Nəriman Həsənzadə - Qadına məktub

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • Şair: Nəriman Həsənzadə
    Oxuyur: Kamal Yashar
    "Qadına məktub".
    Sizin qızınızla görüşürük biz,
    Gedirik gah yolla, gah kənar izlə.
    Bunu mən bilirəm, siz bilmirsiniz,
    O gəlir sizin öz icazənizlə.
    Tələbə yoldaşı, rəfiqəsi var,
    İşi də çox olur,bəzən dərsi də
    Mənəm qızınızın,necə deyərlər-
    "tələbə yoldaşı", "rəfiqəsi" də
    Mən başa düşürəm siz anasınız
    Ürəyə sığışmır adi həyəcan
    O,evə dönüncə nigaransınız
    Evdə olanda da mənəm nigaran.
    Bir ömür mənzili uzun,ya qısa...
    Məhəbbət,doğmalıq-hansı qədimdir?
    O sızin adicə qızınızdısa,
    O mənim yeanə səadətimdir.
    Siz də heyransınız,mən də bir qıza
    Kimin qapısından o girməlidir?
    Dünya elədir ki, biri tapırsa,
    Biri...təbiidir itirməlidir.
    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi,istəyi
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur,mənim qismətim.
    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında baş əyir aləm
    Mən də baş əyirəm,vidalaşıram-
    Qızınız gələcək,mən getməliyəm.

Комментарии • 64

  • @rafigabasov
    @rafigabasov 5 лет назад +53

    Bu layihədə səsləndirilmiş ən gözəl şeir və qeydə alınmış ən gözəl səsləndirmə budur məncə. Sadəcə möhtəşəm. Dinlədikcə "kaş bir qədər də uzun olsaydı" deyirəm hər dəfə.

    • @jalarzayeva5300
      @jalarzayeva5300 3 года назад +2

      Ardını siz yazın o zaman, Rafig bəy )

  • @HamidBaku
    @HamidBaku 6 лет назад +33

    Kamal Yaşarın səsi,ifası cox gözəldir.
    Nə artıq pafos var,nə də qeyri-təbiilik.Cox səmimi və sadə ifa.

  • @rozelinaname5785
    @rozelinaname5785 4 года назад +5

    Videonun bir mənfi cəhəti 2 dəqiqə olmağıdı.Bu səsi daha uzun vaxt dinləmək istəyirsən.

  • @fuadslv
    @fuadslv 3 года назад +4

    Elçiliyə gedəndə bu şeiri oxuyasan😅

  • @nihatpiriyev3843
    @nihatpiriyev3843 6 лет назад +41

    Şeir bir zirvə,ifa da gözəldi.İlk dəfədi esitdim bu şeiri

  • @aytenpasayeva5249
    @aytenpasayeva5249 6 лет назад +18

    Ruhumu oxsadi 😢👌👏yazan ve seslendiren erseye getiren herkese tesekkur edirem

  • @rabdullayeva9701
    @rabdullayeva9701 4 года назад +8

    Sevgilimin Anama dedikleri 😃 sesi coxxx gozeldii dinledikce dinliyirem ruhumu sakitlewdiri😍

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 5 лет назад +10

    Əziz müəllimim Nəriman Həsənzadə,var olun ,şair!

  • @aygunsuleymanova1153
    @aygunsuleymanova1153 6 лет назад +18

    O qədər gözəl bir iş görürsünüz ki... Ürəyinizə sağlıq...

  • @safdareminov2674
    @safdareminov2674 5 лет назад +3

    1 like azdi 5000000000000 like vermek ucun ne etmeliyem?! Mohteshem sheir ve muhteshem ifa.. var olun.

  • @lebedou6955
    @lebedou6955 6 лет назад +14

    çox gözəl bir şer və onu tamamlayan gözəl bir səsləndirmə

  • @nebiyevahmad9229
    @nebiyevahmad9229 3 года назад +2

    QADİNA MEKTUB
    ( Neriman Hesenzade )
    Sizin qizinizla gorusuruk biz,
    Gedirik gah yolla, gah kenar izle,
    Bunu men bilirem, siz bilmirsiniz,
    O gelir sizin oz icazenizle..
    Telebe yoldasi, refiqesi var,
    İsi de cox olur, bezen dersi de,
    Menem qizinizin nece deyerler-
    >, > de..
    Men basa dusurem, siz anasiniz,
    Ureye sigismir adi heyecan
    O eve donunce nigaransiniz,
    Evde olanda da menem nigaran..
    Bir omur menzili uzun, ya qisa..
    Mehebbet, dogmaliq- hansi qedimdir?
    O sizin adice qizinizdisa,
    O menim yegane seadetimdir..
    Siz de heyransiniz, men de bir qiza
    Kimin qapisindan o girmelidir?
    Dunya eledir ki, biri tapirsa,
    Biri... tebiidir itirmelidir..
    Duruluq remzidir sizin qiziniz,
    Gozunden oxunur qelbi, ismeti,
    Sizin bu sevdada uduzmaginiz
    Sizin borcunuzdur, menim qismetim..
    Sizin adiniza hormet, ehtiram,
    Qadin qarsisinda bas eyir alem
    Men de bas eyirem, vidalasiram-
    Qiziniz gelecek, men getmeliyemL

  • @nsimimirelemov64
    @nsimimirelemov64 4 года назад +3

    Şeir çox gözə,l ifada həmçinin, təəssüf edirəm ki, bu şeiri indi dinləyirəm((

  • @shefiqeoruc9506
    @shefiqeoruc9506 6 лет назад +11

    Şeir deyir; öl mənə.

