Oqtayın kəsərli şeirləri, Vüqarın kədərli sətirləri, Pünhanın dəyərli fikirləri...
HTML-код
- Опубликовано: 16 дек 2020
- Hikmətli kəlamlar
Oqtay Kamil, Vüqar Biləcəri, Pünhan Alatava
#Meyxana #OqtayKamil #VüqarBiləcəri #PünhanAlatava
| Meyxana GO
| Abunə Ol - Видеоклипы
Apardı bir qərib xəyal yaman məni uzaqlara,
yadimda ən şirin qalan o günlərə o çağlara.
Mən olmasamda səninlədir,xəyalım hər qədəm başı,
Məzarım üstə gəlmədin,darıxdı sinəmin daşı.
Sənə əmanət elədim gözümdən hər düşən yaşı,
Nəvaziş ilə davran o yetim qalan uşaqlara.
Əsiri damı dərd olun,vəfa yolunda mərd olun,
Vüsala can atanların,bəla kəsər sağın solun.
İlahi ayrı salmasın sevənlərin omür yolun,
Oturmasın kədər tozu gülüş qonan dodaqlara.
Güli behişdə naz edər,saçından aldığım ətir,
Oxunmamış kitab kimi maraqlısan sətir sətir,
Gülümsə ruhumun gülü,gülüşlərinlə yaz gətir
Gülüşlərin çiçəkləsin bahar gələndə bağlara.
Apardı bir qərib xəyal yaman məni uzaqlara,
Yadimda ən şirin qalan o günlərə o çağlara.
Həqiqi aşiq odur ki vəfada bərqərar ola
Bəla budur ki yar gedib Ləin rəqibə yar ola,
Sənə heyifdir göz yaşım əlimdə ixtiyar ola
Sıxıb gözumdə saxlaram dağıtmaram yanaqlara.
Əyilməyən vuqarı var düz iddiyalı aşiqin,
Tutar vəfalı yar olan əlin vəfalı aşiqin.
Bu eşq həmin o eşqdir iki bəlalı aşiqin
Birin qaçırtdı çöllərə birin çıxartdı dağlara.
Son ayrılıq şeirlərin gözum yaşı ilə yazmışam,
İçimdə nakam ölmüş arzular məzari qazmışam
Diyari qürbət içrə tək qəribə yolda azmışam
Yad evdə doğmalaşmışam qərib qerib qonaqlara.
Apardı bir qərib xəyal yaman məni uzaqlara,
Yadimda ən şirin qalan o günlərə o çağlara.....
Allah rəhmət elesin sənətkar!(Vüqar Biləcəri)
Eluve saglig qaqam
Hər üç şair istedadlıdır Allah rəhmət etsin Vüqar sənə sənətkar idin.Pünhanın ürəyimdə yeri ayrıdı oda idraklı şairdi
Oktayda qeyri adi cümlələr deyir.Şeriyat
Qəzəl mənim ruhumun qidasıdır.Şeri duya biləsən başqa aləmdi.Qəzələ lap xoşum gəlir...❤❤❤❤❤❤❤❤❤
Balelide gozel oxuyub bunu
Ləyil yox, ləin (yəni lənətə gəlmiş)
@@baratbabazad4247 tesekkur edirem duzeltdim.
Vüqar kimi insana elə Pünhan kimi DOST yaraşır🖤
AMMA DOST VÜQARI DÜŞDÜYÜ ÇİRKABLIKDAN ÇIXARA BİLMƏDİ NƏ DOST
VÜQARI HEÇ KİM SEVMƏDİ SEVSƏYDİ NARKOTİKDƏN ÇƏKİNDİRƏRDİ 😢😢😢
@@resulresul7045 Qarda, Vüqar narkotikdən dahada cavan yaşlarından çıxıb tövbə eləmişdi.
