Namiq Mena, Var gözəlim (Official Klip)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Namiq Mənanın Rəsmi RUclips kanalına xoş gəlmisiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Videonun Yenidən yayımı qadağan olunur. Bizimlə əməkdaşlıq etmək üçün 055 626 99 69 telefon nömrəsinə zəng vura bilərsiniz. İlham Xirdalanl.
    Söz. Namiq Məna.
    Musiqi. Namiq Məna.
    Aranjıman. Namiq Məna.
    Klarnet. Zahid Sabirabadlı.
    Var gözəlim
    Qara bəxtim kimi tökülüb üzünə qara telin
    Uçar eşqin evi özgə əlinə dəysə əlin
    Uyma dünya malına qoy sənə gəlməsin şirin
    Axırı torpaq olan nə dövlət nə var gözəl
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Öyün təmiz adınla qürurlanma varın ilə
    Bir zaman qarğa, quzğun oynuyar məzarın ilə
    Tanın bu ölkəmizə qeyrət həya arın ilə
    Səninlə fəxr eləsin el bütün diyar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Biran olsun belə sənsiz xəyalı dolanmadım
    Vüsala yetməy üçün hicranından usanmadım
    Dedilər gözəllərdə vəfa olmur inanmadım
    Hayıf etdim sənə hisslərimi etibar gözəlim.
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Qur ailə ol ana layiqincə öz övladına
    Ayırıb tamahını getmə nəfisinin badına
    Sadiq ol mənliyinə daima təmiz adına
    Özün öz qururunla eylə iftixar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Yanıb öz ahım ilə odlara düşdüm necə gör
    Ürəyi təklik əzabı ilə şişdim necə gör
    O qara gözlərinin sehrinə düşdüm necə gör
    Səni gördüm, səni sevdim bir ixtiyar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Verilən günlər, aylar, illər ömür sərvətidi
    Sevilib sevilməmək əzabların dəhşətidi
    Gözəl hüsnün təki dünya evi müvəqqətidi
    Bitər otlar yağar məzarın üstə qar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Gəldi ömrün payızı solmuşam xəzəllər tək
    Qonaram dodaqlara şeirlər qəzəllər tək
    Vəfa etmir ömürdə vəfasız gözəllər tək
    Namiqin bu sözlərin saxla yadigar gözəlim
    Bilirəm çoxlarının səndə gözü var gözəlim
    Heç kimə salma nəzər etmə məni xar gözəlim
    Namiq Həsən oğlu Əliyev 1 noyabr 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır . 28 saylı orta məktəbi bitirib.Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. Ailəlidi.2 övladı var. AYB Qubadlı Regional Bölmə-nin sədri. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı.YAP-ın üzvü, Bədihəçi Şair. 10 yaşından şeir yazmağa başlayıb.Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə janrı ilə fəaliyyət göstərib.Qoyma ay qardaş vətən əldən gedir,Xəzan gəlibdir, Çəmən əldən gedir.Heydər Əliyev olacaq köməyimiz.Keçər həyata bir gün arzu diləyimiz.1992 ci ildə bu bədihələr ilə tanınıb.Bir sıra yarışmalarda munsiflər heyətində olub.2006 ci ildə De gəlsin söz yarışmasının qalibi olub.Qazandığı avtomobili Saray qəsəbəsində yerləşən Əqlən kəm xəstələr olan internata bağışlayıb.Sözüm var,Sözün var? adlı lahiyələr edib tv lərdə.Dəfələrlə Cənab Prezidentin qarşısında cıxışlar edib.Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən 2 ci Beynəlxalq Muğam musabiqəsinin yekun konsertinin aparıcısı olub.2009 cu ildə Amerikanın səfiri və Amerikanın dövlət katibi Kandaliza Raysın dəvəti ilə 1 ay Amerikada Mədəniyyətimizin və bədihə janrının təbliğatı ilə çıxışlar edib.Bir neçə kitab muəllifidir.Yaranıb gənc suveran dövlət Azərbaycanda.Sürür azadə həyat millət Azərbaycanda.Ucalır şanlı Azərbaycanımız izzət ilə.Bizə dünya günü gündən yanaşır heyrət ilə.Əsdikcə küləklər sinə dağlar Qarabağdan.Bilirəm coxlarının səndə gözü var gözəlim.Heç kimə salma nəzər etmə məni xar gözəlim.Sən gedəndən mənə qəm qüssə kədər doğmalaşıb.Ömrümə hər nəfəsim sanki kədər doğmalaşıb və bir çox şeirlərin müəllifidir.Dəfələrlə ön cəbhədə hərbi hissələrdə konsertlər verib.
    Aktyor Ələkbər Əliyevin qardaşıdı
    Video Link:
    Bütün hüquqlar qorunur © WediaCorp Musiqi Şirkəti tərəfindən
    ----------------------------------------------------------------------------------------------------
    All rights reserved © By WediaCorp Music Company #namiqmena #namiqmenaofficial #azerbaycan

