Tural Əhməd - Gecə Düşüncəsi ( Mikayıl Müşfiq )

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
    Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
    Bunları seyr edərkən
    Bir az fikrə gedərkən
    Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
    Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
    Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
    Gözlərimin önündə canlandı bir həqiqət.
    Xəyalım ənginlərə o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    İlk dəfədir kainat
    Dünyanı sellərində çalxayan bizim həyat
    Sağda, solda döyüşmüş,
    Sonra yoluna düşmüş.
    Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
    Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
    Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
    Yarı qönçə, yarı gül.
    Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    Bizə bu nazlı aləm görünərdi qaranlıq,
    Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
    Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
    Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
    Bunları seyr edərkən,
    Bir az fikrə gedərkən,
    Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
    Mənə elə gəldi ki,
    Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
    Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
    Söz: Mikayıl Müşfiq
    Səs: Tural Əhməd
    Hazırladı: Heydər Hacıyev
    ✉ Mənimlə Əlaqə
    İnstagram
    / turalahmadd
    Facebook
    / turalahmadd
    Videonun Bütün Hüquqları
    Tural Əhməd Tərəfindən Qorunur
    Tural Əhməd © 2019

Комментарии • 64

  • @xezerquliyev1018
    @xezerquliyev1018 4 года назад

    Salam Tural Allah seni var elesin

  • @allahmuhammedyaeli8295
    @allahmuhammedyaeli8295 4 года назад

    Salam Tural bey Allah sizi sesinizi qorusun

  • @sadigovgorxmaz
    @sadigovgorxmaz 4 года назад +3

    Allahdan mesaj var...
    --------------------------------------------------
    Allahın insana mesajı vardır,
    Məgər ki, oxuyub dinləməz insan.
    Başlanır ilk surə Fatihə ilə,
    Səslənir Yaradan öz bəndəsinə.
    .
    Allah rəhmlidir mərhəmətlidir,
    Varlıq aləminin uca Rəbbidir.
    Həmd olsun hökmündə ədalətliyə,
    Haqq-hesab gününün tək sahibinə.
    .
    Cinlərin şərrindən qorxuya düşmə,
    Səni Yaradana sığın ey insan.
    Unutma şeytanın məqsədi vardır,
    Ayıq ol toruna düşmə ey insan.
    .
    Bəsirət sahibi olan kimsələr,
    Anlayır Rəbbinin hikməti vardır.
    Quranı dərindən dərk eliyənlər,
    Bilirki varlığın sonluğu vardır.
    ------------------------------------------------
    🕯S.Qorxmaz✒

    • @allahmuhammedyaeli8295
      @allahmuhammedyaeli8295 4 года назад +1

      Salam halal edin bu şeirinizi götürdüm

    • @sadigovgorxmaz
      @sadigovgorxmaz 4 года назад

      @@allahmuhammedyaeli8295 Halaldı. Şəxsi İnstaqram səhifəm də var. Buyurun dəvət edirəm. ➡️ instagram.com/sqorxmazofficial?igshid=1qvtuvyz98v7q

  • @afaqnagyeva.4850
    @afaqnagyeva.4850 5 лет назад +5

    Uşaqlığımın qəmli xatirəsi.Mənə elə gəldi ki...P.S.Bu xatirə üçün sizə sonsuz təşəkkürlər.

  • @nurjanjabbarli
    @nurjanjabbarli 5 лет назад +2

    İnsan bunu dinlədikcə əsəbləri sakitləşir, xəyala dalır, özünü bambaşqa bir aləmdə görür....

  • @muskofteacher3197
    @muskofteacher3197 5 лет назад +8

    Mənə elə gəldi ki......
    Təşəkkür bu şerə və bu ecazkar səsə....
    Var olun Tural bəy💖👍👏

  • @teymurmuradsoy6412
    @teymurmuradsoy6412 5 лет назад +8

    XƏZƏR DƏNÌZÌNÌ HƏR BÌRÌMÌZ MUQQƏDƏS
    SAYMALIYIQ, ÇÙNKÌ
    DAHÌ MÌKAYIL MÙŞFÌQÌMÌZ
    ORADA ƏBƏDÌYYƏTƏ QOVUŞUB.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @bakcelltelecomm1915
    @bakcelltelecomm1915 4 года назад +1