@@liq.r1029ELƏMƏMİŞDİ GÜCLÜ KAKOS ÇƏKİRDİ DÜZGÜN BİLMƏDİYİNİZİ YAZMAYIN
@@resulresul7045 Siz deyən olsun. Salamat qalın.
Ureyimiz parchalanir ay Vuqar.Bir bilsen ne qeder sevenin varimish .Allah sene rehmet elesin .Helede aglayiram 😪😪😪
😢😢 geden gunen agladir aglar qoyub getdi ((
😓😓😓😓
Eynen😔
Allah rəhmət eləsin sənə Kəbleyi🥺🥺🥺
Elədi
Punhanin Oktayin elini öpmeyi👍👍
Sadelik remzi,baw ucaligi!
Punhani ona göre çox istiremde çox prastoy oğlandı
Ucaların xisləti, insanlığın rəmzi, dahiliyin işarəsi nurlu simanızda həkk olunub, Pünhan bəy!
Bu hereket dahiliyin remzidi Yani yazdigin ellerden opurem
Bu opus onun əliylə yazdigina dəyər verməsinin gostəricisi idi Oqtaya yarasan da o idi ki ehtiyac deyil gozəl səhnədir
Pünhan düşündürdü, Vüqar kövrəltdi, Oktay yıxdı sürüdü bizi. Allah rəhmət eləsin Vüqara. Qalan şairlərimizə Allah uzun ömür can sağlığı versin
👍👍👍
Nöşş getdin Kəbleyi....hələ heç bir xiridar doymamışdı nə səndən, nə də ki, xəyallara aparan sözlərindən. Ağlamağı bacarmayanları kövrəltdin... dinləməyi bacarmayanlar saatlarnan dediylərivə qulağ asdı...
And olsun Allaha dogrudur
Duzdu qardaş. Vüqar dahi idi . Hər sözündə min məna var idi. Hər bir kəlməsine diqqətlə qulaq asdiqda necə bir hikmət olduğunu görmək olur. Həmişə dediyimiz kimi: Vüqar dahi idi əsl ustad idi hər sözü hikmət dolu idi. Uca ALLAH həm Vüqarı həm digər rəhmətlik şairləri şəhidlərle birgə İmam Hüseyne qonşu etsin amin insAllah. Yerdə qalanları ALLAH qorusun
Doğrudur.. Allah rəhmət eləsin
Kebleyini ancq tesselisin tapiriq indi kohne videolarina baxariq🥺
@@anar.off1cial975 dahi idi Vüqar dahi. Həm gözəl şair həmdə gözəl insan idi. Yeri şəhidlərle və digər rəhmətlik şairlərlə birgə İmam Hüseyne qonşu olsun amin. InsAllah
"Vaxtında qədrini bil,
Vüqar getsə gelməyəcək"
Dedi və əbədi getdi daim qəlbimizdə yaşayacaq olan insan. Allah rəhmət eləsin. Yerin behişt olsun.
Vallah sexsen men vaxdinda sag iken onun deyerin bilenlerdenem.ancag cox heyif bu cur insandanki cox tez getdi
98
7
Lbk7
İl İl
Qızıldan Bahalı Sözlər.Allah Vüqara Rəhmət Eləsin.Pünhana Oktaya Can Sağlığı Versin
.maşıları
Иншаллах
*Oktay Cox Deyerli Fikirler Cixartdi Qizildan Deyerli Ehsen Oktayi Bele Bilmezdim ...👍*
Qardas Oktay gozel Sairdir hemde savadli
Oqtayin instagram seyfesinde yazdigi mahnilara bax,en papulyar mahnilari o yazib.dahidi oqtay
Oqtay dahidi
Mende bele bilmezdim
Qardaw Sac agardiblar bu şairLər
Allah vuqara Rehmet elesin Qalanlara Can sagLigi versin
Nə sevgi məhəbbət pul olmuyanda özün öz evində qonaq kimisən...)
