Hüseynağa Hadıyev - Sən olmuşam (lyrics)
HTML-код
- Опубликовано: 7 янв 2024
- İfa: Hüseynağa Hadıyev
Musiqi: Emin Sabitoğlu
Söz: Gəray Fəzli
Sən coşqun dənizsən, yoxsa bir ada ?
Sən şirin nəğməsən, yoxsa bir səda ?
Odur ki, sirlərlə dolu dünyada
Tək sənin sirrini bilən olmuşam,
Sənin gülüşünə gülən olmuşam.
Sevinən, gülən mən olmuşam
Sirrini bilən, mən olmuşam,
Mən olmuşam.
Sevinən, gülən mən olmuşam
Sirrini bilən, mən olmuşam,
Mən olmuşam.
Pəncərəm günəşə açılır deyə,
Günəş də bənzəyir nur piyaləyə.
Dağda şəlaləyə, düzdə laləyə,
Sənin baxışınla baxan olmuşam,
Səmada ay kimi axan olmuşam.
Ay kimi axan mən olmuşam,
Yoluna baxan mən olmuşam,
Mən olmuşam.
Ay kimi axan mən olmuşam,
Yoluna baxan mən olmuşam,
Mən olmuşam.
Sən gedən yolların yolçusuyam mən,
Sən gəzən dağların ovçusuyam mən,
Sən baxan göylərin ulduzuyam mən,
Səninçün alışan, sönən olmuşam
Mən özüm deyiləm, mən sən olmuşam.
Alışan, sönən mən olmuşam
Özüm deyiləm sən olmuşam,
Sən olmuşam.
Alışan, sönən mən olmuşam
Özüm deyiləm sən olmuşam,
Sən olmuşam.
Sən olmuşam.
Sən olmuşam. - Видеоклипы
Allah rəhmət eləsin qəbri nurla dolsun çox məlahətli oxuyurdu diksiyasl o qeder gözəldi ki