Əli Mirəliyev - Bağışla (1987)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • sözləri: Oqtay Şamil
    musiqisi: Eldar Mansurov
    müşayiət: "Səadət" instrumental ansamblı, bədii rəhbər Ağacəbrayıl Abbasəliyev, 1987
    I
    Sən mənim yolumu çox gözləmisən,
    Məni həm sevmisən, həm gizləmisən.
    İllərlə qəlbində əzizləmisən,
    Bağışla, sevgilim, bağışla məni.
    Nəqarət:
    Axı bu sirri mən hardan biləydim?
    Yağan yağışdanmı, qardan biləydim?
    Bəlkə də yandığım yerdən biləydim,
    Bağışla, sevgilim, bağışla məni.
    II
    Mən öz həmdəmimi duya bilmədim,
    Hələ də bilmirəm, niyə bilmədim,
    Bir inam olmuşdu deyə bilmədim,
    Bağışla, sevgilim, bağışla məni.
    Nəqarət:
    İndi son təsəlli ürək səsimdir,
    Qara gözündəki qara əksimdir.
    Heçnə deməsən də, elə bəsimdir,
    Bağışla, sevgilim, bağışla məni.

Комментарии • 2

  • @TebrizMelikov
    @TebrizMelikov Год назад +1

    Allah can sagligi versin sene Eli Mellim

  • @mirdamdcfrov9524
    @mirdamdcfrov9524 5 месяцев назад

    ƏLİ MİRƏLİYEVƏ UZUN ÖMÜR ARZU EDİRƏM!! 🎉❤👍👍👍🇦🇿🇦🇿🇦🇿💞💞💞