Hamiləlikdə tez-tez USM zərərlidirmi? - Ultrasəs müayinəsi

Поделиться
HTML-код
  • Опубликовано: 16 сен 2021
  • Facebook: / uzm.dr.resadsultan
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    USM-lə müayinə zamanı müxtəlif ölçülü dalğalardan istifadə edilir. Hansı dalğalardan istifadə oluması isə müayinənin növündən asılı olaraq dəyişdirilir. USM müayinəsinin hamilə qadınlara zərələri barədə çox sözlər söylənilir, amma bu sözlərin heç biri öz təsdiqini tapmayıb.
    Aşağıdakı hallarda hamilə qadına USM müayinəsi təyin edilə bilər:
    * hamiləliyin pozulması təhlükəsi olduğu zaman
    * boru hamiləliyi şübhəsi olduğu zaman
    * hamilə qadında əvvəllər uşaqsalma, uşağın ölümü baş verdikdə
    * vaxtından əvvəl doğum təhlükəsi olduqda
    * hamilə qadında və ərində xroniki xəstəliklər olduqda (şəkərli diabet, qan xəstəlikləri)
    * hestoz zamanı
    * hamilə qadında və ərində rezus faktoru olduqda
    * çoxdöllü hamiləlik olduğu zaman
    * yaxın qohum evliliyi zamanı
    * hamiləlik zamanı daxili orqanlarda patoloji xəstəliklər baş verdikdə
    * hamilə qadında və ya ərində irsi xəstəlik olduqda
    * kimya müəssisələrində və ya rentgen şüaları olan yerdə işləyən hamilə qadınlar olduqda.
    Aşağıdakı hallarda hamilə qadın bir-neçə dəfə müayinə edilir.
    Hamilə qadının USM müayinəsindən keçməsi onun yaşadığı ölkənin "Ana və uşaqların mühafizəsi haqqında” qəbul edilən qanununa uyğun olaraq təyin edilir. Qadın məsləhətxanasının qaydalarında hamilə qadının doğuma qədər neçə dəfə müayinə olunması qeyd edilirsə, mama-ginekoloqlar da o sayda müayinə tələb edirlər. Amma digər bəzi patoloji xəstəliklər meydana çıxarsa, müayinənin sayının artırılması münasib sayıla bilər.
    1. Adətən ilk USM müayinəsi hamiləliyin 11-14-cü həftəsində təyin edilir. Amma Daun sindromu və bu kimi xəstəliklərin təyin edilməsi üçün hamiləliyin son aylarında müayinələr aparmağa ehtiyac duyulur. Bəzi hallarda isə təcili olaraq qadın çağrılır. Bu hallar aşağıdakılardır:
    * uşaqlıq qanaxmaları
    * qarının aşağı hissəsində sancılar baş verdikdə
    * hamiləlik irəlilədikcə qarının böyüməməsi zamanı.
    2. Normal hamiləlik zamanı ikinci USM müayinəsi hamiləliyin 20-24-cü həftəsində təyin edilir. Bu zaman uşağın başında və onurğa beynində patologiyanın olub-olmaması müayinə edilir. Daun, Edvard, Patay simptomları da bu dövrlərdə müayinə edilir.
    3. Üçüncü USM müayinəsi 31-34-cü həftələrdə təyin edilir. Bu zaman dölün hansı istiqamətdə yerləşməsi, dölyanı maye və göbək ciyəsi müayinə edilir.
    Əks göstəriş:
    Ultrasəslə müayinənin əks təsiri müəyyən edilməyib. Lakin bu müayinə üsulu meydana çıxdıqdan sonra USM-in ana bətnindəki uşağa təsirini öyrənmək üçün bir çox eksperimentlər keçirilib.

Комментарии • 30

  • @sultanovnihad5143
    @sultanovnihad5143 2 года назад +3

    Salam doktor abortdan sonra aybaşı görmürem test etdim hamilə olduğum məlum oldu uizide gösterdiynə göre uşaq böyükdü ola bilərmiki həkim abort etməsin yada ekiz uşaqlar olsun bu mümkündümü çox xaiş edirem sualımı cavablayardız

  • @RONALDO_CR776
    @RONALDO_CR776 2 года назад +2

    Salam mən 3 cü aya teze keçşişəm 5 deqiqeden bir sidik qaçırma olur sanki sidik yolunu nə isə tutur çox əziyyət çəkirəm bunn bir tehlukəsi varmı

  • @gulnarepashali9956
    @gulnarepashali9956 Год назад +2

    Salam hekim 28 heftelik hamileyem axrinci defe 1 ay olar ki doplere düşmüşem her ay uziye düşmeliyemi heç bir problem yoxdu bu vaxta kimi butun yoxlanışlardan kecmişem vacibdirmi her ay uziye duşmek

  • @fidanqarayeva5668
    @fidanqarayeva5668 2 года назад +2

    Hamiləlikdə 3mm ölcüdə böyrəkdə daş varsa nə etməli müalicənin körpəyə ziyanı yoxdur ki əvvəlcədən təşəkkürlər cavab versəz

  • @dadissalayev8032
    @dadissalayev8032 2 года назад +3

    Salam doktor men 21 hefte 2 gunluk hamileyem hekme geddim usm da usaq boynunu eyri saxlayib dedi gelecek ayda yene baxarm dedi sizce niye bele olub?

  • @medineeliyeva6417
    @medineeliyeva6417 2 года назад +2

    Salam hekim menim 32heftemdi suyum deyir azdl normaldır tonusludur

  • @huseynqeniyev4964
    @huseynqeniyev4964 Год назад +1

    Salam hekim hamileliyin necenci heftesinde usme getmek olar?

