XALQ ARTİSTİ RAMİZ NOVRUZOVUN DOĞULDUĞU KƏND VƏ DOĞMALARI

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.
    O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:
    Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
    Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev),
    Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
    Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
    Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),
    Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev),
    Seyton ("Maqbet" Uilyam Şekspir),
    Edmund ("Kral Lir", Uilyam Şekspir),
    Kreon ("Medeya", J. Anuy),
    İbn Yəmin ("İblis", Hüseyn Cavid),
    Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə),
    Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə),
    Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə),
    Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə),
    Fərhad ("Sənsiz", Şıxəli Qurbanov),
    Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
    Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz),
    Ələs bəy ("Dirilən adam", Mir Cəlal),
    Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı),
    Murad ("Xəcalət", Hüseynbala Mirələmov),
    Cəbrayıl ("Teleskop", Elçin),
    Attillio ("Silindr", Eduardo de Filippo),
    Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol).
    R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.
    H. Cavidin "Topal Teymur" (Divanbəy), L. Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V. Şekspirin "Antoni və Kleopatra" (Antonio), O. Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
    Ramiz Novruz həm də bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.
    1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.[3]
    Beynəlxalq Teatr festivallarının mükafatçısıdır.
    Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[4] 6 may 2015-ci ildə[5], 6 may 2016-cı ildə[6] və 1 may 2017-ci ildə[7] Prezident Mükafatına layiq görülmüşdür. 9 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[8] 29 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[9]
    Yeni videolardan, ölkə gündəmində baş verən maraqlı hadisələrdən xəbərdar olmaq istəyirsinizsə kanala abunə olub, BİLDİRİŞLƏRİ AÇMAĞI UNUTMAYIN!
    Abonə ol linki: bit.ly/3eH9EYI
    Kanalımda yayımlanan materialların müəllif hüquqları qorunur. Kanaldakı videoların paylaşılmasına icazə verilmir.
    2023 © All Rights Reserved Ucal Media

Комментарии • 27

  • @vidadihajiyev2915
    @vidadihajiyev2915 29 дней назад +5

    Ramiz Hovruz Yox Sovet İttifaqı Qəhramanı. Həzi Aslanov❤❤❤❤

  • @RasimMm-h4y
    @RasimMm-h4y 29 дней назад +4

    Allah rəhmət eləsin. Fəxr etdiyim həmyerlim.

  • @AdemYusifli-p2z
    @AdemYusifli-p2z 29 дней назад +3

    Super

  • @elmiraimanova9990
    @elmiraimanova9990 Месяц назад +4

    Gardaşinin sesi eyni rəhmətlik Ramiz müəllimin səsinə oxşayir.Allax rəhmət eləsin🤲🌹

  • @eldarmirzasenli3224
    @eldarmirzasenli3224 28 дней назад +2

    Allah rəhmət eləsin...

  • @teymurtagyev2976
    @teymurtagyev2976 28 дней назад +4

    Ya Allah Ramiz Novruz mənşəcə Talış idi heç olmasa bir dəfə Talış olduğunu bəyan etmək böyüklüyü laməti olardı

  • @yupiter7734
    @yupiter7734 29 дней назад +3

    Allah rehmet elesin istedadlı aktyor gözel insan

  • @ArzuAlieva-sy9ne
    @ArzuAlieva-sy9ne Месяц назад +3

    Heyf bu cür aktyordan öldü getdi..Allah rəhmət etsin...Ailəsi heç ona layiq olmadı..Qızı ümumiyətlə belə atanın qızı kimi özünü göstərmir...Cavidanı çox istəyirik...Allah onu qorusun...❤🙏❤️

  • @Mehri-x5t
    @Mehri-x5t Месяц назад +6

    Ne gözel ketdi

  • @israilslimov7849
    @israilslimov7849 Месяц назад +3

    ALLAH RƏHMƏT ELƏSİN!

  • @SevdaSixizade
    @SevdaSixizade Месяц назад +3

    Allah rəhmət eləsin.

  • @UcalYusifli
    @UcalYusifli 27 дней назад +1

    ❤❤❤❤

  • @xediceucal2768
    @xediceucal2768 Месяц назад +3

    Allah rəhmət eləsin

  • @hevvamammadova
    @hevvamammadova 26 дней назад +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @xediceucal2768
    @xediceucal2768 Месяц назад +3

  • @GuntekinSuleymanova
    @GuntekinSuleymanova 29 дней назад +3

    Cavidan istedadlidir

  • @МехдиАлиев-з1о
    @МехдиАлиев-з1о 26 дней назад +1

    Талыш даглы лазги йохду азарбайчанда азарбайчанлы вар баша душун

  • @orxanyusifov
    @orxanyusifov Месяц назад +6

    Ramiz Novruzun kəndi necə tapdiniz

    • @yusiflisdzad7537
      @yusiflisdzad7537 29 дней назад +1

      Bu bizim kəndimizdir.Kəndimiz ucqar bir kənd deyil.Lənkəran Gəncə yolu duz kəndimizin orta hissəsindən keçir.

    • @yusiflisdzad7537
      @yusiflisdzad7537 29 дней назад

      Biləsuvar Bəhrəmtəpə yolunun 24 kilometrliyində yerləşir.

    • @yusiflisdzad7537
      @yusiflisdzad7537 29 дней назад

      Kəndimiz Sovet zamanında şəhərtipli qəsəbə olub.Cox müasir bir qəsəbə idi.Kəndin iki mərtəbəli xəstəxanası,iki mərtəbəli idarə binası,saunalı hamamı,çörək sexi,parkı.Parkda Səməd Vurğunun heykəli.Böyuk bir avtomobil qarajı.Boyuk bir meyvə bağı.Kücələri asvalt.Hər bir vətəndaşın həyətində su kranı.Bir sənaye maqazası,bir ərzaq maqazası.Yeməkxana.Orta məktəb.İki kitabxana.Klub binası.Futbol,voleybol meydancası.Məscid.

    • @yusiflisdzad7537
      @yusiflisdzad7537 29 дней назад

      Kəndimiz Sovet zamanında şəhərtipli qəsəbə olub.Cox müasir bir qəsəbə idi.Kəndin iki mərtəbəli xəstəxanası,iki mərtəbəli idarə binası,saunalı hamamı,çörək sexi,parkı.Parkda Səməd Vurğunun heykəli.Böyuk bir avtomobil qarajı.Boyuk bir meyvə bağı.Kücələri asvalt.Hər bir vətəndaşın həyətində su kranı.Bir sənaye maqazası,bir ərzaq maqazası.Yeməkxana.Orta məktəb.İki kitabxana.Klub binası.Futbol,voleybol meydancası.Məscid.

  • @elsadeynalov8206
    @elsadeynalov8206 29 дней назад +3

    ALLAH rəhmət eləsin .

  • @SohrtOrucov-hi3rn
    @SohrtOrucov-hi3rn 29 дней назад +3

    Allah rəhmət eləsin

  • @VusaleNebiyeva-h7l
    @VusaleNebiyeva-h7l 29 дней назад +3

  • @ƏntiqəHüseynova-r8u
    @ƏntiqəHüseynova-r8u 25 дней назад +1

    Allah rəhmət eləsin