Heledi 😞
@@user-jb5yt3vr4s mən hələdə qonağam haralardasa)
Pünhan Okdayın əlindən öpür bu nə qədər dərin söpətdi. Halal olsun 3 sənətkara 3də dəryadı. Allah rəhməd elesin Vüqar. Pünhanla Okdaya can sağlığı versin bizdə baxağ həz alağ❤
Oxunmamış kitab kimi maraqlısan sətir sətir... Öz kitabın çıxacaq amma sən görmədin heyif səndən Kəbleyi 🖤
Bilmirsiz ne vaxt cixacag?
@@oktayimamaliyev6010 çıxdı artığ
@@elcinliyev3615 hec məlumat yoxdu bu barede. Hardan elde ede bileriy?
@@oktayimamaliyev6010 beli cixdi parlaqimzalar yazin instagramda geelcek cap evi
@@oktayimamaliyev6010 0559697259 bu nömrəylə əlaqə saxlıyın Vüqarında Aydınında kitabını satırlar
Bu üç şairi cəmləşdirmək savabdır vallah
Bəyəndim ki gel yenə dinlə
10000 defe qulaq asmiwam doymaq olmur😔😔😔
Cane can..👍Allah Vuqara rehmet elesin !(evezolunmaz şair.)Pünhana,Oktaya da can saqlıqı..
Necesen ay Anar Kerbelayiden gelmiyecey ((( Allah Punhana,Oktaya omur versin deyerli udtadlardilar
Vuqar Bileceri varsa lezzet var dad var. Esrin FİZULİSİ...!!!
Can vüqar yerin cənnət olsun
Ay kişi qoyduda kançasın bu sənətin qoydu və getdi.Can Kəbleyi🖤🥀
Şair muğayat ol səndə özündən,
Ananı bircə an qoyma gözündən.
SAÇIN AĞARSADA ÇIXMA SÖZÜNDƏN,
SƏN ONUN GÖZÜNDƏ UŞAQ KİMİSƏN!
Var ol Oqtay
Vuqar olmeyib.Sadece bu menasiz dunyadan kocub.O gelecek inwaAllah...ALLAH O DUNYASIN GOZEL ETSIN.....Punhana Oktaya da Vuqar olmagi nesib etsin Allah
Vuqar Allah sene qeni qeni Rehmet elesin seni unutmayacagig. Oqtayda derin wairdi Punhana Oqtayada Allah can sagligi versin..
Yerun Cenet olsun wair
Amin
Guluwu 1 ayri alem.Can Kebleyi
Ela.Vuqar sən bir dahi idin. Vüqar bu sənətdə şah idi.Her sözündə min məna olan şair idi Vüqar. Hər sözüne diqqətlə qulaq asdigda necə bir hikmət olduğunu görmək olur.InsAllah ki yerin digər rəhmətlik şairlərle və şəhidlərimizle birgə İmam Hüseynə qonağdir amin.ALLAH rəhmət eləsin,yerdə qalanları ALLAH qorusun..Bir qazimiz Vüqar haqqında deyir: Vüqar ölümunden bir ay evvel bir qezel oxudu vəten haqqında dedi muharibe başlasin Mübariz kimi şəhid olacam. Deyir muharibede bir iki yatmağa vaxt tapdım yuxuda Vüqarı gördüm deyir Vüqarin bir qolu yox idi bir qolunda avtomat vurusurdu. Deməli Vüqarın ruhu bizle olub və insAllah şaddır ruhu cəmi digər rəhmətlik şairlər kimi.
😢😢😢
Can Şair.Vüqara Allahdan rəhmət Pünhana Oktaya can sağlığı...
Vüqar getdi heyif.. Heçolmasa Pünhanı qoruya bilək bir millət bir xalq olaraq. Oqtaydaki bir canlı əfsanə....