  • @seymuralekperov7497
    @seymuralekperov7497 5 месяцев назад +1

    28 heftelik hamileyem 1 ci hamilelikdir qorxmusam ona gore her ay uzidən kecmisem deyiblər olmaz men yenede her ay yoxlatmisam 38 yasim var g qorxmusam prablem olmaqdan ne edim indi insallah usaqda terpenmeler gucludur daha dogusa qədər getmem istemirem

  • @sahibhmidov8496
    @sahibhmidov8496 Год назад +1

    Ana bətnin böyüməməsinin gələcəkdə fəsadları nədir ? Deyə bilərsiz

  • @nahideelizade8851
    @nahideelizade8851 2 года назад +7

    Salam hekim hamilelikde gematoma olan qadinlar ne etmelidiler?

    • @sahmarehmedov8620
      @sahmarehmedov8620 2 года назад +1

      Hekime getmelidir.Hekim mualice yazir sagalir.

  • @fenadfdfdf5157
    @fenadfdfdf5157 2 года назад +1

    Salam doktor cooxx xahis edirem cavablandirardiz men 2 il bundan evvel matqada damar embolizasiyasi oldum 6 aydan sonra mrt etdirdim her şey normaldi emeliyatima sebeb dogus vaxti hekim sehlenkarligi hem usagi mehv etdi hemde usaqligimi.sonra 2 ci hamileik oldu o usaq 3 ayliginda qusurlu oldilugunu ucun suni dogus oldu ama indi usaq yoxdu ve hamile qalmiram hekimler deyir her şey normaldi mende normal hamilelik ola bilermi?

    • @peteseskenflyedit9784
      @peteseskenflyedit9784 2 года назад +1

      Salam xanim nəce bilindi qusur olduqu ?men hekime getdim iki test eletdirdim amma hekim deyir gelen hefteleride gel tam 3ayindayan qusur olsaydı deyerdimi?

  • @o_a_memmedli9455
    @o_a_memmedli9455 2 года назад +2

    Salam hekim menim qan qurupum 3- di yoldaşımın 4+ di bu sağda problem yardar

    • @nesrinpasha
      @nesrinpasha 2 года назад +2

      Məndə də 1- yoldaşımda 1+ di ona görə 28ci həftədə immunoqlobulin deyilən iynə var peyvənd kimi onu həkimlər deməlidi sizə vurmalısız. Birdə əvvəlcədən kumbs adlanan analiz var onu da verməlisiz.

  • @gunayaliyev5124
    @gunayaliyev5124 2 года назад +4

    Həkim.anam.xərçəng.xəstəsidir.4cü.dərəcəli.heç.yaşatmaq.mümkün.deyil.ximya.etmək.olmaz.cavab.verin.xahiş.edirəm

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  2 года назад

      Əziz izləyici,qeyd olunan nömrəylə əlaqə saxlayıb suallarınıza ətrafı cavab tapa bilərsiniz. Əlaqə nömrəsi : +994 51 717 55 15

  • @salamkerbelayi6397
    @salamkerbelayi6397 2 года назад +4

    Salam xanimlar bowuna sual vermeyin onsda hekim cavab vermir tesufki....

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  2 года назад

      Əziz izləyici,qeyd olunan nömrəylə əlaqə saxlayıb suallarınıza ətrafı cavab tapa bilərsiniz. Əlaqə nömrəsi : +994 51 717 55 15

  • @moonlife5493
    @moonlife5493 2 года назад +3

    Salam hekim men 1 ildi falekul yetişir amma partlamir .Menusturasiya vaxtı vaxtında olur.Amma falekul partıamir müalicede olunmuşam 3 aydida iyne vurdurdum yene partlamadı.Bunun başqa yolu varmı falekulu partlatmaq?

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  2 года назад

      Əziz izləyici,qeyd olunan nömrəylə əlaqə saxlayıb suallarınıza ətrafı cavab tapa bilərsiniz. Əlaqə nömrəsi : +994 51 717 55 15

    • @imamovvidadi202
      @imamovvidadi202 2 года назад +1

      tez hamile qalmaq üçün falikulu partlatmaq üçün iyne var var birde aybaşından sonra içilen derman onu edende Allahın kömeyi ile tez qalır uşaq mende ele olub

    • @QismetOrucov
      @QismetOrucov 8 месяцев назад +1

      Salam uşaga qala bildinizmi?

  • @nicatibrahimov6518
    @nicatibrahimov6518 2 года назад +1

    Salam hekim dopler muayinesi necenci heftede olmalidi?

    • @jdjkdkdk5190
      @jdjkdkdk5190 2 года назад

      Salam xanım mende maraqlandım həkimim 20 heftesinde dedi

    • @nicatibrahimov6518
      @nicatibrahimov6518 2 года назад

      @@jdjkdkdk5190 men 20hefteni kecmisem gede bilerem onda

    • @jdjkdkdk5190
      @jdjkdkdk5190 2 года назад

      @@nicatibrahimov6518 mence gede bilersiz ginekoloqunuzla meslehetleşin de yenede mene 20 de deyilib men 12 heftedeyem Allah kömey olsun sizede sağ salamat vurun başa İnşeAllah

    • @nicatibrahimov6518
      @nicatibrahimov6518 2 года назад +2

      @@jdjkdkdk5190 cox sagolun insallah Allah butun hamilelere komek olsun

    • @jdjkdkdk5190
      @jdjkdkdk5190 2 года назад +1

      @@nicatibrahimov6518 Amin bacım