Tarda ifa: "Sevgilim" (bəstəkar Cahangir Cahangirov). İfa edən Vaqif Mahmudov

Поделиться
HTML-код
  • Опубликовано: 9 окт 2024
  • SEVGİLİM
    (Sözləri Ənvər Əlibəylinindir)
    Göy sular qəlbimin aynasıdır, ay qız,
    Arzular - ömrümün solmayan yaraşığı.
    Dünyalar gözələ dönsə belə, yalnız,
    Bil, sənin, ey gözəl, olmuşam men aşıqın
    Sevgilim, sevgilim,
    Göz görüb, könül sevib səni, inan.
    Sevgilim, sevgilim,
    Göz görüb, könül sevib səni, inan.
    Sal yada, ilk görüş bir an oldu, ey yar.
    Gözlədim yolunu, həsrət ilə, mən sənin.
    Hüsnünə vuruldum, heyran oldum, ey yar,
    Söylədim hər zaman sevdiyim bu nəğməni.
    Sevgilim, sevgilim,
    Göz görüb, könül sevib səni, inan.
    Sevgilim, sevgilim,
    Göz görüb, könül sevib səni, inan.
    Sən mənə bir dəstə gül verdin, ay qız,
    Qalmadı nə qüssəm, nə də ki dərdim,
    O gülün əvəzində mən sənə, ay qız,
    Eşqimin şahidi könlümü verdim.
    Sevgilim, sevgilim,
    Könlümün səsinə cavab ver mənim.
    Sevgilim, sevgilim,
    Könlümün səsinə cavab ver mənim.
    Bu gün sahilə çıxaq yenə gəzməyə,
    Saçını darasın qoy sərin külək.
    O gülü neylərəm, könlünü ver mənə,
    Qoy yenə çırpınsın sinəmdə ürək.
    Sevgilim, sevgilim,
    Könlümün səsinə cavab ver mənim.
    Sevgilim, sevgilim,
    Qəbimin səsinə cavab ver mənim.

Комментарии •

  • @latifagunturk3140
    @latifagunturk3140 11 месяцев назад +4

    Her zaman var olun canım müellimim

  • @FuadSeyidli
    @FuadSeyidli 11 месяцев назад +4

    Super mahni, gozel ifa.Cox sag olun.

  • @latifagunturk3140
    @latifagunturk3140 4 месяца назад +2

    Bu gün tekrar dinledim, elinize üreyinize sağlık eziz müellimim

  • @MahbanuCebrayilova-y1k
    @MahbanuCebrayilova-y1k 7 месяцев назад +3

    Menim gözəl müəllimim Allah sizə can sağlığı versin