Sintizatorda ifa: "Nazəndə sevgilim" (bəstəkar Andrey Babayev). İfa edən Vaqif Mahmudov

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • NAZƏNDƏ SEVGİLİM
    (Sözləri İslam Səfərlinindir)
    Dəydi saçlarıma bahar küləyi,
    Nazəndə sevgilim, yadıma düşdün.
    Hərənin baxtına bir gözəl düşər,
    Sən də təkcə mənim adıma düşdün,
    Nazəndə sevgilim, yadıma düşdün…
    Sənsiz dağ döşünə çıxdım bu səhər,
    Ötdü qumru kimi gur şəlalələr.
    De, niyə yalqızsan, sordu lalələr,
    Qövr etdi nisgilim, yadıma düşdün…
    Nazəndə sevgilim, yadıma düşdün…
    Bir müddət dost kimi gəzdik yanaşı,
    İncitdim qəlbini, mən oldum naşı.
    Sənsiz, ey gözəlim, bağrımın başı
    Oldu dilim-dilim, yadıma düşdün,
    Nazəndə sevgilim, yadıma düşdün.
    Gözlərim yoldadır, qulağım səsdə,
    Səni unutmaram mən son nəfəsdə.
    Ey ceyran baxışlım, ey boyu bəstə,
    Ey tazə-tər gülüm, yadıma düşdün,
    Nazəndə sevgilim, yadıma düşdün.

Комментарии • 7

  • @user-yo3gr8pl2x
    @user-yo3gr8pl2x 7 месяцев назад +1

    İstedadlı xalqimiza eşq olsun!

  • @user-ke7is8mo7y
    @user-ke7is8mo7y Месяц назад

    Vaqif müəllimin zövqünə söz ola bilməz, və nə gözəl musiqilər ifa edir.

  • @elmiramahmudova4742
    @elmiramahmudova4742 7 месяцев назад +1

    ❤🙏🙏🙏❤

  • @kardasofficial1976
    @kardasofficial1976 7 месяцев назад +2

    Müellim çok sagol ❤

  • @user-jk5qu3fx2w
    @user-jk5qu3fx2w 2 месяца назад

    Целый оркестр!!браво КЛАСС дай Бог здоровья Вам. АА синти Украина Г.Киев А.А Коранбой Кенче

  • @user-cv1lq6mg9i
    @user-cv1lq6mg9i 5 месяцев назад

    Allah can sağlığı versin

  • @user-lh8wr5mo4u
    @user-lh8wr5mo4u 5 месяцев назад +1

    Əziz müəllimim həmişə yaşayıb yaradasınız