Mikayıl Müşfiq - Yenə o bağ olaydı (sözləri) Yenə o bağ olaydı Yenə yığışaraq siz O bağa köçəydiniz... Biz də muradımızca Fələkdən kam alaydıq Sizə qonşu olaydıq Yenə o bağ olaydı Səni tez-tez görəydim Qələmə söz verəydim Hər gün bir yeni nəğmə Hər gün bir yeni ilham Yazaydım səhər-axşam Arzuya bax, sevgilim Tellərindən incəmi? Söylə ürəyincəmi? Yenə o bağ olaydı... Yenə o bağ olaydı Yenə sizə gələydik Danışaydıq, güləydik Ürkək baxışlarınla Ruhumu dindirəydin Məni sevindirəydin Yenə o bağ olaydı Yenə o qumlu sahil Sular ötəydi dil-dil Saçın kimi qıvrılan Dalğalara dalaydım Dalıb ilham alaydım Arzuya bax, sevgilim Tellərindən incəmi? Söylə ürəyincəmi? Yenə o bağ olaydı... Yenə o bağ olaydı Sevdalar ölkəsində O söyüd kölgəsində İnci qumlar üstündə Yenə verib baş-başa Yayı vuraydıq başa Arzuya bax, sevgilim Tellərindən incəmi? Söylə ürəyincəmi? Hər gün bir yeni nəğmə Hər gün bir yeni ilham... Yazaydım səhər-axşam Yazaydım səhər-axşam Yenə o bağ olaydı... Yenə o bağ olaydı...
Videonu bəyənib paylaşmağı və kanala abunə olmağı unutmayın😇
Mikayıl Müşfiq - Yenə o bağ olaydı (sözləri)
Yenə o bağ olaydı
Yenə yığışaraq siz
O bağa köçəydiniz...
Biz də muradımızca
Fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Yenə o bağ olaydı
Səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə
Hər gün bir yeni ilham
Yazaydım səhər-axşam
Arzuya bax, sevgilim
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Yenə o bağ olaydı...
Yenə o bağ olaydı
Yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla
Ruhumu dindirəydin
Məni sevindirəydin
Yenə o bağ olaydı
Yenə o qumlu sahil
Sular ötəydi dil-dil
Saçın kimi qıvrılan
Dalğalara dalaydım
Dalıb ilham alaydım
Arzuya bax, sevgilim
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Yenə o bağ olaydı...
Yenə o bağ olaydı
Sevdalar ölkəsində
O söyüd kölgəsində
İnci qumlar üstündə
Yenə verib baş-başa
Yayı vuraydıq başa
Arzuya bax, sevgilim
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
Hər gün bir yeni nəğmə
Hər gün bir yeni ilham...
Yazaydım səhər-axşam
Yazaydım səhər-axşam
Yenə o bağ olaydı...
Yenə o bağ olaydı...