Riad Cəbrayılov "Aman ayrılıq"

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • "Aman ayrılıq"
    Mus: Emin Sabitoğlu
    Söz: Nigar Rəfibəyli
    Solist: Riad Cəbrayılov
    Konsertmeyster: Naibə Şahməmmədova
    Dekabrın 6-da Azərbaycan Milli Konservatoriyasında Azərbaycan Dövlət Televiziyası (#AZTV) #Mədəniyyət kanalı və (#AMK #TGT) Tələbə Gənclər Təşkilatının təşkilatçığı, "Milli Vokal" kafedrasının təşkilati dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş "KÖNÜL NƏĞMƏLƏRİ" adlı konsert proqramı keçirilib.
    Konsertdə AMK-nın Rektoru, Xalq Artisti və Professor Siyavuş Kərimi, bəstəkar Emin Sabitoğlunun qızı, musiqişünas Ceyran Mahmudova, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rektoru, Əməkdar İncəsənət Xadimi Fərəh Əliyeva, Azərbaycan və Dağıstan Respublikalarının Xalq Artisti, AMK "Milli Vokal" kafedrasının müdiri Azər Zeynalov və Konservatoriyanın müəllim-tələbə heyəti iştirak etmişdir.
    Konsertin aparıcısı Səmray Əliyeva konsert barədə tamaşaçılara ilkin, geniş məlumatı çatdıraraq bildirib ki, Emin Sabitoğlu musiqisi, yaradıcılığı daim yaddaşdadır və hər zaman müstəqil Azərbaycanın gənc ifaçıları tərəfindən böyük şövqlə səsləndiriləcəkdir.
    Daha sonra çıxış edən Rektor Siyavuş Kərimi konsertin təşkil olunmasında əziyyəti olan hər üç quruma minnətdarılığını bildirib. Rektor vurğulayıb ki, Emin Sabitoğlu ölkəmizdə şanson musiqi janrının yaradıcısıdır, onun bədii filmlərə bəstələmiş olduğu musiqilər daim xatırlanır, hər zaman millətin qəlbində yaşayacaqdır.
    Ardınca səhnə gənclərin ixtiyarına verilib. Gecədə bəstəkarın bəstələmiş olduğu ən populyar musiqi və vokal nömrələri AMK-nın tələbələrinin ifasında səslənərək tamaşaçı rəğbətini qazanmışdır.
    Konsertdə çıxış edən bəstəkarın qızı, musiqişünas Ceyran Mahmudova Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu sərəncamdan bəhs edərək bəstəkarın dövlət qayğısından danışdı. Ceyran xanım konsertdə iştirak edən gənc ifaçılara xüsusi minnətdarlığını bildirərək, onlara yüksək sənət uğurları arzu etdi.
    Sonda bütün konsert iştirakçıları Mirzə Babayevin repertuarında sevilib-seçilən, bəstəkarın bəstələdiyi "Kəpənək" mahnısını ifa etdilər.
    © 2018 Bütün hüquqlar qorunur.
    İnformasiya mənbəyi olmadan yayımlanması qadağandır.
    © 2018 KonsTV
    © 2018 Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatı

Комментарии • 2