“O müstəntiqlər ailələrdən üzr istəsinlər” - Qənirə Paşayeva - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 сен 2024
  • #APATV #QənirəPaşayeva #millətvəkili #deputat #Tərtər #hadisə #televiziya #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    “O müstəntiqlər ailələrdən üzr istəsinlər” - Qənirə Paşayeva - APA TV
    Millət vəkili Qənirə Paşayeva da qeyd edib ki, bu hadisəni törədənlər üzr istəməlidir: “Onlar Tərtər hadisələrindən sonra bəraət alanlardan, şəxsən bizdən də üzr istəməlidirlər. Çünki onların valideynləri gəlib bizə ağlayırdılar, həmin insanların uşaqları məktəbə getməyə utanırdı. Biz bunlarla bağlı müraciət edəndə millət vəkillərini ittiham edirdilər ki, casusları müdafiə edirik”.
    Deputat bildirib ki, bu hadisəni törədənlər ortaya çıxmalıdır: “Televiziya ekranlarında əvvəllər necə ittiham edirdilərsə, indi də çıxıb zəhmət çəkib üzr istəsinlər. İnsanlarımızın heç çoxunun xəbəri yoxdur ki, bəraət alanlar var. Onlara işgəncə verənləri cəmiyyət görməlidir. Müstəntiqlər təkrar bu sistemdə çalışacaqlarmı? Onda xalqın bu hüquq sisteminə inamı qala bilərmi? Prezident İlham Əliyevə təşəkkür edirik ki, bu məsələni nəzarətə aldı. O ailələr məhz Prezident bu məsələni nəzarətə götürdüyü üçün haqlarını bərpa edə bildilər. İşgəncə əmrini verənlər, işgəncələri verənlər xalqa göstərilməlidir. Azərbaycan cəmiyyəti o müstəntiqləri görməlidir. Biz müdafiə edəndə bizi ittiham edənlər çıxsınlar ortaya. Demək ki, biz casusları yox, ədaləti müdafiə etmişik.
    Televiziyalarımız geniş şəkildə bəraət alan insanlarla bağlı verilişlər versin ki, onların uşaqları artıq məktəblərə utanmadan getsinlər. Bir daha ədalətin bərpası üçün çalışanlara təşəkkür edirəm”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 281