    Allah rehmet elesin boyvk sairimiz Mikayil Mvsfiqi.Tural beyin sesini de ,ozvnv de Allah qorusun.Amin🙏🙏🙏💓

  • @RomaXosrov
    @RomaXosrov 5 лет назад +17

    SALAM TURAL BƏY. HƏR VAXTINIZ XEYİR. MƏSLƏHƏT BİLSƏNİZ BU ŞEİRİMİ SƏSLƏNDİRƏRSİZ SƏSİNİZƏ UYĞUN OLSA.
    YENƏ YADIMA DÜŞDÜN
    müəllif: Roma Xosrov
    Yenə yadıma düşdün,
    Əlim çənəmə düşdü.
    Başımdakı ağrılar,
    Gəlib sinəmə düşdü.
    Yenə adam tapmadım,
    Dizimi qucaqladım.
    Gözlərimi ovcuma,
    Sıxa-sıxa ağladım.
    Yenə də yuxum qaçdı,
    Səhər etdim gecəni.
    Yenə qapınızacan,
    İməklədim küçəni.
    Yenə tək buraxmadı
    Allah durdu yanımda.
    Hamı yadımnan çıxdı,
    Bir sən qaldın yadımda.
    Yenə özümdən küsüb,
    Hamını bağışladım.
    Sevgiyə nifrət edib,
    Dərdimi alqışladım.
    Yenə ölmək istədim,
    Doydum tək yaşamaqdan.
    Bezdim daraqdan yığıb,
    Saçını oxşamaqdan.
    Yenə yadıma düşdün,
    Əlim çənəmə düşdü.
    Başımdakı ağrılar,
    Gəlib sinəmə düşdü.

  • @aynureesgerova7927
    @aynureesgerova7927 4 года назад +1

    👏👏👏👍

  • @semssems3667
    @semssems3667 5 лет назад +2

    Gecelerde insanın xəyalları gerçekleşer düşünə bilirsən maneəsiz əlçatmaz arzulara qovuşarsan belə ...Şer ifa tam yerine düşdü həyatdan nakam köçen ölməz şairimiz Mikayıl Müşfiqe Allahdan rehmet dileyirem .Tural bəy ❤zə sağlıq çox gözəl👍👏 və bu yeni il sizə yalnız uğur gətirsin yaradıcı İnsan💕

    • @semssems3667
      @semssems3667 5 лет назад

      @@turalahmad4662 təşəkkürlər sonsuz☺

  • @kenanqarayev3528
    @kenanqarayev3528 5 лет назад +3

    Menim sevimli aktyorum.❤

  • @xeyalecelilova1654
    @xeyalecelilova1654 5 лет назад +1

    Sizi efirdə görəndə səsləndirdiyiniz şeirləri zövqlə dinliyirdim.Artıq neçə saatdır səhifənizdəki şeirləri dinliyirəm yorulmadan,bezmədən.Səsiniz elə bir ilham verir insana hələ seçdiyiniz şeirlər insanın ruhunu oxşuyur.Səsinizə qüvvət.Yaxşı ki hələ də sizin kimi sənətçilər var.

  • @albinaseyfullaeva7563
    @albinaseyfullaeva7563 5 лет назад +2

    Сеси иле гелбелере из тапан Турал ! Меним ганым и джаным
    Москвадан сени излейирем 🙏

  • @guneleliyeva8213
    @guneleliyeva8213 5 лет назад +1

    Mikayıl Müşfiq mənim ən çox sevdiyim şairdir.Onun yazdığı hər kəlmə insanın qəlbində iz qoyur.İfa da çox gözəldi.Mikayıl Müşfiqin sevditim şeirlərindən biri olan "Ürəyim"və "Tar"şeirini də səsləndirsəniz çox sevinərdim🤗💖💖💖💖💖💖💖👍👌👏🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

    • @guneleliyeva8213
      @guneleliyeva8213 5 лет назад

      @@turalahmad4662 Əsl siz VAR OLUN ki,könlümüz şadlandırırsız

  • @NKATurk
    @NKATurk 5 лет назад

    Güzel ve tanımadığım bir dünyadan anlattın bize. Menim yaşadığım dünyada ulduzlar bile görünmüyor. Sayende bir kaç dakika hayal bile olsa , insan kendini bir güzel dünyada hissedir. Harika bir yorumdu , sözleri ve kelimeleri sadece söylemiyorsun. Adeta sihirbazlık yapıyorsun. Ne zaman desem tural gardaş bu yorumla zirveyi yaptı, daha iyisi geliyor. Emeğine sağlık.

