Yemək Resepləri/Dadlı kartof kotletinin hazırlanması/

Поделиться
HTML-код
  • Опубликовано: 2 июл 2024
  • Salam dostlar
    Bu gün həm asan, həm də tez bir zamanda başa gələn çox dadlı kartof kotletinin hazırlanmasını paylaşıram
    Videoda da qeyd etdiyim kimi soğanı artırıb göyərti əlavə etmək olar
    Kartof kotletini acika ilə də servis etmək olar
    Dəyərli izləyicilərim zəhmət olmasa kanalıma abunə olun. Bəyənib rəy yazan hər kəsə təşəkkür edirəm.
    Lazım olan ərzaqlar:
    7-8 ədəd kartof
    1 baş soğan
    3 ədəd yumurta
    1 x.q silmə duz
    Çay qaşığının ucunda toz qırmızı istiot və toz qara istiot
    0,5 ç.q quru nanə
    Qızartmaq üçün:
    Duru yağ apardığı qədər
    Sousun hazırlanması:
    2 ədəd iri pomidoru sobada bir az közlədikdən sonra qabığını soyub xırda-xırda doğradım. Blenderdən də keçirmək olar.
    Üzərinə 2 x.q duru yağ, çay qaşığının ucunda pul bibər, toz qara istiot, 0,5 ç.q duz, 0,5 ç.q quru nanə əlavə edib qarışdırıram

Комментарии • 16