Ramiz Qusarçaylı - Qurudub göndərmə bənövşələri

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Şeir: Ramiz Qusarçaylı - Qurudub göndərmə bənövşələri
    Səsləndirmə: Ramiz Qusarçaylı
    Biraddımla'ya RUclipsda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    RAMİZ QUSARÇAYLI - QURUDUB GÖNDƏRMƏ BƏNÖVŞƏLƏRİ
    Əlimə alınca əlim qurudu,
    Qurudub göndərmə bənövşələri.
    Nəfəsim qurudu, dilim qurudu
    Qurudub göndərmə bənövşələri.
    Çatmadım bu il də yaza bilirəm,
    Darıxa bilirəm susa, bilirəm.
    Özüm quruyanda dözə bilirəm,
    Qurudub göndərmə bənövşələri.
    Əl saxla, dər saxla, təzə-tər saxla,
    Çıxart ürəyimi üstə sər saxla.
    Mənə də ölməyə bir az yer saxla,
    Qurudub göndərmə bənövşələri.
    Ramiz Qusarçaylı:
    “4-cü sinifdə oxuyurdum. Nənəmin 97 yaşı var idi.Doğulduğum Çartəpə kəndindən Qusar şəhərinin mərkəzinə olan məsafə 3 kilometr idi.Nənəm çayın qırağıyla məni kəndimizdən Qusara aparan zaman yolda mənə 15-20 cür ot, gül göstərirdi.Məni yarpaqlarla tanış edirdi ki, bu gəlinbarmağıdı, bu quşəppəyidi, bu cincilimdi, bu əvəlikdi.Bu mənə qəribə gəlirdi.97 yaşlı bir qadın mənə təbiətdən dərs keçirdi.Əslində orda mənim üçün təbiətin poeziyası başlamışdı.
    Bir dəfə “Azərbaycan gəncləri” qəzetinə şeir apardım.Rəhmətlik Tofiq Mütəllimov poeziya şöbəsinin müdiri idi.Redaksiyada “Sən” adlı şeirimi oxudum.Məhəbbət şeiri idi.Şeiri oxuyandan sonra dedilər ki, Mikayıl Müşfiq olmaq istəyirsən? Cavab verdim ki, Mikayıl Müşfiq olmaq istəmirəm, Mikayıl Müşfiq var da, mən Ramizəm.Şeiri bəyənsələr də, çapına razılıq vermədilər.Təbiət, təhsil haqda şeir göndərməyimi məsləhət gördülər. “Bağban” şeirim xoşlarına gəldi və “Azərbaycan gəncləri” qəzetinin “Yaşıdlar” bölməsində çap olundu.“Azərbaycan gəncləri” qəzeti SSRİ-də ən populyar qəzetlərdən biri idi.Ora imzası düşmək böyük şərəf idi.
    17 yaşında “Qusarçaylı” təxəllüsünün xeyir-duasını isə mənə Xalq şairi Osman Sarıvəlli verdi.
    3 il yarım Ukraynada kömür şaxtalarında hisin-pasın içində işləməyə məni ədəbiyyat sevgisi çəkib apardı.Ukraynalı şair Boris Lastavenkonun köməkliyi ilə vətəni tərk edərək ədəbi fəaliyyəti Ukraynada da davam etdirməyə çalışdım.Ukraynaya bizim şairləri təbliğ etmək üçün getmişdim.Həm də, 12-13 ukraynalı şairi Azərbaycan dilinə tərcümə elədim.O vaxt Məmməd İsmayılın “Gənclik” jurnalında ilk rubrika, “Misra körpüsü” mənimlə başladı. Haqqımda bir səhifə material vermişdilər.
    Şaxtada işlədiyim dövrlərdə bir gün poçt qutusuna gəldim, baxdım ki,görüm mənə bir məktub varmı.Gördüm içində bir konvert var.Mənim adıma məktub gəlib.Açdım elə bildim yazı var konvertin içində.Gördüm bir ağ kağızdı,içində də üç dənə bənövşə.Həmin vaxtlarda da yaz ayları idi. “Qurudub göndərmə bənövşələri” şeirini bu hadisədən sonra yazdım..”
    #ramizqusarçaylı #qurudubgöndərməbənövşələri #ramizqusarcayli #qurudubgondermebenovseleri #şeir #şair #poeziya #ədəbiyyat #ədib #sənət #sənətkar #musiqi #biraddimla #biraddimlayol

Комментарии • 3

  • @jmila9713
    @jmila9713 2 года назад

    Əməyinizə sağlıq...💙

  • @nigar3252
    @nigar3252 2 года назад +1

    Rəhmətlik Məhəbbət Kazımov bu şeirə mahnı oxumuşdu.Şairə də təşəkkürlər

  • @qubaictimainezaret919
    @qubaictimainezaret919 7 месяцев назад

    ❤❤❤❤❤