Vüqarın gülüşüdə bir əfsanə bir hikmətdi can😰💔
Ee kebleyi hardasan.canim ay VUQAR.bur gun gelecek herkes seni seirlerini qezelerini oxuyacaq.eminem.her yerde vuqar bileceri eks olunacaq.allah sene rehmet elesin😔😔😔😔
Min kərə milyon kərə əhsən. Allah rəhmət eləsin Vüqara. Heyif
Allah Vüqara rəhmət eləsin in şə Allah Pünhanla Oqtaya can sağlığı versin
Oqtay Kamil başqa bir aləmdi... Həm də sadə insandı ustadlığından əlavə. Allah ömür versin inşallah
Pünhan Alatava
Bu ömür başa çatmır ki keçim başqasına,
Bu cahan mülkü dağılmırki köçüm başqasına.
Saqi mütləqki bilər badei eşqin qədrin,
Saxlar aşiqlərə verməz bir içim başqasına.
Nə rəvadır səni xatırladar peymanə mənə,
Deyilən sağlığa yox qəsdən içim başqasına.
Ürəyimdən nə keçir gördüm utandım vallah,
Deyirəm nə yaxşı görsənmir içim başqasına.
Qoymaram başqası çəksin qəmi pünhanı,
Necə mənə ölçülmüş ömrü biçim başqasına?
Oqtay Kamil
Qoy sənin gecələr yuxuna gəlim,
Ruhuna toxuna toxuna gəlim.
Bilmirəm mən necə yaxına gəlim?
Sən uzaq deyilsən uzaq kimisən
Yoxluğun görsənir əslində sənin,
Ayrılıq var imiş qəsdin də sənin.
İllərin tozu var üstündə sənin,
Bir mıxdan asılmış papaq kimisən.
Çoxdaki adım var yaz yağışıyam,
Payız yarpağının çırpınışıyam.
Sanki mən yıxılmış məzar daşıyam,
Sən mənim yanımda bulaq kimisən.
Bilmirəm doğmayam, bilmirəm yadam,
Xəyallar qururam amma çox şadam.
Mən gecə meşədə azmış bir adam,
Sən odu olmayan çıraq kimisən.
Geriyə baxırsan yol olmayanda,
Şeirdə yazılmır hal olmayan da.
Nə sevgi məhəbbət pul olmayanda,
Özün öz evində qonaq kimisən.
Şair muğayat ol səndə özündən,
Ananı bir an qoyma gözündən.
Saçın ağarsada çıxma sözündən,
Sən onun gözündə uşaq kimisən
Pünhan Alatava
Səni görsəm tələbi cam eləyərdim bəlkə,
Hərdəni sübh hər axşam eləyərdim bəlkə.
Mənə Xəllaqi Xəlaiq min ürək versə idi,
Hər telində birin edam eləyərdim bəlkə.
Xatiratım gözə görsənsə səma rəngində,
Mənzərəmlə səni rəssam eləyərdim bəlkə.
Vəqti iftara biraz qalmış əgər gəlsəydin,
Məndə bir süfrə açıb şam eləyərdim bəlkə.
Səni bayramda görənlər iki bayram eləyir,
Mən görəm hər günü bayram eləyərdim bəlkə.
Xoş təsadüf biri bitsə idi bəlkələrin,
Dərdimə məndə bir əncam eləyərdim bəlkə.
Bir pəri olmağın əsrarını atsaydın sən,
Sənə min möcüzə ilham eləyərdim bəlkə.
Seyri hikmətdə dolansa idi xəyalın Pünhan,
Bir gün ilham pərisin ram eləyərdin bəlkə.
Allah razı olsun qardaş.
