Göytəpə çayı üzərindəki piyada körpüsü təmir edildi

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Cəlilabadda qəzalı vəziyyətdə olan körpü təmir olunub. Göytəpə çayı üzərində inşa olunan piyada körpüsü son illər sakinlərin hərəkəti üçün təhlükəli vəziyyətdə idi. Yenicə əsaslı təmir olunan körpüdə indi piyadalar rahat şəkildə hərəkət edə bilirlər.
    Göytəpə çayı üzərində salınan piyada körpüsü Cəlilabad və ətraf rayonların sakinlərinin istifadə etdiyi yeganə körpüdür. Strateji əhəmiyyət kəsb etsə də körpü hər hansı qurumun balansında olmadığı üçün uzun illər idi ki, təmir edilmirdi. Bu səbəbdən də qəzalı vəziyyətə düşən körpü piyadalar üçün təhlükə mənbəyinə çevrilmişdi.
    Şəhər Sakini Akif Cavadov: “Həm maşınların həm də piyadaların gediş-gəliş yolu bərbad vəziyyətdə idi.”
    Şəhər Sakini Nadir Şükürov: “Keçilməz idi. Adam keçəndə yıxılırdı. Bəzi vaxt qadınlar, uşaqlar çətinlik çəkirdilər.”
    Cənub bölgəsini ölkənin paytaxtı ilə birləşdirən yeganə körpü 1961-ci ildə inşa edilib. Həmin illərdə sakinlərin hərəkəti üçün piyada keçidi nəzərdə tutulmamışdı. Sakinlər çayın üzərindən piyada keçmək üçün yalnız avtomobil körpüsündən istifadə edirdilər. Bu da onlar üçün çox təhlükəli idi. 1988-ci ildə sözügedən piyada körpüsü rayon sakinləri tərəfindən inşa edilsə də lakin sonrakı illərdə təmir olunmamışdı. Hazırda adıçəkilən körpünü təmir edilməsi hər gün bu yolla hərəkət edən piyadaların sevincinə səbəb olub
    Sözügedən körpü 46 saylı Yol İstismar İdarəsinin daxili imkanları hesabına təmir edilib.
    46 Sayli Yol İstismar İdarəsinin İstehsalat mühəndisi Əsəd Kərimov: “2016-cı ilin 4-cü rübündə burada istinad divarının çıxış hissəsində Astara istiqamətində qəzalı vəziyyətdə idi. Biz o istinad divarı üçün metal kansrtruksiyalı estekadadan istifadə etdik. Hazırda mən 100 faiz söz verirəm ki, bu körpünün ömrü birdəfəlik uzandı.”

Комментарии • 19