Комментарии • 353

  • @fidanvliyeva9458
    @fidanvliyeva9458 2 года назад +542

    Tik tokda trende dushub . Chox gozel musiqi imish hegigeten💚

    • @snanbalakisiyev416
      @snanbalakisiyev416 2 года назад +27

      Mende tik-tokdan geldim)) + cox sade ve zloy sozlerden istifade edilir

    • @nadirseferov5419
      @nadirseferov5419 2 года назад +15

      Elədi mən də ordan eşitdim birinci dəfədi

    • @zamiqsadiqov4021
      @zamiqsadiqov4021 2 года назад +9

      15 ile yaxindi bu çixan

    • @rahatlkislamda3362
      @rahatlkislamda3362 2 года назад +3

      +

    • @sa-cb2bj
      @sa-cb2bj 2 года назад +11

      Bu Tiktok olmasa qəşəy mahnılar tapammyacyığ

  • @musfiqzeynalov9895
    @musfiqzeynalov9895 Год назад +21

    2006 cı iller yadıma düşdü. Özünə hörmət qoyan ən yaxşı meyxana ustadı Namiq məna.

  • @orkhanaliyev738
    @orkhanaliyev738 4 года назад +150

    Bediyyenin xiridari olmasamda Namiq muellimin tondan agir sozlerine xiridaram. Allah uzun omur can sagligi versin.

  • @metehanturan8592
    @metehanturan8592 4 года назад +56

    Sadece möhteşem. Senin qedrinide ölenden sonra bilecekler ay Namiq.

  • @niyamddinkbirov5347
    @niyamddinkbirov5347 2 года назад +41

    Namiqin qədrini bil, bir də o gəlməz cahana,
    Səni məşhur eləyib püxtə sənətkar, gözəlim.
    N. Xalis (Quba, Qorxmazoba)

  • @user-gj6oz2to2b
    @user-gj6oz2to2b 2 года назад +19

    Tiktokun tək faydası belə gözəl əsərlərin kəşf edilməsidir.)

  • @samirmamedov5020
    @samirmamedov5020 8 месяцев назад +4

    Uşaqlığımın mahnısıdır..Bir Nəticə çıxarılası sözlərdi əslində Varol Şair

  • @raulcebraylov1886
    @raulcebraylov1886 2 года назад +77

    Çox sevdiyim meyxanadır.
    Allah Namiq müəllimə uzun ömürlər versin amin.

  • @ebulfezimmenim
    @ebulfezimmenim 2 года назад +126

    Gozel husnun teki dunya evi muveqqetidir..
    Biter otlar , yagar mezarin uste qar gozelim .. 💔💔
    08.12.2021.. 17:15

  • @feridmehdibeyov7167
    @feridmehdibeyov7167 2 года назад +30

    00:57 Hamının axtardığı yer 🔥🔥🔥🔥

  • @ebulfezimmenim
    @ebulfezimmenim 3 года назад +81

    Dediler gozellerde vefa olmur inanmadim..
    Hayif etdim sene hisslerimi etibar gozelim ..
    10.05.2021... 20:21

