"Ağ şəhər"ə görə köçürülənlər pullarını tələb edir
HTML-код
- Опубликовано: 16 окт 2024
- Bakıda tanış mənzərə - uçurulmuş evlər. Bu dəfə söküntünün səsləri Xətai rayonundan gəlir. “Divarımı vurub dağıtdılar, iki otağımı sökdülər. Qarabağ müharibəsində döyüşüb başdan-ayağa güllə içində olan adamam. Məni belə bezdirib çıxarmaq istəyirlər evdən? Xətai Rayon İcra Hakimiyyətinin mənə qoyduğu hörmət budur?” - Əhli Həbiyev deyir. Söküntü ərazisindən az aralıda “Bakı Ağ şəhər” layihəsi gerçəkləşdirilir. Plana uyğun olaraq, ətrafdakı evlər uçurulur və insanlar köçürülür. Elə Xətai rayonu Turşu küçəsi sakinləri də bu siyahıdadırlar. Seyraqub Cəbrayılova Cəbrayıl rayonundan köçkün düşüb və 1999-cu ildən bura sığınıb. Onu hər şeydən çox evləri ilə bağlı xatirələrin silinməsi incidir: “Mənim burada 4-cü sinifdə oxuyan bir qızım rəhmətə gedib. Acından, susuzluqdan, kasıblıqdan. Mən heç vaxt prezidentimizə deməmişəm. Ona görə ki, çətinlikdir, çəkməliyik. Bizim də alnımıza belə yazılıb. Mən buradan heç köçmək istəmərəm, ona görə ki, qızımın xatirələri buradadır”. Keçmişlə vidalaşmağın ağırlığı, üstəgəl, köçmə qayğıları ilə yüklənmiş sakinlər mülklərinin müqabilində alacaqları kompensasiyadan da narazıdırlar. İlham Əliyev: “Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadrat metrə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, vətəndaşlar bu kompensasiya ilə razıdırlar”. Sakinlər ölkə başçısının 2012-ci ildə etdiyi çıxışdan tez-tez sitat gətirir, evlərinin hər kvadratmetrinə görə onlara 1500 manat kompensasiya verilməli olduğunu deyirlər. Lakin Xətai Rayon İcra Hakimiyyətinin vətəndaşlara başqa təklifi var. “Bizim şəxsi əmlakımızı hesablayarkən isə evin divarlarını ölçüdən çıxarırlar. Yerdə az bir hissə qalır, onu da əsas və əlavə sahəyə bölürlər. Əsas sahəyə 1000 manat, əlavə sahəyə 750 manat pul təklif edirlər. Bu isə bizim əmlakımızın tamamilə öldürülməsi deməkdir. Və deyirlər ki, kompensasiya bunun içinə daxildir, sizə əlavə kompensasiya yoxdur ” - sakin Məhəbbətova deyir. Xətai Rayon İcra Hakimiyyəti deyilənlərlə razılaşmır. İcra nümayəndəsi deyir ki, söküntü komissiyası yaradılıb və o, yaşayış olan yerləri hesablayır. Layihəyə görə, həyətlərdəki yarıtikililər yaşayış yeri kimi hesaba alınmamalıdır. Sakinlərsə bildirir ki, komissiya məhz onların yaşadıqları evləri ölçərkən doğru hesablama aparmır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununda torpağın alına biləcəyi dövlət ehtiyacları müəyyən edilib. Bəhs edilən layihə bu qəbildən olsa belə, mülkiyyətin alınması üçün mülkiyyətçilərlə razılıq əldə edilməlidir, ya da məhkəmənin qərarı olmalıdır. Hər iki halda, dövlət bazar qiymətinə uyğun olaraq kompensasiya ödəmə öhdəliyini daşıyır. Turşu küçəsi sakinlərinə də deyilib ki, ərazi dövlət proqramına görə sökülür. “Bu dövlət proqramı həyata keçiriləndə bizim mülkiyyət hüquqlarımız pozulmasın. İradəmizin əksinə evlərimiz sökülməsin. Hər dəfə evdən çıxanda, axşam narahatlıqla evə qayıdırıq ki, ola bilsin bizim evlərimiz sökülmüş olsun. Əvvəl bizi qazın, suyun, elektrik enerjisinin kəsilməsilə təhdid edirdilər. İndi məmurlar gəlib deyirlər buradan yol çəkiləcək, istəyirsiz qalın, istəyirsiniz çıxın, sizin evləriniz söküləcək” - sakin Elçin Əhmədov bildirir. “Dövlət mənə nə pul ayırıbsa, onu istəyirəm. Bu alverdirmi ki, bu gün gəlib 80 min manat deyirsən, sabah 100 min, sonra 115 min? Əgər dövlət pul ayırıbsa, o pulu niyə vermirsiniz bizə?” - sakin Əhli Həbiyev deyir. Sakinlər deyir ki, kompensasiya əvəzinə tikilən binalardan onlara ev təklif edən yoxdur, olsa ona da razılaşardılar. “Vermirlər. Deyirlər, Ağ şəhərdə tikilən binalar ağ adamlar üçündür, siz qarasınız. Ağ şəhərə yaraşmırsınız, buradan çıxıb kənarlaşmalısınız” - sakin Taleh Cəbrayılov söyləyir. Xətai Rayon İcra Hakimiyyəti şikayətlərə belə aydınlıq gətirir: “Komissiya ona görədir ki, şikayət olanda gəlib müraciət edirlər. Komissiya da araşdırır, sakinlərlə birgə məsələnin həlli yolunu tapır”. Sakinlər isə deyir ki, Köçürülmə Komissiyasına dəfələrlə müraciət etsələr də, dəyişən heç nə olmayıb. Yerli icra orqanları ilə razılığa gələ bilməyən vətəndaşlar ölkə başçısı İlham Əliyevə, Mehriban Əliyevaya məktub yazdıqlarını, Prezident Administrasiyasından Maliyyə Nazirliyinədək bir çox dövlət qurumunun qapısını döydüklərini deyirlər. Sakinlərin tək narahatlığı kompensasiyanın məbləği deyil. Köçürülmə və kompensasiya ilə bağlı onlara rəsmi bildiriş verilməməsi, evlərin fərdi ekspertiza ilə deyil, ümumi qaydada qiymətləndirilməsi də var. Qış ayları olmasına rəğmən köçmə məcburiyyəti də onları gecə-gündüz düşündürür.