  • @cavidanzeynalov5371
    @cavidanzeynalov5371 5 лет назад +1

    Tural bəy, nitqiniz- tələffüzünüz çox yaxşıdır, həqiqətən də. Şeiri də çox gözəl səsləndirdiniz.

  • @АнгелХранитель-л1ш

    Gozel wair...ve gozel ifaci..superdi..

  • @heyatceferova8004
    @heyatceferova8004 5 лет назад +1

    super .Çox bəyəndim .Nə yaxşı ki ,bu kanalı kəşf elədim.😄😄

  • @aynur3948
    @aynur3948 5 лет назад +1

    👍👍

  • @qasmovaulviyy285
    @qasmovaulviyy285 5 лет назад

    Salam. Çox gözəl bir şeirdir

  • @s.e.r_19_09
    @s.e.r_19_09 4 года назад

    🌟🌟🌟🌟🌟

  • @raufleomessi.7969
    @raufleomessi.7969 5 лет назад

    👍👍👍👍👍👍👍

  • @teymurmuradsoy6412
    @teymurmuradsoy6412 5 лет назад +4

    MIKAYIL MÙŞFIQ GECƏLƏR DÙŞUNCƏLƏRƏ DALARAQ BÌZLƏRƏ MÌSILSÌZ ŞEÌRLƏR MÌRAS QOYARAQ,ADINI AZƏRBAYCAN XALQININ TARÌXINƏ YADDAŞINA ƏBƏDÌ OLARAQ HƏKK ETDÌRÌB.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
    BU SÒZLƏRÌ GECƏ SAAT 3:23 ďə YAZDIM.16.06.2019cu ÌL.

    • @guneleliyeva8213
      @guneleliyeva8213 5 лет назад +2

      Mikayıl Müşfiqin ən sevdiyiniz şeiri hansıdır?

    • @teymurmuradsoy6412
      @teymurmuradsoy6412 5 лет назад +3

      @@guneleliyeva8213
      GÙNEL XANIM,LIKE QOYAN ƏLLƏRÌNÌZ VAR OLSUN.
      MƏN BU ŞEÌRƏ ŞƏRH YAZANDA SƏHƏR AÇILMASINA AZ QALIRDI.
      AY BƏDÌRLƏNMÌŞDÌ.ÌNGILIS DILINDƏ "FULL MOON"
      BU ŞEÌRI ƏN ÇOX SEVDIYIM ŞEIR SAYMAQ OLAR.
      QAN QRUPUNUZU DEYƏ BÌLƏRSÌZ.?
      8.7.2019.19:09

    • @guneleliyeva8213
      @guneleliyeva8213 5 лет назад +1

      @@teymurmuradsoy6412 niyə soruşursuz?+1

    • @teymurmuradsoy6412
      @teymurmuradsoy6412 5 лет назад +1

      @@guneleliyeva8213
      QRUP
      HƏR EHTÌMALA QARŞI SORDUM.KÌM BÌLÌR???

    • @guneleliyeva8213
      @guneleliyeva8213 5 лет назад +1

      @@teymurmuradsoy6412Problem deyilsə soruşmaq olar siz haranı bitirmisiz?

  • @snannbizad8085
    @snannbizad8085 5 лет назад +1

    Salam.Icazenizle seslendirdiyiniz seirleri telefonuma yukleyib paylasacam,qulaq asmaq ucun

    • @snannbizad8085
      @snannbizad8085 5 лет назад

      @@turalahmad4662 Çox sagolun Allah razı olsun!

  • @gencsairlerbirliyi6725
    @gencsairlerbirliyi6725 3 года назад

    fon musiqinin adı nədir?

  • @anarhesenli5058
    @anarhesenli5058 4 года назад

    Salam. Videolariniz cox gozeldir. Xahish edirem eger mumkundurse mene whats apa gonderin butun videolarinizi teshekkur edirem. (07027 12345)

  • @zumruduanka1912
    @zumruduanka1912 5 лет назад +1

    👏👏👏👏👏👏