Xocalı faciəsinin 29-cu ildönümünə ədəbi-bədii kompozisiya

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024
  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin nəzəriyyə sinifinin şagirdləri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn ədəbi-bədii kompozisiya hazırlayıb.
    Müəllim Samirə Quliyevanın təşkilatçılığı ilə təqdim olunan bu kompozisiyada 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş erməni vəhşiliyindən, körpəyə, qocaya, uşaqlı analara qarşı törədilmiş insanlığa sığmayan işgəncələr və görülməmiş qətllərdən bəhs edilir.
    Ədəbi-bədii kompozisiya M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin rəsmi “facebook” və “instagram” sosial şəbəkələrində #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.
    Xocalı faciəsi heç bir zaman unudulmayacaq!

Комментарии •