@@sahibcavadov1294 Cümləmizdən inşallah
Sağ ol qardaş, əziyyət çəkmisən, halal elə
Saatlarla dinləyirəm qəzəllərini.Allah rəhmət eləsin.Heyf .çox tez getdi Xalqın dəyərli şairi Vüqar
demək olar ki hər həftə dinliyirem
Allah Vüqara rəhmət eləsin . Hər kəliməsi bir kitab olan şair. Pünhanın təbinə maşallah olsun , bal tökülür ağzından. Oqtayda köhnə şairlərdəndi. Allah ömür versin
Can ay Vüqar niyə ürəyimizə dağ çəkdin gedin qardaş insanın gözləri dolur 😔🥀🖤
Can Vüqar qardaş Allah sənə rəhmət eləsin. 🤲🏻🤲🏻
Belə məclis ələ düşməz.Vüqara qəni-qəni rəhmət, Pünhana can sağlığı arzulayıram. Var ol Pünhan yaxşı ki varsan
Allah Vüqara Rəhmət eləsin Pünhan Oktay və bütün şairlərə can sağlığı versin Amin inşəallah
Can ay Vüqar
Her 3 şaire ehsen. Vuqarin qebri nurla dolsun. Oqtaya Pünhana cansaqligi arzulayiram
Mezarim uste gelmedin darixdi sinemin Daşi 😔🖤
Artiq Resadda gelmir mezarin uste wair 😔😔kaw sen saq olaydin Resadda bele olmazdi
VUQAR BILECERININ kitabi iwig uzu gordu satiwa buraxildi kidabin adi QERIB XEYAL Cox wukur inwallah her kes alib oxuya biler mende alacam. Amma canli qulaq asmax bir bawqa idi heyif senden Allah rehmet elesin. her sozu hikmet dolu wair idin.
Salam dostlar dinlədikcə insanı dərin bir xəyallara aparır bu vidyo halal olsun hər birinə Allah Vüqar qardaşıma rəhmət eləsin Pünhana Oktaya can saqlıqı versun aminn
Can Vüqar bizi tek qoydun getdun Allah rehmet elesin sene o dünyada ilk Ramazan bayramun mübarek
Vuqara Allah rehmet elesin kencimizede can saligi versin sagol ay wair qizildan deyerli sozler
```Apardı Bir Qərib Xəyal```
```Yaman Məni Uzağlara```
*Allah Rəhmət Eləsin*
Müqəddəslərimizdən sonra şairlərdir Allaha ən yaxın olan kəslər.İLAHİDƏN Vüqar Biləcəriyə rəhmət ,Oqtay və Pünhana cansağlığı arzulayıram!
Behiştə yaraşığ verən Vüqar Biləcəri. Allah sənə rəhmət eləsin gözəl insan. ☹️
Allah rehmet elesin şair
Allah sene rehmet etsin qardasimvuqar
Vuqarin bu qezelini heyretle dinleyerdim indi qem qusse ile goz yashlarimla dinleyirem😭😭😭cennet mekan olasan menim deyerli qemli qusseli derdli shairim
Bu commete doze bilmedim😔😢
Dinledikce goz yawlarim oz ozune axdi. Musiqi de hezin, sakit. Kaw sizler ancaq bele sirrli, sehirli mohtewem meclisleri qurardiz. Here bir cur cavan yawda dinyadan kocmeyeydiz. Heyhat.
