Hacı Şahin - İmanı necə artırmaq olar?

Поделиться
HTML-код
  • Опубликовано: 28 авг 2024
  • 🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    ✏️“Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda)xərcləyərlər. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır”. (“Ənfal” 3-4).
    Əgər Quranın möminlər haqqında buyurduqlarına nəzər salsaq, görərik ki, mömin o kəsdir ki, Allaha ixlascasına iman gətirmiş və ancaq Ona ibadət və itaət edir. Bu iman həyatının hər bir sahəsində: istər iqtisadi olsun, istər ictimai və ya fərdi olsun - özünü bariz şəkildə göstərər.
    Quran istəyir ki, biz kamil insan olaq. İman isə o zaman kamil olar ki, İlahi xof, təvəkkül, namaz və infaqla bir yerdə olar. Bəli, iman dildə deyilən bir şey deyildir, əslində əməldə büruzə olunandır.
    Bu nurani ayələrdən bəzi nətcələr çıxardırıq ki, onlara nəzər salaq:
    1. Hər kim Allahın ayələrini eşidən zaman laqeyd qalarsa, gərək imanının kamil olmasında şəkk etsin.
    2. Allahı hər kim zikr etməsinə baxmayaraq, yenə də möminə təsir qoyar.
    3. İman - eşq və daxili xofla birlikdə olar.
    4. İmanın dərəcələri vardır. Yəni, azalıb-çoxala bilir.
    5. Cəhalət üzündən olan qorxu - pis sayılır. Ancaq əgər insan Allaha mərifət üzündən qorxarsa, bu, bəyənilən əməllərdəndir.
    6. Quranın hər bir ayəsi hüccət və nurdur ki, insan imanını gücləndirə bilər.
    7. Mömin, qorxu və ümid arasında olar.
    8. O kəs ki, ancaq Allahı öz Rəbbi hesab edər - ancaq Ona təvəkkül edər.
    9. İmanın nişanəsi budur ki, əvvəl möminin qəlbi Allahı yada salaraq, xəşiyyət əldə edər. Sonra Quran tilavəti sayəsində imanını gücləndirər. Allaha təvəkkül edər. Namaz qılar. Başqalarına yardım edər.
    10. İnsanın imanı, onun baxış və etiqadlarından asılıdır.
    11. İslam dini buyurur ki, malının bir hissəsini, hamısını vacib deyil, Allah yolunda infaq et.
    12. İnfaq gərək halal maldan olsun.
    13. Möminlər, öz mal və dövlətlərini İlahi bəxşiş hesab edirlər, nəinki öz zəhmətlərinin nəticəsi. Bu əqidədə olan insan üçün infaq etmək asan olar.
    14. Hər kimin imanı kamil olar, Allah ona gözəl və bəyənilmiş ruzi verər.
    ✅ Rəsmi İnstagram linkimiz: bit.ly/39BPBD0
    ✅ Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    ✅ Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    ✅ Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    ✅ Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    ✅ Mənbə: RUclips Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Admin Whatsapp +994-070-878-72-62
    ✅ISLAM TV Official
    🔔Abunə ol bit.ly/2uR7dZv

Комментарии • 14

  • @user-dw7od5yp3h
    @user-dw7od5yp3h Месяц назад +1

    Allah rəhmət eləsin 😢

  • @saidshaqverdiyev-pq6hh
    @saidshaqverdiyev-pq6hh Год назад +5

    Allah rəhmət etsin sənə gözəl insan

  • @ilhameabsova7389
    @ilhameabsova7389 4 года назад +11

    Bismillahir-rəhmanir-rəhim.Hamıya salam olsun.Allahım imanımızı sabit-qədəm eyləsin,imansızları da ımana gətirsin.Hacımızı da allah qorusun.Amin!

  • @hz.imamalichannel775
    @hz.imamalichannel775 4 года назад +3

    Allah imanimizi kamil etsin inshəAllah

  • @cnublu7052
    @cnublu7052 3 года назад +2

    Hacı Allah səni var etsin
    Allah imanımızı güclü etsin

  • @dua.dunyamiz
    @dua.dunyamiz 4 года назад +5

    Allah razi olsun

  • @seidqahramanov224
    @seidqahramanov224 4 года назад

    ALLAHIM sən bizləri imamlardan ayrı salama

  • @cabbarovcabbar7968
    @cabbarovcabbar7968 4 года назад +1

    Allah bu kanaldanda bu insandanda razı olsun

  • @kruzotv8325
    @kruzotv8325 4 года назад +2

    Gozel

  • @samsunggalaxya5056
    @samsunggalaxya5056 4 года назад +1

    АЛЛАХын саламы олсун хамыйа . АЛЛАХ хамыны иманлы елесин . Дуз буйурурсуз хаджи , АЛЛАХ сизден разы олсун ..

  • @raufqasimov2730
    @raufqasimov2730 4 года назад

    Bismilah salam allahıma şükür olsun bu sabax bizə nəsib elədi namaza durmağı hamıya nəsib olsun amin allah sizi var eləsin hacı

  • @yeganedadashova523
    @yeganedadashova523 4 года назад

    Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.) (87.Əla surəsi 1)

  • @user-vz8wx1ge4t
    @user-vz8wx1ge4t 3 года назад

    Salam haçi .duzdu hecneyin lezzeti yoxdu.