İstənməyən hamiləliklərə SON! Ən effektli 2 ÜSUL!!!

Поделиться
HTML-код
  • Опубликовано: 26 сен 2021
  • #hamiləlikdənqorunma #spiral #qoruyucutabletlər
    Facebook: / uzm.dr.resadsultan
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    Arzuolunmaz hamiləlikdən necə qorunmaq olar? Spiral nədir?
    Hamiləlikdən qorunmanın bir çox üsulları var Bunlardan ən effeftiv olan iki metod:
    1- SPIRAL metodu
    2- QORUYUCU TABLETLƏR
    Spiral yad cism olaraq uşaqlığa yerləşdirilir. Artıq mayalanmış bir embrionun uşaqlıq divarına birləşməsinin qarşısını alır. Yəni spiral follikulun yetişməsini əngəlləmir, ovulyasiyanı əngəlləmir, aybaşının funksiyasını pozmur, hətta sperm hüceyrəsi ilə mayalanma da baş verir. Sadəcə olaraq əmələ gəlmiş embrion uşaqlığın divarına yapışmır. Spiral barəsində yayılmış bir çox yalnışlar var ki, bunlara aydınlıq gətirmək lazımdır. Spiral aybaşı funksiyasını poza bilərmi? Spiralın aybaşı funksiyasını pozması da yalnış fikirdir. Bir daha qeyd edirəm ki, spiral hər hansı bir dərman maddəsi deyil və aybaşı funksiyasına təsir edə bilməz. Qadınların aybaşı günləri spiraldan sonra da tam nizamlı olaraq qalır. Hansı qadınlara spiral qoymaq olmaz? Bir çox hallarda spiral əks göstərişdir. Buna uşaqlığın qüsurları, yəni əgər uşaqlıqda hər hansı bir inkişaf qüsuru varsa, arakəsmə varsa, ikibuynuzlu uşaqlıqdırsa, hədsiz çox kiçik ölçüdədirsə, biz belə hallarda spiral qoyulmasını məsləhət etmirik
    Həblər -arzuolunmaz hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır. Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir.

Комментарии • 11

  • @aslanl0134
    @aslanl0134 Год назад +9

    İnsanlar necə manqurtlaşıb ilahi.Abortdan bezmişəm demir ki Allahdan qorxuram,məsum bir cana qıymaq istəmirəm

  • @nesibemuradli4638
    @nesibemuradli4638 Год назад +4

    Ən yaxşı isprali neciyə qoyrsuz

  • @user-or2yk7vr7i
    @user-or2yk7vr7i Год назад +5

    Hekim matka baglatdlrmaq basqa fesat yarada bilermi ??

  • @elcinsixeliyev7604
    @elcinsixeliyev7604 2 года назад +3

    hekim bu matqa şekilini efire vermesez olmaz🤔ki??

  • @asimanallahverdiyev8039
    @asimanallahverdiyev8039 2 года назад +1

    Nömrəniz işləmir sizin?

  • @melek-dl5ud
    @melek-dl5ud 2 года назад +7

    Hekim salam men 1 ildi evliyem hamile qala bilmirem hekim.deyirki folekulum partlamir 2 ay qalir bedenimde boyuyur ve içine qan duwerek kistaya çevrilir bunun sebebini tapa bilmirler siz komek ola bilersinizmi

    • @lemane-va
      @lemane-va Год назад

      Koku qaynadin suyunu icin,folikulu partladir

    • @fud1860
      @fud1860 Год назад

      @@lemane-va feleklum nedir

    • @nailaxmedov206
      @nailaxmedov206 Год назад

      Salam sizin falekul yetişir?

    • @MiriYusifli
      @MiriYusifli 3 месяца назад

      ​@@lemane-vanne qaynadaq???

    • @user-pr6rk5zr1i
      @user-pr6rk5zr1i 23 дня назад

      Qozun icinin pərini qaynadin için partladir falikulu