İLQAR MAHMUDOV KÜRKÜN KƏNDİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024
  • Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsinin Kürkün kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Kürkün kənd ümumi orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Yusif İmaməddin oğlunun büstü ilə tanış olub. Səyyar qəbul zamanı Rayon rəhbəri tərəfindən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Kürkün kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kürkün kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
    #Quba #Alpan #Kürkün #səyyarqəbul

Комментарии •