ERMİTAJ AZƏRBAYCAN MUZEYİ İLƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Поделиться
HTML-код
  • Опубликовано: 14 фев 2020
  • Ermitaj Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb bu haqda növbəti görüntümüzdə
    İlk birgə aksiya noyabr ayında Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı açılacaq xalça sərgisi olacaq.
    2020-ci ildə Azərbaycan forumun qonaq ölkəsidir.
    Saziş çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkielin koordinatoru olacağı “Pazırıq xalçası” layihəsi nəzərdə tutulur. Bu laboratoriyada görmə qabiliyyəti zəif olanlar üçün əl işlərinin irihəcmli modellərinin yaradılması üçün metod işlənib hazırlanıb. Bu sərgidə dünyanın ən qədim, e.ə. IV-III əsrlərə aid edilən xalçasına məhz bu metodla da baxmaq olacaq.
    Azərbaycan Milli Xalça Muzeyində unudulmuş xalçaçılıq texnologiyasını bərpa edən tədqiqat mərkəzi var. Toxucular görmə qabiliyyəti zəif olan insanlar üçün Pazırıq xalçasının fraqmentlərinin irihəcmli nüsxələrini yaratmaq məqəsdilə Ermitajın metodologiyasını və öz bacarıqlarını birləşdirəcəklər. Bu həm də hər kəsin köhnə ustaların əməyini daha yaxşı qiymətləndirməsinə imkan verəcək
    ☎ +994 23 33 5 56 4
    📱 +994 55 237 86 01
    📍 Quba / H.Əliyev pr.219
    🌐 www.qafqaztv.az
    www.qafqaztv.az
    / qafqaztv.az
    / qafqaztv.az
    / qafqaztvaz

Комментарии •