Anar Oğuz - Göy üzü o qədər gözəl görünmür (səs: Güldiyar Zülfüqar)

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024
  • Müəllif: Anar Oğuz
    Şeir: Göy üzü o qədər gözəl görünmür
    Səs: Güldiyar Zülfüqar
    musiqi: ‪@kuratemusic‬
    QEYD :
    --------------------------------------
    Şeir və ya qəzəlinizi səsləndirməyimizi istəyirsinizsə,bu ünvana bir şəkiliniz və yazdığınız şeiri latın grafikası ilə göndərin:
    (şeir və ya qəzəl yoxlandıqdan sonra yayımlanacaq)
    Screen (ekrandan çəkiliş) qəbul olunmur!
    saningonderdiyin@gmail.com
    __________________________
    Fonda,qaçan sətrlərdə,şeirdəki
    qrammatik səhvlərə görə şeiri
    göndərən şəxs məsuliyyət daşıyır
    ------------------------------------------
    Şairin müəllif hüquqları qorunur.
    ------------------------------------------
    Kanala aid materialları, istifadə
    zamanı bizi unutmayın.
    __________________________
    Göy üzü o qədər gözəl görünmür,
    Uşaqlar evinin pəncərəsindən.
    Uşaqlar, iyrənir mənzərəsindən.
    Göy üzü o qədər gözəl görünmür.
    Yağışdan sonraki o göy qurşağı,
    Necə sevindirsin bir ac uşağı?
    Göy üzü o qədər gözəl görünmür,
    Günahsız körpələr qanadlananda.
    Savaşın səbəbi din adlananda.
    Göy üzü o qədər gözəl görünmür,
    Qocalar evində susanlar üçün,
    İçini səmaya qusanlar üçün.
    Göy üzü o qədər gözəl görünmür,
    Yataqda bir ömür keçirənlərə,
    Həyatın mənasın itirənlərə.
    Ulduza çevrilir bizim diləklər,
    Ümidi ölənin diləyi düşür.
    Görənlər sevinir, dilək tuturlar,
    Təzəsi yaranır, başqası düşür.
    Anar Oğuz ©

Комментарии • 7