  • @bulfzlmmmdli5046
    @bulfzlmmmdli5046 2 года назад +19

    Biz tiktokdan gəlməmişik, biz daima burda idik

    • @AzrAzr-uf7rc
      @AzrAzr-uf7rc 3 месяца назад +1

      BİZ BUNA QULAQ ASANDA TİKTOK YOXUYDU

  • @ayaznuriev8831
    @ayaznuriev8831 4 года назад +114

    2020 dinleyenler. Halal olsun NAMIQ MALLIM 👍👍👍

  • @66Kimsesiz66
    @66Kimsesiz66 2 года назад +110

    2022 ci ilde Istanbuldan salam olsun milletime. Allah cc Namiq Menanı qorusun. Gözel sözlerle yazılıb.Bu kommentariyamda gelecek nesil üçün yadigar qalsın...

    • @NamiqMenaOfficial
      @NamiqMenaOfficial  2 года назад +13

      Təşəkkür edirəm!

    • @kamransadigli5549
      @kamransadigli5549 2 года назад +5

      @@NamiqMenaOfficial yaratmisize muellim

    • @NamiqMenaOfficial
      @NamiqMenaOfficial  2 года назад +5

      @@kamransadigli5549 Təşəkkür edirəm

    • @ozgurdemir8135
      @ozgurdemir8135 2 года назад +8

      Bilirem çoklarının sende gözü var gözəlim.. çok güzel şarkı hele o okunuş tarzı var ya😀😀

    • @kenanseyidov7735
      @kenanseyidov7735 Год назад +1

      @@NamiqMenaOfficial qesey mahnidi

  • @talehuseynov4277
    @talehuseynov4277 5 лет назад +31

    Savadlı insan savadlı iş ərsəyə gətirər Namiq Mənaya təşəkkürlər gözəl sözlər və gözəl mənalı klip üçün Sağ olsun senarist ,rejissor bir sözlə bütün əziyyət çəkənlər 👍

  • @user-be7nd3od8r
    @user-be7nd3od8r 6 месяцев назад +2

    ALLAH sene omur versin namiq. O bedihe sozun. Kerim aqa mirze. Deseydi. Hamisi AMİN. Diyecekdi. Heyif ki. Qisqandilar. Sene Men. Mehman. Ehmediden. Ozum esidmisen ki duz. Deyir amma bizle meslehetleserdi

  • @em1n_77
    @em1n_77 2 года назад +21

    Bu meyxana hələ indi trend olur 🖤🍷

  • @sabinasuleymanova9894
    @sabinasuleymanova9894 4 года назад +17

    Bu mahniya gunde 10 defe qulag asiram bezmirem

  • @elmarmuradov_
    @elmarmuradov_ 2 года назад +35

    Bilirem çoxlarının sende gözü var gözelim, Heç kime salma nezer etme meni xar gözelim 🖤

  • @KuceGorusu
    @KuceGorusu Год назад +7

    Neçə vaxtdır qısa fraqmentlərini dinləyirdim, ilk dəfədir tam formada dinləyirəm və izləyirəm. Möhtəşəm imiş bütün hissələri 🤩✌️Namiq müəllim səsinizə, qələminizə sağlıq

  • @sozdunyasi6595
    @sozdunyasi6595 4 года назад +17

    Ozunə məxsus səs avaz. Namiqə mən 92 dən pərəstis eliyirəm. Yekdi. 👍👍

  • @sahilbabayev1558
    @sahilbabayev1558 4 года назад +22

    İlk mehebetim hardasan men qocaldım sen basqa evde kiminse ciragin yandirdin heyif kas 2005 ci il olardi seni yene sevirdim ureyim partliyir boğuluram ((

  • @vtnprvr8075
    @vtnprvr8075 9 месяцев назад +1

    Məktəbli illərində dəfələrlə baxıb dinləyərdim
    Namiq Məna ən çox pərəstiş etdiyim söz ustadı olub daima
    Allah uzun ömür can sağlığı versin

  • @zhra634
    @zhra634 Год назад +7

    5ay sonra son zəngimdi bu gün sinif yoldaşım dedi senlə bu mahnıya oynayacam😁♥

  • @mirikorgmusic
    @mirikorgmusic 2 года назад +3

    Allah sənə rəhmət eləsin Zahid. Klarnet bawliyanda bilinirki sənsən. Namiq Məna çox sagol 👏👍👍👍👍

  • @DJXoca
    @DJXoca 4 года назад +8

    Ustat və istedadlı insandı, çox əla və keyfiyyətli qəzəlləri var. Dinlədikcə bezmədiyim.

