Sünnəni tərk etməyin mənfi təsirləri. Dünyakı və axirətdəki pis nəticələri #12 l Adil Rəcəbov
HTML-код
- Опубликовано: 8 фев 2025
- Kitab: Peyğəmbərə ﷺ tabeçilik tövhidinin gerçəkləşdirilməsi
Müəllif: Şeyx Valid ibn Seyf ən-Nasr
Şərh edən: Adil Rəcəbov
İkinci fəsil
Tabeçiliyin əmr olunması, onun səmərələri və ona etinasızlığın nəticələri
5 - Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olmaq - haqq və hidayət üzərində sabit qalmağa səbəbdir:
Allah Təala buyurur:
"Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və (Allahdan) qorxanlar üçün böyük bir mükafat vardır. (Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”- dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər." (Ali-İmran, 172-173).
Allah həmçinin buyurur:
"Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı." (ən-Nisa, 66).
6 - Peyğəmbərə (sallallahu aleyhi və səlləm) itaət Allaha itaət deməkdir
Allah buyurur:
"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik." (ən-Nisa, 80).
7 - Allaha və Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) itaət imanın əlamətidir və möminlərin sifətlərindəndir
Allah buyurur:
Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”- demələridir. Nicat tapanlar da məhz onlardır. Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz onlar uğur qazananlardır. (ən-Nur, 51-52).
8 - Peyğəmbərə (sallallahu aleyhi və səlləm) itaət edənləri Allah zülmətdən nura çıxarır
Allah buyurur:
Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (əl-Maidə, 15-16).
Allah zülmətləri çox və müxtəlif yollar kimi, nuru isə yalnız bir doğru yol kimi təqdim edir.
Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm) bizə gəldi və biz kasıblıq haqqında danışırdıq. O sallallahu aleyhi və səlləm) buyurdu:
"Allaha and olsun ki, mən sizi aydın bir yol üzərində buraxmışam, gecəsi gündüzü kimi aydındır."
Əbu Dərda dedi:
"Allaha and olsun ki, Peyğəmbər doğru danışdı. O, bizi aydın bir yol üzərində buraxdı, onun gecəsi gündüzü kimi aydındır."
(İbn Macə).
Beləliklə, sünnə aydın bir işıqdır, heç bir zülməti yoxdur və həqiqətə doğru aparan bir yol kimi qalmaqdadır. Sünnəyə müxalif olan hər şey isə zülmətdir.
9 - Hidayət və doğru yol Allaha və Onun Rəsuluna itaətdədir
Allah Təala buyurur:
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə - yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”. (əl-Əraf, 158).
10. Sünnəyə tabe olmaq insanı zəlalətdən, azğınlıqdan və bidətdən qoruyur
Peyğəmbər ﷺ buyurmuşdur:
"Sizə iki şey qoyub gedirəm, onlara sımsıxı sarıldığınız müddətdə azmayacaqsınız: Allahın Kitabı və Onun Rəsulunun sünnəsi."
[əl-Muvatta (2/899), bunu Şeyx Əlbani "əs-Səhihə"də (761) səhih olaraq təsdiqləmişdir].
Əbu Osman əl-Hiri demişdir:
"Kim Sünnəni öz üzərinə söz və əməl baxımından tətbiq edərsə, hikmətlə danışar. Kim isə nəfsinin istəyini söz və əməl olaraq üstün tutarsa, bidətlə danışar." Allah-Təala buyurur: "Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız." (Nur, 54)
[əl-İ'tisam, Şatibi (1/96)].
İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
"Bu zəlalətlərin əksəriyyəti, Kitab və Sünnəyə sarılmayanlara yol tapmışdır. Necə ki, İmam Zühri deyirdi: 'Keçmiş alimlərimiz deyərdilər ki, sünnəyə sarılmaq nicatdır, elm isə tez aradan qalxır...'"
[Sunən əd-Darimi (1/58, №96)].
İmam Malik (Allah ona rəhmət etsin) buyurur:
"Sünnə Nuhun gəmisi kimidir. Kim ona minsə, nicat tapar, kim ondan geri qalarsa, sulara qərq olar."
Çünki sünnə, şəriət və mənhəc qulları Allaha aparan doğru yoldur. Peyğəmbər ﷺ isə bu yolda rəhbər və yol göstərən bələdçidir.
Allah-Təala buyurur:
"Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik)." (Əhzab, 45-46)
[əl-Fətava, 4/56].
Sosial şəbəkələrdə bizi izləməyi unutmayın:
Saytımız: ixlasla.com
RUclips: / ixlasla
Instagram: / ixlaslacom
Telegram: telegram.me/ix...
Twitter: / ixlaslacom
Facebook: / ixlasla
Facebook: / ixlaslacom
#ixlasla #islam #quran
👍👍👍