Yumurta çatlama - Ovulyasiya nə vaxt olmalıdır?

Поделиться
HTML-код
  • Опубликовано: 7 июн 2023
  • tel: +994 50 797 17 07
    İnstagram: dreminhaqverdiyev
    Digər RUclips kanalımız: / @yorgunginekoloq327
    Ovulyasiyanın nə olduğunu başa düşmək üçün qadın cinsiyyət orqanı sisteminin quruluşu və fəaliyyəti barəsində təsəvvürlərə malik olmaq lazımdır. Qadın yumurtalıqlarının qabıq qatında “yatmış” vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.
    Menstruasiyanın (aybaşı) birinci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunur. Bu hormonun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə iki və ya üçü) inkişaf edir. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə onun diametri artıq 20 mm-ə çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur. Menstruasiyanın ortasında hipofiz vəzidə LH-lyüteyinləşdirıcı hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması - ovulyasiya prosesi baş verir.
    “Ovulyasiya” sözu latın dilində olan ovum - yumurta sözündən götürülmüşdür. Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü tədricən artaraq yumurtalığın divarının dartılmasına səbəb olur. Menstruasiyanın ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir.

Комментарии • 5

  • @asifamiraslanov8792
    @asifamiraslanov8792 10 месяцев назад

    👍👍👍

  • @DenizOmer-zy8sm
    @DenizOmer-zy8sm 2 месяца назад

    Salam hekim mendede falikul catlamlr iynesi vurulur vaxtlnda evvel aybasl oluram ola bilermiki catlama bas vermesin

  • @user-xo7yx8zq1d
    @user-xo7yx8zq1d 10 месяцев назад +2

    Salam Doktor Aybaşın Hansı gundei Hamilə qala bilərəm Zəhmət olmasa cavab yazın

    • @gunayn-ova4024
      @gunayn-ova4024 8 месяцев назад +2

      Programlar var bunu hesablamaq üçün, axırıncı aybaşı vaxtınızı yazın, orada sizə göstərəcək hansı günlər sizdə ovulyasiya günləridir, o ovulyasiya günləri hamilə qala bilərsiz.

    • @HemideZeynalova-ri5wv
      @HemideZeynalova-ri5wv 2 месяца назад

      Salam hansı praqramdı zəhmət olmasa deyin​@@gunayn-ova4024