanlı olmağını onsuzda qəbul etmirlər
Bizim olanı sahiblənə bilmirik deyə, hamı yiyə çıxır. Bizimkilər Tusi deyəndə xəstəxananı filanı xatırlayırlar təəssüf ki... Nə eləyib, kim olub, çox az insan bilir. Belə olanda fars da yiyələncək, hələ italyan da
@@40-ciotaq33 heyif ki dəqiq sübut edə bilmirik ....məsələn Nizami Gəncəvinin azərbaycanlı olduğuna dair sübutlar onun əsərində var....amma Tusini sübut edə bilmirik maləsəf
Təəssüf ki... Tarixi şəxsiyyətlərimizlə bağlı vəziyyət ürəkaçan deyil. Heç 20-ci əsrin əvvəllərində yaşayanları belə düz-əməlli tədqiq etmirlər. Mənim bildiyim qədərilə Tusinin türk dilində əlyazmaları da var. Elə buradan da yola çıxmaq olar məsələn. Amma şəxsiyyət olaraq Azərbaycanda ən az öyrənilən dahilərdəndi. Hətta ingilislər belə bizdən daha çox araşdırıblar.
@@40-ciotaq33 doğrudur....amma rus fars sonra da erməni əlindən gələni edib ki tariximizin dahi şəxsiyyətlərimizin izini itirsin......eşitdiyimə görə Nizami Gəncəvinin türkcə olan şeirlərini də itiriblər ki türk olduğunu sübut edə bilməyək .....hətta arxivlərimizdə belə erməni qızları çalışıb....heç başqa özüdə əzəldən bizə dəfələrlə soyqırım edən millətin nümayəndəsini arxivə soxarlar ? Özümüzdə çox günah var ...düz deyirsiniz bizim olana sahib çıxa bilmirik....bundan sonra ağıllı zirək olaq heç olmasa .
@@N777-g3m nizami gencevini nece subut edə bilərsiz ?
bu dünyaca bilinən məlumatdır. həm də dünya elmi üçün fərziyə yox isbat daha ön plandadır. və eyni zamanda Yaponyada 11-ci əsirdə çəkilmiş xəritələrdə Amerika qitələri özünü göstərib
AZƏRBAYCAN IN YİYƏSİ HEÇ ZAMAN OLMAYIB OLMAYACAQ DA ... BİZ ELƏ BİR MİLLƏTIK Kİ GƏRƏK KİMSƏ XARİCDƏN BİZİ İDARƏ ETSİNLƏR! MƏSƏLƏN MOSKVADAN YA TEHRANDAN , VƏYL AXIR....
Biz eləbir millətik ki .Qəhrəmanlarımız sərkərdələrimiz,Şəhidlərimiz ,filosof ,ixtiraçı alim...var .Gözünü yumub özünü tankın altına atan oğullarımız var .
BİZİM milli sərvətlərimiz var ...
Alçaq ibnə rus iti bizi ikiyə bölüb bu qədər zəiflətməsəydi ,ziyalılarımızı öldürrdüb sürgün elətdirməsəydi .BİZİM DƏ QÜDRƏTİMİZ OLARDI HAQQIMIZI MÜDAFİƏ ETMƏKÇÜN
Kolumb yeni torpaq axtarisinda olmayib okeanda firtinaya dusub teseduf neticesinde Amerika qitesini kesf edib
Montaj yüksək səviyyədə olsa da mətn çox zəifdir, yəni qüsurlar çoxdur. Lakin bu mövzunun ortaya qoyulması cəsarətli addımdır. Tusinin elmi araşdırmaları sonsuzdur və onun bir çox əsərləri avropalı alimlər tərəfindən mənimsənilibdir. O ki, qaldı Amerikanın kəşfində dahi Nəsirəddin Tusinin başçılıq etdiyi Marağa rəsədxanasındakı alimlərin rolu bu danılmazdır. Videonun müəllifləri bu mövzu ilə bağlı mütəxəssislərə müraciət etsə, onda bu məlumat böyük rezonans doğuracaq.
Müasir alimlərimizin başı qarışıb biznesə