ŞAHİD HAL ŞAHİDİ OLDUĞUNU MƏHKƏMƏDƏ İNKAR ETDİ

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • "Azadxeber.org" saytının baş redaktoru Nicat Əliyevin və başqalarının
    məhkəməsi davam edir. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
    Zeynal Ağayevin sədrliyi ilə keçir. Hakim audio və video çəkiliş
    aparmağa icazə verməyib. Odur ki, prosesdən sonra "Azadxeber.org"
    saytının baş redaktoru Nicat Əliyevin vəkili Abil Bayramov məhkəmə
    baxışı barədə məlumat verərək iki şahidin dindirildiyini bildirib.
    Xatırladaq ki, 2012-ci may ayının 20-də "EUROVİSİON" mahnı yarışması
    ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM)
    234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və
    ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə
    etmə və ya saxlama), 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup
    şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini
    təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat
    materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal
    etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən
    hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya
    Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla
    dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq
    çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və
    283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini
    nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına,
    habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq
    vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin
    müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi
    informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
    ilə yeni ittihamlar irəli sürülüb.

Комментарии • 1

  • @Nadir322
    @Nadir322 11 лет назад

    Yaziq Azerbaycan