Amerikada həm işlə həmdə səyahət et | Work & Travel Amerikaya səyahət etmək bu qədər asan olmamışdı

Поделиться
HTML-код
  • Опубликовано: 5 июн 2022
  • #WAT tələbələrə mükəmməl yay tətili vəd edən ən ideal proqramdır. Siz bu proqram vasitəsi ilə tətilinizi səmərəli keçirdərək həm işləyib müəyyən məbləğdə pul qazanmaq, həm də səyahət imkanından yararlanaraq Amerikanı kəşf edə bilərsiniz.
    Baxmayaraq ki, bu proqram vasitəsilə siz işləyib müəyyən məbləğdə qazanc əldə edə bilirsiz, lakin proqramın mahiyyətini sırf qazanca bağlaya bilməzsiniz.
    Ümumiyyətlə bu proqram 1949-cu ildə tərtib olunmuş və əsas məqsədi II Dünya müharibəsindən sonra millətlər arasında yaranmış neqativ münasibətləri aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu proqram sayəsində Amerika ilə Avropa arasında mədəniyyət mübadiləsi baş tutdu. Eyni zamanda Avropalı tələbələrin Amerikaya gələrək işləyib pul qazanmaları ölkənin iqtisadi inkişafı üçün nəzərdə tutulmuş bir addım idi. İlk vaxtlar proqram vasitəsilə 3 ölkə: Fransa, Almaniya, İngiltərə tələbələri Amerikaya işləməyə göndərildi. Daha sonra bu hərəkata Avstaliya və Yeni Zelandiya kimi uzaq ölkələr də qatıldı. Zamanla proqrama qoşulan ölkələri sayı artdı və nəhayət ki, 2004-cü ildə Azərbaycan da ilk tələbəsini #Amerika ya göndərməyə nail oldu.
    Beləliklə WAT proqramı Amerika hökümətinin icazəsiylə və dəstəyi ilə hər il həyata keçirilir. İllik 60 mindən çox tələbə proqramda iştirak edir. Siz də proqrama müraciət edərək xaricdə iş #təcrübə si əldə etməklə yanaşı, Amerikada Vətənimizi təmsil edə və əcnəbi mədəniyyətlə yaxından tanış ola bilərsiniz.
    İndi isə müraciət edən tələbələrin bizə tez-tez verdiyi sualları cavablandırmaq istədim:
    - WAT proqramına kimlər müraciət edə bilər? WAT proqramına İngilis dili bilikləri B1-B2 səviyyəsində olan, 18-25 yaş arasındakı Bakalavr, Magistratura və Doktorantura tələbələri müraciət edə bilər. Vurğulamaq istərdim ki, proqram ancaq əyani təhsil alan tələbələr üçün keçərlidir.
    - Digər məsələ tələbələrin uni göstəricilərinin proqrama təsir edib-etməməsidir. Bildirmək istərdim ki, göstəricilərinizin yüksək olması proqrama qəbul zamanı deyil, viza üçün müsahibə zamanı üstünlük olacaqdır.
    - Tələbələri narahat edən məsələlərdən biri də sponsor şirkətlə müsahibədən kəsilmə riski və iş seçimi ilə bağlıdır. Demək istərdim ki, tələbə qeydiyyatdan keçdikdən sonra şirkətimiz tərəfindən görülən ilk iş tələbəyə dil səviyyəsinin yoxlanılması üçün imtahan təşkilidir. Bununla yanaşı bu imtahan sponsorla müsahibəyə hazırlıq xarakteri də daşıyır. Belə ki, imtahandan keçən tələbələrin 99%-i müsahibədən keçmiş sayılır. Müsahibə zamanı tələbələrə ingilis dili səviyyəsi və bacarıqlarına uyğun işlər təklif olunur. Tələbəyə 3 dəfə #iş seçimi şansı verilməsinə rəğmən 3-cü işdən imtina haqqı verilmir. Nəzərə almalısınız ki, təklif olunan işlər yalnız xidməti sahələri əhatə edir. Buraya əyləncə parkları, supermarket, restoran, otellər və s. daxil ola bilər. Maaşlar isə saatı 8-15$ arası dəyişir.
    Unutmayın ki, WAT proqramı sizə sizə iş təcrübəsi qazanmaq fürsətindən əlavə, Amerikanın gözoxşayan təbiətiylə və meqapolis şəhərləriylə unudulmaz səyahət, eyni zamanda dil biliklərinizi inkişaf etdirəcək ... dünya vəd edir.
    Əziz istirakçılar, tələbəlik illərinizi marəca dolu keçirdib ömür boyu unudulmaz etmək istəyirsinizsə, Amerikada iş və səyahət proqramını qaçırtmayın.
    📱070 227 01 21
    📱055 207 02 16
    📍C. Cabbarlı 44, Caspian Plaza 1, 7-ci mərtəbə

Комментарии • 8

  • @hesenseferov2321
    @hesenseferov2321 Год назад

    Zəhmət olmasa visa imtahanı haqqında tam məlumat verərdiz

  • @zeynalehmedzade1098
    @zeynalehmedzade1098 Год назад +3

    Salam universitetin 4cu kursunda getmek mumkundu ?

    • @mikaylnamazov9601
      @mikaylnamazov9601 Год назад

      mümkündür amma çox çətindir viza almaq 4cü kursda

  • @vina473
    @vina473 Год назад

    Qiymət nə qədərdir?

  • @nevergiveup7493
    @nevergiveup7493 2 года назад

    öncelikle Türkiye'den selamlar...Konuyla alakasız olduğunun farkındayım, ama bir şey öğrenmek isterim; ŞU ANDA AMERİKA'DA EN BİLİNEN VE EN MEŞHUR SANATÇI KİMDİR?

    • @azerbaycan_genci
      @azerbaycan_genci Месяц назад

      Lady Gaga

    • @vageeef5753
      @vageeef5753 Месяц назад

      ​@@azerbaycan_genci Taylor Swiftdir axı, rekordlar qırır dayanmadan dəqiq bilmədən niyə məlumat verirsiniz

    • @azerbaycan_genci
      @azerbaycan_genci Месяц назад

      @@vageeef5753 Ağıllı 3 il Amerikada yaşamışam 🤓