Caann
Təbii kövrəlməmək memkünsüz
Mende qaqam
Vuqari bivaxt apardi
Dunyanin zererli xeyirleri😔
Sagol Punhan boyukluyunu gosterdin inanki ehsenn Oktay dogurdanda hem yerlim hemde boyuk senetkatdi
Çox əla Allah sənə rəhmət eləsin qardaş
👑 💎 👑
*Bir qul kimi insafım əzazil şaha gəlməz*
*Dünya malı şair qəzəlindən baha gəlməz*
*Şair gələ minlərlə, Vüqardan daha gəlməz*
*Həm şairin həm yaxşıların qardaşı getdi*
hamsına ehsen bir birnnen derin menalı sözler
Sən bir dahı imişsən nakam bala , qoy allah sənə qəni - qəni rəhmət etsin , ay məkanı cənnət şair.can .heyf sənə., cox heyf..😧😧😧😧
Olenden sora tanidi coxu heyif
Sağol Oqtay. Ata qəzəli super idi👍
İndi Qəbrində Soyuq Yerdə Vüqar Tək Yaşıyır..🥀
Hər biri ayrı ayrılıqda çox dəyərli sözlər dedi. Ama Oqtayi mən belə bilmirdim. Sağ ol şair əhsən
Allah sizi qorusun Kebleyi Allah seni qeni qeni rehmet elesin Perverdigar gecsun senicun Perverdigara xatir
Həmişə deyərdi rəhmətlik bu sözlərin alıcıs azdı. Meyxana söndü gedişinlə, şeyir söndü gedişinlə. Ən əsası səninkimi dəyərli insanı itirdik Allahı qədərinə razıyıq. Allah yerini cənətlik etsin
Hər dəfə Rəhmətlik Vüqarın bu şeirine qulaq asanda Honkur honkur aglayiram Sennen gelmeyecek Birde Qardaşım Artıq sen Dunyadan koceni meyxanaya hevesde qalmadi
Can ay Vuqar 😔
Kəbleyi Allah sene Rehmet elesin Neceki Toyxanaya geliwinle hami ayaga qalxirdi elecede gediwinle Yaxşiki bu dunyaya Vuqar olaraq geldin 🖤
Meyxana kişi sənətidir Allah vergisidir en gözəl möcüzə Vüqar idi meydanda çətin sözlərin senetkari
Ay can aycan Qurban olaram size mawAllah Allah rehmet etsin sene ay vuqar😪ele aglamagim gelirki vallah
Allah rəhmət eləsin sənə qardaş, Allah günahlarımızı bağışlasın... halal olsun.. bizim şairlər kimi dəyərli söz deyən bir millət yoxdur
Can ay, Vüqar!💔🥺
Bu məclis 31.01.2020 də olub 6 ay 28 günün sora Vüqar rəhmətə getdi heyif((((
Baxmadi de ozune .Hayif bu cur waire
Duz menim ad gunum gunu olube bu meclis
*Salam Aleykum Hər Kəsə. ALLAH Vüqara və cəmi dünyasını dəyişən şairlərimizə RƏHMƏT eyləsin İNŞƏALLAH. Digər şairlərimizə Can sağlığı arzulayıram İNŞƏALLAH*
"Sən uzaq deyilsən,uzaq kimisən"😒👍👍
Sağol şairr
Gülüşünə qurban Kəbleyi!
Meyxananın gözəl 3 lüsü.Pünhan demiş heyif tez düşdü qatardan biri.Allah sənə rəhmət etsin Vuqar .Oktay Pünhana can sağlığı versin Allah
Allah sene qeni qeni rehmet elesin Vuqar Bileceri. İnsAllahki mekanin Cennet olar. Sesinde huzur var, ruhu dincelden qeyri adi quvve var sanki. Her zaman qelblerdesen kebleyi
Daha bu gözəl şərhlərdən sonra nə yazımki?. Vuqar ölməyib o qayıdacağ 😭 niyə bizi qoyub getdi şair
Can şair Qardasimiz yasasa idi 18 deqiqe sonra 33 yasi olacagdi. Allah sene rehmet elesin dahi senetkar.
Kelbelayi vuqara min rehmet sizlere omur sair qardawlar
Oqtayın əlini öpmək başqa bir şey halaldl sənə və səndə olan tərbiyəyə pünhan
vefa yolunda merd olun.... vusala can atanlarin bela keser sagin solun💔
Allah se Rehmet elesin Sayir
Heyf😞
Allah sənə rəhmət eləsin Kebleyi..😓
Vüqardan başqa kimsəni dinləyə bilmirəm 💔🖤
Super
Allah Vüqar Qardaşımıza Rəhmət eyləsin,.... Digər dəyərli Şairləimizə Allah'dan can sağlığı diləyirəm.
