7-8 MİN İL ƏVVƏL NAXÇIVANDA YAŞAYIŞ OLUB

Поделиться
HTML-код
  • Опубликовано: 2 июл 2024
  • 7-8 MİN İL ƏVVƏL NAXÇIVANDA YAŞAYIŞ OLUB
    3 iyun 2024-cü il tarixindən AMEA Naxçıvan Bölməsinin Arxeoloji ekspedisiyası Babək rayonunun Göynük kəndi yaxınlığında, dəniz səviyyəsindən 1420 m yüksəklikdə yerləşən Bülövqaya yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. Tədqiqatın məqsədi e. ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanların həyat tərzini, köç yollarını öyrənməkdən ibarətdir.Qeyd edək ki, ilkin araşdırmalar bu köçlərin e. ə. V minilliyin ikinci yarısında, dalmatəpə mədəniyyətinin yayılmasından sonra baş verdiyini deməyə imkan verir. Arxeoloji materialların gələcək tədqiqi və karbon analizlər daha dəqiq tarix deməyə imkan verəcəkdir.
    #QafqazTV #Naxçıvan #arxeologiya

Комментарии •