Ali Məqamlı Rəhbərin prezident Pezeşkianın tənfiz mərasimində çıxışı

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2024
  • İslam İnqilabının Böyük Rəhbəri deyiblər ki: Prezidentin sözləri möhkəm və dərin olaraq, islami demokratiyanın həqiqi əsaslarına istinaddan xəbər verir.
    Həzrət Ayətullahuluzma Xamenei bu gün İranın seçilmiş prezidentinin prezidentlik hökmünün verilməsi mərasimində vurğulayıblar: Hökmün verildiyi gün, İranın əziz xalqı və məsul şəxslərinin bu stimulladolu seçkilər vasitəsilə hazırladıqları və İranın iftixarlar rəfində daimi yerləşdirdikləri çoxməzmunlu və qalın kitabdan sonuncu vərəqdir.
    O həzrət söyləyiblər: Allaha şükr edirik ki, on dördüncü prezident seçkiləri şəhid prezidentimiz mərhum Ayətullah Rəisi rizvanullahın itirilməsindən irəli gələn ümumi kədər atmosferinə rəğmən, ən yaxşı şəkildə- asayiş və sağlam surətdə keçirildi. Seçki rəqiblərinin sağlam rəqabətləri və seçkilərdən sonra seçilmiş prezidentlə etik rəftarları olduqca təqdirəlayiq idi. Bu, ölkə üçün çox mühüm bir sınaq idi. Bu sınaq əlhəmdülillah, uğurla həyata keçdi və onun şirin nəticəsini xalq dadacaqdır.

Комментарии • 257