Şabranda ana və oğlunu güllələyən şəxs təfərrüatları danışıb

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024
  • Aprelin 11-də Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.
    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
    Hadisə zamanı N.İslamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Комментарии •