🥀Mən olmasanda sənlədi ❤
😧Xəyalım hər qədəm başı👣
⚰Məzarım üsdə gəlmədin 💔
💨Darıxdı sınəmin daşı 😔
Allah Vüqara qəni qəni rəhmət etsin. Bir dahi idi. Ağzından çıxan hər bir kəlmə qızıldan dəyərli idi. Məkanın Cənnət olsun Kərbəlayi. Peyğəmbərlərimizə qonşu olasan inşallah
Allah rehmet elesin Vuqardan yox idi_ yoxidi Vuqardan😓😓😓
Eh ədalətsiz dünya,gör necə şairi itirdik, gör necə şaire həsrət qaldik.Hele çoxu dərk eləmir ki qızıldan dəyərli, qiymətli şairi itirdik. 😔Kebleyi ,əsirlər,illerde keçsə adın her zaman yaşayacaq ,her zaman var olaraq qalacaqsan.Ne xoş sen yatigin torpağa boynunda bucür çahicelal qızıldan qiymətli xəzine yatir 😔.Vüqar canlı kitabiydi ,heyif tez itirdik. Kaş var olardın ,yaşayardın,yaradardın uzagdan görmək bizə yeterdi bilərdik varsa,amma indi yoxsan 😔.Yerin cənnət olsun əvəzi olmayan şair.Allah sene rehmet eləsin...
Xanim vallah hec kime basa salmag olmur meyxana deyende , qezel deyende , seir deyende adama bir teher baxillar amma men hec vaxt doymadim bu cur seir qezellerden en coxda deyerli şairmiz Vuqar Bileceri Allah ona qeni-qeni rehmet elesin
@@meherremaliyev9062 Men özüm xanımam Vüqarın 11ildi qezəlerinin,meyxanasinin aşiqiyəm.İlk dəfə meyxanani Vüqarda sevdim.Cox insan menide qınayır xanım hara meyxana hara.Bezi düşüncəsi zəyif inslanara meyxana,qezel gec çatır.Allah Vüqara rəhmət eləsin,Vüqarın ölümdən sonra menim üçün mexana bitdi dəfn olundu.
3 düşünən beyin, 3 nəsil zəncir silsiləsi ( heyif ortada qırıldı ),heç bir sözü havada qalmayan şeir yolu,fərqli əllərdə eyni qələm
Pünhan da eyni Vüqar kimi adınnan başqa məna verərək çox sadeliklə istifadə edir ehsən üçlüyə
Sağ ol gozel yazmisan
Day bu yorumlardan sonra nə yazımki?hamısınada qoşuluram.ALLAH köçənərə rəhmət qalanlara can sağlığı versin ALLAH lığı xatirinə👐
Saçın ağarsa da, çıxma sözünden,
Sen onun gözünde uşaq kimisen
Sagol Oktay
Can Vuqar Allah rehmet elesin sene Şair🖤🥀
Mence Vuqar qiyamet gunune kimi yaddashlarda qalacag.ne gozeldi öldekdən sonrada yashamag.Allah gunahlarini bagishlasin.Allah rehmet etsin
Mənə çox təsir etdi Vüqarın bu qəzəli...heyif cavan köçdü...yenə ən gözəlini allah bilər!
ALLAH VÜQAR BİLƏCƏRİYƏ RƏHMƏT ELƏSİN
Heyifslənməmək mümkün deyil Vuqara🥀
Qardaw sizleri dinledikce doyammerik bu ne isdedaddi valla soz tapmaq olmor demeye berekallah
Heyif Vüqar heyif senden bu sözler nece tapib yazirdin heyif ne deyim bilmirem
Qardaş Vüqar sirli səbirli şair idi bu sözlər ancaq Vüqar kimi ustada aiddi
Can ay vuqar
Darıxdı sinəmin daşı 🖤
Gul ki ey qonce dodaglim ki baxim mende gulum
Tanri bir bawqa gozelliy yaradib sende gulum
Allah rehmet etsin qardas qalanlara can sagligi