Könül Xasıyeva - Qayit gəl | Tənhalığın səsi

Поделиться
HTML-код
  • Опубликовано: 10 фев 2025
  • Xoşbəxtliyi səndə tapan ürəyim,
    Çarəsizdir,tükənmişəm qayıt gəl.
    Sənsizliyi kimsə bilməz mənim tək,
    Yoxluğuna bələnmişəm qayıt gəl.
    Bu gedişlə ümid yoxdur sabaha,
    Bundan sonra çətin sevəm bir daha.
    Gecə gündüz əl açmışam Allaha,
    Yalnız səni dilənmişəm qayıt gəl.
    Darıxmışam qalsa əgər düzünə
    Üşüyürəm ayrılığın buzuna.
    Sən ayaq basdığın yolun tozuna,
    Su olmuşam çilənmişəm qayıt gəl.
    Qəlbimi bürüyüb qaranlıq sükut
    Ruhum tənəzzüldür,edibdir süqut
    Gərək deyil mənim sevgimə sübut,
    Yüz ələkdə ələnmişəm qayıt gəl.
    Müəllif: Amid Fərəcov

Комментарии • 15