Kamran M. YuniS - Bacarmadıq
HTML-код
- Опубликовано: 8 фев 2025
- #kamranmyunis #kamranyunis #aqşinəlizadə #şeirlər
#poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
Kamran M. YuniS - Bacarmadıq
Bəstəkar - Aqşin Əlizadə - "Gözlə məni" filmindən musiqi
Bax...
Yenə bacarmadıq.
Həm də sevməyi, bacarmadıq.
Həm də təkcə sevməyi yox ki,
bəlkə də daha çox şeyi bacarmadıq.
Bir az da diqqətlə baxanda,
nə ana-balalığı, nə ata-oğulluğu...
nə bacı qardaşlığı...
Sadəcə bacarmadıq.
Sevdik!,
Özümüzü, nəfsimizi və özümüzə aid olanları.
Odur ki, unutma
Sevməyi bacarmayanlar bu dünyada cənnət
yarada bilmədiksə,
o dünyada Allahın cənnətinə
necə?, necə düşəcəyik?, bilmirəm.
Nə isə...
hələ də varsansa, bacarsan sev, özünü yox,
Sevdiklərini,
sənə sevgi ilə bağlı olanları.
Məncə, Allahın sevgidən var elədiyi o cənnət,
yalnız və yalnız sevməyi bacaranlar üçündür.
...bu qədər sadə!
Sadə də deyirəm,
amma sadə olduğu qədər də çətin. - Кино
Bacarsaydıq,qismət olmayacaqdı.
Hər vaxtınız xeyir olsun.
Salam dəyərlimiz,əzizimiz Kamran məllim
Axşamınız xeyir dəyərli sənətkarımız
Məkanı cənnət olsun 💐🌹💔 Ulutürkün.Butun ifalar və şerlər çox gözəldir.Sağ olun Kamran Yunis
hər vaxtınız xeyirli olsun Ustad
🙏🙏
gözəl...
Hər zamanınız hüzur icində olsun dəyəyli Sənətkar
🙏
" Bacarmadıq"...
Uğurlar olsun, əziz Ustadımız!
Hər vaxtınız xeyirli olsun, dəyərli sənətçi.👏👏👏
Deyerli ustad sesiniz gelsin werlere nefes veren ustad Allah sizi hifz etsin amin 🤲🤲
Hələ də varsansa, bacarsan sev, özünü yox,
Sevdiklərini, sənə sevgi ilə bağlı olanları.
🌹🌹🌹🌹🌹🤲
Ele birinci özünü sev,nə zərər gəldi ummadigimiz insanlardan gəldi,geriyə qalan parçalanmış qəlb,ruhsuz ruh qaldı....
Gözəl ruhunuz, qələminiz var olsun Ustad Sənətkarımız!.
🌺🌺🌺🌺🌺👏
ruhunuz,qələminiz varolsun Ustad
❤❤❤❤❤❤
Ürəyinizə sağlıq.👏👏👏
Sadə məsələr bəzən elə çətin həll olur
Bu geder de sade......Sade deirem Amma sade olduhu gederde cetin.
Kamran bəy!Rəhmətlik Vaqif Səmədoğlu deyirdi ki,mən oz yerimi yaxsi bilirəm:ya cəhənnəmin sərin yerində olacam,ya da cənnətin isti yerində!"İndi mən dogmalardan gorduklərimi yazsam??? Sizin yazdiqlariniz bunun yaninda suya getməli olar!😄😄Nə isə!Kohne palan içi tökməyək!Heç kəs valideynə baxmaq istəmədi...Axirda mən məcbur oldum!!!Hec kəs öz pulunu mənim kimi sağa _sola xərcləməyib!Həm varlilara,həm də kasiblara! Heç kəs ozgənin uşaqlarına pulsuz repetitorluq etmeyib!Və ...Bu 31 ildə mən nə qazanmisamsa,hamisi Allah yolunda sərf olunub!Bilən bilir,bilməyeni də Allah bilsin!Ona gorə də !Mən yəqin ki,cənnətə gedəcəm! Çünki,Allahin qoydugu qaydalara əməl edirəm! İnsanın əməlləri duz olanda,urəyində Allah xofu olanda,əsil musəlman olur!İmkanim daxilində hamiya öz köməkliyimi edirəm,ehtiyaci olanlara!Əgər kimsə mənə qarşı günah edirsə,Allah onun bəlasini verəcək!68 yaşımda həc kəs mənə aid heç bir işimi görməyib!Cox şükür ki,Allah məni hec kəsə möhtac etməyib!İnsallah etməz də!Sizə də mənim qədər saglam və uzun ömür arzu edirəm! Çalışın özünüzü qoruyun!Allah arzulariniza catdirsin!Amin! Doğmaları sevməyə gəldikdə isə? Uşaq deyilik ki???Hər kəsin bu barədə öz fikri var!Sevdik,sevmədik!Bir gun öləcəyik!El sag olsun!Hələ heç kəsin meyiti yerdə qalmayib!😂😂