  • @niyamddinkbirov5347
    @niyamddinkbirov5347 2 года назад +11

    Çox gözəl bədii nümunədir. Nəhayətsiz zövq verir ruha, qəlbə. Allah Namiq müəllimə uzun ömür versin.

  • @qorxusuz.272
    @qorxusuz.272 Год назад +12

    Mahnı əla🥳
    Əllərinə sağlıq Namiq🤩
    Yorumu bəyənin xaiş 😜🥳

  • @alishka_aliev111
    @alishka_aliev111 2 года назад +16

    Bu mahnlnı uşaq iken atamla maşında dinleyirdim.Gör üstünden neçe il keçib mahnı indi berk trende düşüb,yayın trendi deye bilerik.Evvel dinleyende 50 K baxış var idi ,indi ise 260K+ du .

  • @rmziyymmmdova4895
    @rmziyymmmdova4895 3 года назад +12

    Bunlar hamisi heyatdan goturulub.Cox tesufki belexanimlar yenede coxdur.Klip eladir ehsen Namiq Mena.

  • @asherannkanal2702
    @asherannkanal2702 2 года назад +8

    Oxuma tərzi çox özünəməxsusdur

  • @murathuseyin1228
    @murathuseyin1228 2 года назад +12

    Mahnı 5 ildən sonra trendə düşdü, bu günki baxış sayı 517min♥️

  • @orxanhesenov8407
    @orxanhesenov8407 3 года назад +5

    Namiq Məna həmişə sevilib sevileceyde çünki onun mahnilariyla insan bir anlıq keçmişə qayıdır

  • @kenanaydinogluofficial
    @kenanaydinogluofficial 3 года назад +11

    Ustad Sənətkar Namiq MƏNA-FƏXRİMİZSİNİZ!!! 2005-ci ildən etibarən meyxanlarınızını dinləyirəm!!! Eşq olsun Sizə!!!

  • @Nadir322
    @Nadir322 4 года назад +19

    Meyxana sənətinin kralı Namiq

    • @Black_Wolf_Azerbaican_Baku
      @Black_Wolf_Azerbaican_Baku 4 года назад

      Nanig metxanabin krali olmayib olniyajagda,anjsg galdi ki neje sair olmasi bele deyim de Jerin kimi Mewedi Baba mimi canavarlarla cox toyda dube dub sual jevab meyxanalar dryib ve bir cox mejlislerde bezi gafiyeyle deyilen meyxanada ola biler ki ustun deyib.Anjag krala meyxana hara krl hara Meyxananin ustadi olar

    • @vusal.aliyev597
      @vusal.aliyev597 2 года назад

      👏👏👏👍

    • @vusal.aliyev597
      @vusal.aliyev597 2 года назад

      Namiq Mena👍👏👏

    • @alishka_aliev111
      @alishka_aliev111 2 года назад

      Meyxana senetinin kralı Reşad Dağlıdı.
      Get bax Hardan Hara meyxana, bizim kent toyudu RUclipsde var. O Zaman uşaq idim toyu izleyirdim.Reşad orda Namiqi sökdü tezeden yığdı.Namiq insan olaraq çox yaxşı biridi,medeni,exlaqlı şexsdir.Ama meyxanaçı olaraq o deyil.

  • @vuqarzulfuqaroqlu
    @vuqarzulfuqaroqlu 4 года назад +14

    2004 cü ildə bu mahnıya qulaq asıb ağlamışdım...

