Livanda cihazlar necə partladılıb? Əli Kərimlinin məhkəməsi niyə təxirə salındı? - Günün icmalı

Поделиться
HTML-код
  • Опубликовано: 19 сен 2024
  • - Bu ildən sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
    - Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin 19 sentyabr tarixli bəyanatına cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsini “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə vermək qəbuledilməzdir..
    - Sentyabrın 19-da Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimliyə qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
    - Sentyabrın 19-da Bakının Səbail Rayon Məhkəməsi “Kanal-13” İnternet kanalının rəhbəri Əziz Orucovun və bu resursun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini 3 ay uzadıb.
    - Avropa Parlamentinin bir qrup üzvü Azərbaycan hakimiyyətini Qubad İbadoğluna və digər siyasi məhbuslara qarşı cinayət işinə xitam verməyə çağırıb.
    - Sentyabrın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi AXCP üzvü Cabbar Savalanlının şikayəti üzrə yekun qərarını elan edib.
    - "Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi" mövzusunda təcili debatların keçirilməsilə bağlı AŞPA-nın payız sessiyasının gündəliyinə sorğu daxil edilib.
    - Gürcüstanda LGBT+ icmasının hüquqlarını məhdudlaşdıran qanun qəbul ediləndən 2 gün sonra Tblisidə məşhur transgender model və "Miss trans star" beynəlxalq gözəllik müsabiqəsinin iştirakçısı Kesariya Abramidze qətlə yetirilib.
    - Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 17-də və 18-də peycerlərin və digər cihazların partlaması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, üç mindən çox adam yaralanıb.

Комментарии • 5

  • @MinaMina-nh6xc
    @MinaMina-nh6xc 10 часов назад +3

    Bu ölkədə haqqı dilə gətirənlər hərə bir üsulla susdurulur.Bunun sonu gələcəkmi??😡

  • @subhanhesenquliyev6632
    @subhanhesenquliyev6632 10 часов назад +2

    ABŞ-a, demokratiyaya, ləyaqətə kəm baxan hər rusbaş agent və ya qanmaz bu peycer söhbətindən dilin dmməzinə dürtməlidir. Yaşasın ƏN BÖYÜK AMERİKA!

  • @subhanhesenquliyev6632
    @subhanhesenquliyev6632 10 часов назад

    Qərbin texnalogiyasından istifadə edib qərbə şıllaq atan hər riyakar bu peycerleri gəzdirən cinayətkarlar kimi cəzalandırılmalıdır.

  • @ordanburdan6609
    @ordanburdan6609 10 часов назад +1

    Tuprum yumrugu demir olanin biğina😂

    • @xalq8616
      @xalq8616 45 минут назад

      😂😂😂