📖 Ənbiya Surəsi 🎙 Qari - بندر بليلة | Bandar Balilah

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • 📖 Ənbiya Surəsi
    🎙 Qari - بندر بليلة | Bandar Balilah
    41. Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri həmin o istehza etdikləri şey məhv etdi.
    42. De: "Gecə də, gündüz də sizi Mərhəmətli Allahdan müdafiə etməyə qadir olan kimdir?" Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər.
    43. Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər.
    44. Bəli, Biz onlara və atalarına ömürləri boyunca qədər xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!
    45. De: "Mən sizi ancaq vəhy ilə qabaqcadan xəbərdar edirəm". Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər.
    46. Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: "Vay halımıza! Biz, həqiqətən də zalım olmuşuq"- deyərlər.
    47. Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.
    48. Biz Furqanı müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət kimi Musa və Haruna vermişdik.
    49. O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər.
    50. Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?
    51. Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.
    52. Bir zaman o öz atasına və tayfasına: "Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?"- demişdi.
    53. Onlar: "Biz atalarımızı onlara ibadət edən görmüşük!"- demişdilər.
    54. İbrahim demişdi: "Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz".
    55. Onlar: "Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?"- demişdilər.
    56. İbrahim demişdi: "Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
    57. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!"
    58. Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.
    59. Onlar dedilər: "Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!"
    60. Bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik"- dedilər.
    61. Digərləri də: "Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər"- dedilər.
    62. Onlar dedilər: "Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?"
    63. İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun".
    64. Onlar öz-özlərinə müraciətlə: "Həqiqətən də, siz zalımlarsınız"- dedilər.
    65. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: "Axı sən bilirsən ki, bunlar danışmırlar".
    66. İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?
    67. Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?"
    68. Onlar dedilər: "Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz".
    69. Biz: "Ey od! İbrahim üçün sərin və zərərsiz ol!"- dedik.
    70. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.
    71. Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.
    72. Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik.
    73. Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
    @quranayetleri #quranayetleri @raadalkurdy

Комментарии •