  • @Leonardo-hn9em
    @Leonardo-hn9em Месяц назад

    Özüne hömret eden usdad var ol Allah seni qorusun

  • @Nostalji2000ler
    @Nostalji2000ler 4 месяца назад

    "Vəfa etmir ömür də,vəfasız gözəllərtək,
    Namiqin bu sözlərin saxla yadigar gözəlim" 5:13
    Sağol,Ustad.

  • @arstverdiyeva5831
    @arstverdiyeva5831 2 года назад +14

    Uşaqlığımdan bu mahnını sevirəm 15 ildi heyif ki hələ indi məşhurlaşır

    • @soyuqshrdirbura1247
      @soyuqshrdirbura1247 2 года назад

      Nə gözəllik var idi elə uşaqlıqda qaldı gözəl insan

  • @dr.4171
    @dr.4171 5 лет назад +12

    Avaza baxee, maaşallah

  • @memmedovaraz1332
    @memmedovaraz1332 5 лет назад +16

    Eşq olsun Namiq Mənaya gözəl sənətkardır meyxanaları mahnıları çox gözəldir Allah canını saģ eləsin

  • @turalxm
    @turalxm 2 года назад +5

    Trend olmaqa laiqdi, gec oldu guc oldu!

  • @ayazqadrov4346
    @ayazqadrov4346 Год назад +2

    Gözəl sənətkar bədiə ustadı Namiq müəllim həmişə sambalını qoruyub eşq olsun sizə var olun həmişə yazıb yaradın 🥰

  • @Murademreg
    @Murademreg 2 года назад +7

    Tiktokdan gəldim

  • @vusalexudiyeva8921
    @vusalexudiyeva8921 4 года назад +5

    Allah sene ómur versin meyxalarin eladi birdenesen Namiq me,na seni coxsevirem klassik meyxanarinda eladi 🙏🙏🙏🤗😘😘

  • @elvinasayar4261
    @elvinasayar4261 Год назад +2

    Gőzəl Şəxsiyyət ədəbli bəy Namiq Mə'na...Eşq olsun Senetkarımiza..Uzun őműrler dileyirem.👏💐

  • @muradmamedov2315
    @muradmamedov2315 2 года назад +10

    Tiktokdan öncə burda olanlar 😉,
    Gözəl hüsnün təki , dünya evi müvəqqətidi ,
    Bitər otlar , yağar məzarın üstə qar Gözəlim

  • @leylamemmedova6562
    @leylamemmedova6562 2 года назад +42

    2022hələdə sevilir baxilir dinlənilir❤👏👏👏

  • @sahibkerimov9240
    @sahibkerimov9240 4 года назад +11

    SEFSIZ INSAN OLMUR SENINDE BEZI SEFLERIN OLDU..YENEDE KECMIS OLSUN YAXSILIQLARININ COXLUGUNU.. NEZERE ALIB USTUNDEN KECMEY OLAR..BIR DAHA VAR OL MENA HEQIQI YERIN BILEN USAGDI..ALLAH ONUDA QORUSUN SENIDE..INSALLAH SALAMAT QURTARAG BU KORONAYLA AMINNN.

  • @rili0184
    @rili0184 2 года назад +6

    Zahid Sabrabadli Böyük Sənətkar Allah sənə rəhmət eləsin qardaş.🖤

  • @nbzde_71
    @nbzde_71 Год назад +4

    Sadiq ol mənliyinə daima təmiz adına..❤️✨)

  • @yadullaazizov52
    @yadullaazizov52 4 года назад +9

    Dahi Namiq Mena.

  • @fezailkazimov4170
    @fezailkazimov4170 6 лет назад +10

    Allah canlnlzl sag elesin Namiq Mena cox gozel sozderdi cox saqolun Boyuk ustad 👏👏👏👏❤❤

  • @hamidabbasov7402
    @hamidabbasov7402 2 года назад +19

    Goren nece nefer tiktok dan bura gelib)

  • @gunayabdullayeva9844
    @gunayabdullayeva9844 2 года назад +4

    Sizi usaqligimdan bu yana sevib dinleyirem ...

