Vaqif Səmədoğlu - Gözlə gələcəyəm....(səs:Güldiyar Zülfüqar)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Müəllif: Vaqif Səmədoğlu
    Şeir: Gözlə gələcəyəm...
    Səs: Güldiyar Zülfüqar
    musiqi: ‪@MovieMusicClubOST‬ (Eric Serra - Melt into Matter (from LUCY original soundtrack))
    QEYD :
    --------------------------------------
    Şeir və ya qəzəlinizi səsləndirməyimizi istəyirsinizsə,bu ünvana bir şəkiliniz və yazdığınız şeiri latın grafikası ilə göndərin:
    (şeir və ya qəzəl yoxlandıqdan sonra yayımlanacaq)
    Screen (ekrandan çəkiliş) qəbul olunmur!
    saningonderdiyin@gmail.com
    __________________________
    Fonda,qaçan sətrlərdə,şeirdəki
    qrammatik səhvlərə görə şeiri
    göndərən şəxs məsuliyyət daşıyır
    ------------------------------------------
    Şairin müəllif hüquqları qorunur.
    ------------------------------------------
    Kanala aid materialları, istifadə
    zamanı bizi unutmayın.
    __________________________
    Nifrətin yatan yerini,
    Qəzəbin batan yerini,
    Duaların göy üzündə
    Allaha çatan yerini,
    Gözlə, bilib gələcəyəm...
    Çiynindən atma daşımı,
    Dizinə qoyum başımı,
    Bilsəm ki, gözləyənim var,
    Bir daş ilə göz yaşımı,
    Gözlə, silib gələcəyəm...
    Məni hardasa yuxudan,
    Oyadıb, şer oxudan
    Bir cəlladın gözlərinə,
    Baxıb ilk dəfə qorxudan,
    Gözlə, gülüb gələcəyəm..
    Gözlə bu gün sabah məni,
    Yolda qoymaz Allah məni,
    Əcəl ondan tez tərpənsə,
    Yıxsa bir yad günah məni,
    Gözlə, ölüb gələcəyəm...
    Sabah kiminsə gözündə nifrət,
    kiminsə qolunda qüvvət,
    kiminsə qəlbində boğulan qeyrət...
    Sabah biri namaz üstə,
    o biri
    sərxoş yatarkən palaz üstə,
    kimisi də ölərkən bir qız üstə
    görünəcəklər.
    Görünəcəklər olduqları kimi
    o gözə görünməzə.
    Sabah neçə yuxu yaxşıya,
    neçəsi pisə yozulacaq,
    sabah bir durna qatarı pozulacaq,
    eyvanıma iki-üç salamat sərçə qonacaq.
    Sabah yaxşı olacaq,
    sabah çox pis olacaq.
    Şükür, sabah olacaq.
    Vaqif Səmədoğlu ©

Комментарии • 5

  • @1982ilqar
    @1982ilqar Год назад +1

    Vaqif Səmədoğluya ALLAH rəhmət eləsin. Superdi, təşəkkürlər Güldiyar bəy.

  • @yaqubsahilbuzovnal7362
    @yaqubsahilbuzovnal7362 Год назад +1

    Mükəmməl bir şeir,düşündürücü fikirlər.Allah rəhmət eləsin.Klassik ədəbiyyat bir baxçadı,hər gülün öz ətri var.

  • @SSFFQQ
    @SSFFQQ Год назад +2

    Səsə ürəyə sağlıq. Şairin də ruhu şad olsun 💛

  • @nurlanahesimova2395
    @nurlanahesimova2395 Год назад +1

    👍👍

  • @elchinibrahimov8058
    @elchinibrahimov8058 Год назад +2

    Birazda qıfılbənd və açmasından de qardaş çox dinləniləcək