Kanala abunə ol - goo.gl/TcM9Fm
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646
Nə şəhid nə veteran nə xəstə nə imkansızı adam yerinə qoyan yoxdu bu ölkədə
Millət hakimiyyətə qarşı birləşməsə xeyri yoxdu. Bundanda betər olacaq
Orient Patek araqatan troll. Oryental İmpantet cəhənnəm ol, cındır tres
Orient Patek qəhbə səndən mərddi, qeyrətlidi.sən olsa-olsa qəhbənin bir yerinə qoyan cındır əskisi,paketi,gündəlik bezi ola bilərsən.fu iylənmiş
Orient Patek pox olsun sənədə strategiyanada
Orient Patek İlhamın Martışkanın peşkası
Vallah men bakiliyam hec menim evimde ele bahalı plazma televizor yoxdur.. Siz bura gelene ruzumuzda gacdi, besti agladuz..!!
Yaxsi yaxsi day bu qacqinlar seherin merkezinde yasamag isteyirler.ekseriyyetinin de 3-4-5 yerde evleri var gozleri doymur.rayondan gelibler rayonlarra da qayitsinlar.onlarin elinden bakida yer yoxdur.
Ilqar Memmedova Azadliq
Milleti hakimiyyete qarsi qaldirillar İcra hakimiyyetleri hiyleger tulkuler
Ay dayi ne qarabag bunlar puldan basqa gozleri hecne gormur guya bilinmir ag seher kimindir icranin cox vecinedir mitinq mitinqe gelmek lazimdir
Kimindir?
Qarabag istirakcilari istisna olmagla ele bir qerar versinlarki hamisini qaytarsinlar rayonlara.gelib bakili olublar. Yada sortik.saclari sapsari ekseriyyetinin.yerli ehaliden qat qat yaxsi yasayirlar. O vaxtlar gedib gormusuk harda nece yasayirlar.amma indi ele seyler teleb edirlerki ele bil dovlet bunlara borcludur.
Arif Qasimov Razıyam 100%
Bu qoja nazirler ne qeder ki kreslodadilar belede olacaq
Xetayi rayonu icra hakimiyyəti ac qurdlar mekani idi yavaş yavaş çökəcək inşallah
YAZIQ MİLLƏT
qacqilar coxluq teskil edir bakida emeli basda
"Bu pullar ağ şəhərdə tikilən binalar ağ adamlaradı siz garasız" NƏ?O nə demək di?Azərbaycan veteranları qara milletdi,varlılar isə ağ di??Bir dənə o sözə o heyvanı işdən atmalıdırlar!Veteranlar vətənə görə savaşırdılar bir qram dəyər yoxdu!
Bu hakimyet xalqın qanını içir.
Mən ordan köçdüm. Ancaq yataq və qonaq otagı 1000, mətbəx, san. qovşagı 750 man verdilər. Həyətdəki tikililərə heç nə. Hələ çöldən çölə hesablamırlar üstəgəl əskik ölçülür.
agilli adam bele hakimiyetcun gedib vorusmaz
qoy memurlarin ovladlari getsin vorussun
EV verinde camaata
Doz doz doz bir azcada doz .haran agriyir ey kutle ?
Deyesen Nadir şahın vaxtı yaxındadı. Xalq şahı tapdalaya. Ölkede qiyama az qalıb.
Bu qorxaxlikki bizdedi hele bu nedi daha beter edecekler bizi
1000 man kvadrata gore lap eladı
Olke deyile batagligdi
Hm.
Çox qudurğandır bu icra hakimiyyəti
Ayeee yaxşiki evinizi siz içerdeyken söymüyübler. Şükr eliyin sağsız. Hele pul istiyirsiz.😯
Bunu niye daniwdirirsiz axi,bu nebilir huquq ve haqq ne bilir.qadinnan gedir sohbet.
Ag weherde ag adamlar qalacag.Yoldaw ilham eliyev insanlarl navaxt duzeldeceysen millet aclnan aboy yiyir
Ölkə başcisini millət hec večinə deyil.Ayil yuxudan ay millət onsuzda hamimiz bir ķun öləčik,bu rewimi yixag goy balalarimiz yaşasin...
Azarbaycan xalqi dozumlu xalqdi dozmusuk dozurk dozacayik.TAKI MAMURLARIN AC QARINLARI DOYSUN.BIZIM QARNIMIZ HAMISA TOXDU
bizim orda heyet evimiz vardi. hesablandi ve 240.000 azn pul verildi. nece olur bize verilir ve dovletin ayirdigi pul qepiyine qeder verilir, ama bu videoda deyilir ki verilmir? bizim evler bir partiya evvel sokulenlerdendir. besdirin dovleti pis terefe tanitdiz. ayibdir e vallah
yalancinin nesli qirilsin