  • @anarhumbetli1093
    @anarhumbetli1093 3 года назад +6

    Musiqi,sözlər,fikir, sujet xətti əla.

  • @byabbasoff
    @byabbasoff 5 лет назад +35

    2019 Hələdə Dinləyirəm... +1❤

  • @7.leanizmm552
    @7.leanizmm552 Год назад +2

    Axrır torpaq olan nə dövlətdə var gözəlimm....❤️🌼

  • @N1.shirinoffa
    @N1.shirinoffa Месяц назад +1

    Bilirəm çoxlarının səndə gözü var gözəlim...

  • @smithwesson7418
    @smithwesson7418 2 года назад +3

    Спасибо тик ток )

  • @natik77744
    @natik77744 6 месяцев назад

    Gəldi ömrün payızı
    Solmuşam xəzəllər tək
    Qonaram dodağlara şeirlər
    Qəzəllər tək
    Vəfa etmir ömürdə
    Vəfasız gözəllər tək
    Natiqin bu sözlərin saxla yadigar gözəlim

  • @orkhanorkhan6800
    @orkhanorkhan6800 2 года назад +2

    Allah rehmet eləsin Zahid Sabirabadliya ruhu şad yerri cenetllik olsun böyük sənətkar. Namiq mellimede can sağlığı uzun ömür Böyük sənətkar senet uğurları

  • @user-uv6lg3np2o
    @user-uv6lg3np2o 4 года назад +32

    Очень талантливый артист. Салам из России. Пусть сын достойно продолжит музыку и творчество.👍❤

  • @mamedovff1379
    @mamedovff1379 2 года назад +6

    Hər şeyin qədrini sonradan bilirik ;)

  • @arifbagrov869
    @arifbagrov869 3 года назад +4

    Ewq olsun namiq muellim size .. gozel insan gozel senetkar var olun

    • @sahilrzayev3514
      @sahilrzayev3514 3 года назад +1

      samuxdan salamlar

    • @arifbagrov869
      @arifbagrov869 3 года назад

      @@sahilrzayev3514 qaqaw samuxa gelsem pive qonaqligi verersen mene

  • @agamammadovv
    @agamammadovv 2 года назад +1

    Ustaddıda bu adam konkret❤️. Allah ömür versin

  • @paeziyagecesi1669
    @paeziyagecesi1669 2 года назад +2

    Dedilər gözəllərdə vəfa olmur inanmadım,
    Heyif etdim hisslərimi sənə etibar gözəlim💔🥀

  • @kamalmemmedov5573
    @kamalmemmedov5573 2 года назад +2

    Bu Mahni O Vaxta Bu Vaxta Aiddi Yaxsilarindan Iraq o qeder var belesi

  • @snanbalakisiyev416
    @snanbalakisiyev416 2 года назад +4

    Bilirem coxlarinin gozu var sen de gözelim)))

  • @yusifdadashov1099
    @yusifdadashov1099 5 лет назад +16

    Namiq Menan Ifasi bu gunki gunumuze aidi indi qizdara qadinara

  • @komandir_lnt8644
    @komandir_lnt8644 2 года назад +3

    Maşallah gözəl mahnıdır

  • @nezrinbaxishova4681
    @nezrinbaxishova4681 2 года назад +6

    Butun saf sevenlerin hemin bu saf sevginin qedrini bilmeyen eclaflarin sonunu gormek dileyi ile

  • @sahibkerimov9240
    @sahibkerimov9240 4 года назад +5

    EHSEN USTAD HEQIQI DOVRUNUNDE INDININDE YADDA QALAN ESERIDIR..

  • @galaxyunlockgalaxyunlock8040
    @galaxyunlockgalaxyunlock8040 2 года назад +4

    4 fara Mercedesin Azerbaycana teze gelen vaxtlari))

  • @azerorucov7800
    @azerorucov7800 3 года назад +6

    Gözəl avazı var Namiq müəllimin.

