61 il sonra "Bir Qalanin Sirri" filminin chekilish mekanina uz tutduq

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    "Bir Qalanın Sirri" filmini yəqin ki, izləməyən yoxdur. Növbəti süjetimiz bu filmin çəkildiyi rayondan, daha doğrusu əksər səhnələrin çəkildiyi yerdən bəhs edir. 61 ildən sonra o məkanlar yenidən əməkdaşlarımız tərəfindən lentə alınıb.
    Bu kəndi Şamaxının Hollivudu da adlandıra bilərik. Söhbət Şamaxının Xınıslı kəndindən gedir. Kənddə "Bir Qalanın sirri", "Qaçaq Nəbi", "Dədə Qorqud" kimi tanımış filmlərin çəkilişləri aparılıb. "Bir Qalanın sirri" filiminin çəkilişində kənd sakinləri də yaxından iştirak edib. O zamanlar uşaq olan kəndin yaşlı sakinləri filmin həyəcan doğuran səhnələrinin necə və hansı çətinliklərlə ərsəyə gəldiyini maraqla xatırlayır. Filmin ən əsas həyacanlı səhnəsi Şamaxının Xınıslı kəndində yerləşən Gülüstan və Pidrəki dağının arasında çəkilib. Göygöz kosanın Elşəni tələyə saldığı yer bu iki dağın arasında lentə alınıb. Dağın mənzərəsini görəndə həmin o səhnələr insanın gözləri önündə yenidən canlanır. Çəkilişlərdə epizodik rollarda əsasən kənd sakinləri yer alıb. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Hazırda kəndin görüntüləri o illərdən bir qədər fərqlənsə də bəzi əraziləri gördükdə filmi xatırlamamaq mümkün olmur. Onlardan biri də gördüyünüz bu bulaqdır. Qeyd edək ki, "Bir qalanın sirri" tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə lentə alınıb. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır.

Комментарии • 23

  • @sebuhisebuhi1052
    @sebuhisebuhi1052 4 года назад +24

    allah rehmet elesin olenlere qewey artistler olub

  • @yafetmikailov7518
    @yafetmikailov7518 Год назад +6

    Allah rəhmət eləsin Boyuk Azərbaycan Sənətkarlara

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 Год назад +8

    Allah Rəhmət Eləsin Böyük Sənətkara Əvəz Olunmaz Aqtiyor Və Aktrisalar Ruhunuz Şad Olsun

  • @ruhanabiyeva4395
    @ruhanabiyeva4395 Год назад +8

    Bizim Xudat şəhərindədə Ağ Atlı oğlan çekilib

  • @muradmhrrmov6545
    @muradmhrrmov6545 3 года назад +6

    Məlumat üçün təşəkkürlər

  • @halilhalilov-mv4tp
    @halilhalilov-mv4tp 3 месяца назад +1

    Rejisor Əlisettar Atakişiyev olub o böyük insani Azerbaycanda küstürdüler getdi rusiyada qocalar evinde öldü Allah rəhmət eləsin mekanı cennet olsun🌹🌹🌹🌹

  • @sarivanagayev6925
    @sarivanagayev6925 Год назад +2

    Hələdə bu kinoya həvəslə baxıram

  • @solkasolkayev7352
    @solkasolkayev7352 2 года назад +7

    Toxunulmaz filmler

  • @elmaryusubova7994
    @elmaryusubova7994 Год назад +2

    🥰

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 Год назад +2

    Maragli melumat üçün sag olun.Bizi o vaxtıara qaytara bildiniz xeyali olarag

  • @SeyidBulbuleOfficial
    @SeyidBulbuleOfficial 2 года назад +11

    Samaxida cekilib ama filmde Mətanet usaqlara Deyirki Elsen Mingəçevirin en yaxsi ekskavator cusudur

    • @kosmos.6726
      @kosmos.6726 2 года назад +2

      👍👍👍👍.

    • @elxaneliyev3052
      @elxaneliyev3052 Год назад +4

      Kinonun evveli Mingecevirde cekilib.

    • @ilgarmehdiyev3649
      @ilgarmehdiyev3649 2 месяца назад

      Doğrudur,amma filmlər bözi istisnalar olmaqla uyğun məkanlarda çəkilir

    • @SamirMnsimov
      @SamirMnsimov 16 дней назад

      @@elxaneliyev3052mərdəkanda da çəkilib

    • @elnar_abdullayev6158
      @elnar_abdullayev6158 15 дней назад

      Mərdəkanda çəkilib

  • @vaqifrzayev2876
    @vaqifrzayev2876 Год назад +2

    merdekan kendide de çekilib bezi yerleri

  • @mingcevirodlaryurdupitomni5335
    @mingcevirodlaryurdupitomni5335 9 месяцев назад

    Mingəçevirdə çəkilməyib bes boz dağda 😊

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 Год назад

    Мингечевирде Боз Дагда магара вар иди орада чекилиш олуб. Сонра ресторан елииблер. Иланлар чох олдугу учун ораны багладылар...

  • @alihasanov5406
    @alihasanov5406 Год назад

    Шамахы менесы шам ахачын ахысы смола

  • @sadmoeoov75
    @sadmoeoov75 10 месяцев назад +3

    Nə şamaxı o səhnələr Leninqradda çəkilib mən də kinoşünasam filmin çəkilişləri Mingəçevir kəlbəcər bir də Mərdəkan da olub Şamaxıda bəyin oğurlanması çəkilib yalnış məlumatdı