  • @user-mb7bh7xx1w
    @user-mb7bh7xx1w 4 года назад +3

    Uwaqligda Space-Tv de Kliplere baxardiq 2004-2020

  • @aydinibrahimov3936
    @aydinibrahimov3936 4 года назад +6

    Zahid Sabirabadlı Allah rəhmət eləsin Amin

  • @budaqofhaa3356
    @budaqofhaa3356 2 года назад +2

    Bilirəm çoxlarının səndə gözü var gözəlim...
    Heçkimə salma nəzər etmə məni xar gözəlim...

  • @sonyuxu1902
    @sonyuxu1902 2 года назад +5

    Son vaxtlar trend olan mahnı🖤👀

  • @orucmamedov8999
    @orucmamedov8999 2 года назад +8

    11:22 like et gəlib dinləyim

  • @zaminuluzade9774
    @zaminuluzade9774 2 года назад

    Bu meni cox uzaqlara apardi bezi seyleri yadma saldi cox sevrem bu mahnini

  • @qeribzaman4386
    @qeribzaman4386 2 года назад +1

    Solmayan Sevgi Allaha olan sevgidir əl catmaz sevgidi o solmaz əgərki sevmisizsə.

  • @nicat8171
    @nicat8171 2 года назад +2

    Teze teze trend olur

  • @resuleliyev6312
    @resuleliyev6312 Год назад +1

    Heledi severek dinleyirem bu mahnini

  • @baxtiyarsuleymanli3666
    @baxtiyarsuleymanli3666 2 года назад +8

    Bucür şedevr əsərlərdən yenə gözləyirik ....

  • @Usaqlartv
    @Usaqlartv 3 года назад +11

    Sizə Bir Çox Təşəkkürmüzü Minətdarlıgımızı Bildirik Əziz Hörmətli Namiq Məna Allah Sizi Var Etsin Allah Sizi Qorusun Amin .

  • @humanhuman5435
    @humanhuman5435 2 года назад +1

    Qara bəxtim kimi, tokulub uzunə qarə telin

  • @youtuberizlyicisi4962
    @youtuberizlyicisi4962 2 года назад +4

    Qəşəy🖤

  • @eminhesenov3158
    @eminhesenov3158 2 года назад +2

    Mən 6ci -7ci sinifdə oxuyanda bu mahni televizorlar tez tez oxunurdu

  • @elvinkerimli8380
    @elvinkerimli8380 2 года назад

    Bu Meyxana Coox super olub tik tokda koynede olsa Koyne xetirlere apar🤙

  • @elane8066
    @elane8066 2 года назад +2

    Indi buna tik tok da qulaq asanlar. Biz bunu TV-də gözləyirdik. Indi tik tok da qoşan uşaqlar bilmezler

  • @mubarizagayev8051
    @mubarizagayev8051 2 года назад +1

    Bele çıxır ki tik tok olmasaydi gözəl mahnılarımızın qədri bilinmezdi

  • @Meherrem.8
    @Meherrem.8 2 года назад +4

    Trend😍👍🏻

  • @ebulfezimmenim
    @ebulfezimmenim Год назад

    Uyma dunya malina , qoy sene gelmesun sirin ..Axiri torpaq olanda dovlet ne var gozelim ..
    17.01.2023... 22:27

  • @user-us4es4ne6z
    @user-us4es4ne6z 10 месяцев назад +1

    Çox qəşəy səsi var axı🥺

  • @jabrail2366
    @jabrail2366 2 года назад +1

    indi indi qulaq asır camaat, eh eh (

  • @elmincavadov9835
    @elmincavadov9835 2 года назад +1

    W210 un teze vaxtdari 💪

  • @aydan5290
    @aydan5290 Год назад

    İnsanı aid olduğu zamana aparan nadir ifalardandı ❣️

  • @elvin4455
    @elvin4455 2 года назад

    Bir anda məşhurlaşdı 😂👍🏼

  • @namiksadesade6055
    @namiksadesade6055 3 года назад +15

    2021 de dinləmək gözel di