  • @surmeallahverdiyeva9296
    @surmeallahverdiyeva9296 6 лет назад +10

    Uzun illərdir belə ifa eşitməmişdim.Gözel!

  • @ngarabdullayeva7256
    @ngarabdullayeva7256 9 месяцев назад +1

    Bu heyatın qanunudu bırı qazanırsa bırı ıtırmelıdı ,bu gunumun sozy

  • @leylaaliyeva9292
    @leylaaliyeva9292 4 года назад +2

    Duruluq remzidir sizin qiziniz🥰

  • @carpediem5872
    @carpediem5872 5 лет назад +2

    Bu çox əjdaha videodu.

  • @alekberaskerov8181
    @alekberaskerov8181 5 лет назад +2

    Əhsən yazan şairə də səsləndirənə də

  • @kbrsfrli2876
    @kbrsfrli2876 Год назад +1

    BEXTIYARA AZADLIQ

  • @aytacahmedova4692
    @aytacahmedova4692 4 года назад +1

    Şeir sadece möhtəşəmdir Kamal yaşar seslendirme ise söz ola bilmez😍👏

  • @leyluwaa-li1948
    @leyluwaa-li1948 7 лет назад +6

    Chox geweng weirdir)))

  • @eliibadov5400
    @eliibadov5400 5 лет назад +3

    Ses. Tembri qesengdi teleffuzu yaxsi deyil

  • @ayselhuseynova8127
    @ayselhuseynova8127 5 лет назад +3

    Möhtəşəm ötəsi bir şeir, super səsləndirmə, əhsən😍

  • @konulbabayev2477
    @konulbabayev2477 5 лет назад +3

    Kamal Yaşar ifa, şeir əla..Nəriman Həsənzadə 💛

  • @malakhasanli5125
    @malakhasanli5125 5 лет назад +2

    Teşekkürler

  • @Oyans
    @Oyans 5 лет назад +3

    Həzz aldım. Ürəyinizə sağlıq.

  • @nbisuleymanov7452
    @nbisuleymanov7452 3 года назад +1

    Qayınanaya məktub:)

  • @cicekyags4983
    @cicekyags4983 6 лет назад +4

    Elaaaa

  • @s.u.m3787
    @s.u.m3787 5 лет назад +1

    Musiqinin adı nədir?

  • @maya-c
    @maya-c 6 лет назад +4

    Ifa seir ela

  • @esmirakrimova1315
    @esmirakrimova1315 5 лет назад +2

    Gözəl etiraf..

  • @РаминМирзазаде
    @РаминМирзазаде 5 лет назад +2

    Ehsen.uqurlar

  • @shamilmemmedov3198
    @shamilmemmedov3198 6 лет назад +2

    Belə lahiyələr daimi ola.Uğurlar gözəl səslənib.

  • @BATYA440
    @BATYA440 4 года назад +2

    şer də gözəldir, ifa da!

  • @hasannuriengineer
    @hasannuriengineer 5 лет назад +1

    Çox gözəl ifadə olunube fikir, süperr👏👏

  • @zeinabhamidova3464
    @zeinabhamidova3464 Год назад

    🥲🥲ne gozeldir

  • @mirasophie7049
    @mirasophie7049 7 лет назад +4

    chox gozel

  • @alienqueen4029
    @alienqueen4029 6 лет назад +5

    😍😍😍😍

  • @maxmudaskerov5555
    @maxmudaskerov5555 6 лет назад +3

    SAGOL QADAN ALARAM Kamal ;)

  • @Aytac2712
    @Aytac2712 4 года назад +1

    mohtewem ses.Mohtewem sozler🌹❤

  • @aztube3851
    @aztube3851 6 лет назад +2

    cox cox lap cox gozeldi bu seir

  • @i.bagirova.1865
    @i.bagirova.1865 4 года назад +1

    Gözəl

  • @ruyaavcs2161
    @ruyaavcs2161 6 лет назад +3

    👍

  • @sevincasadova8603
    @sevincasadova8603 6 лет назад +2

    super

  • @zamiqzad8548
    @zamiqzad8548 5 лет назад +1

    Something different

  • @gulkaakbar4113
    @gulkaakbar4113 5 лет назад +1

    Mohtesemm

  • @lamiyaava5843
    @lamiyaava5843 4 года назад +1

    Super

  • @lalarzayeva936
    @lalarzayeva936 5 лет назад +1

    ela sheyr,ela ifa

  • @samirepirverdiyeva7901
    @samirepirverdiyeva7901 4 года назад +1

    Gozel

  • @gulmikayilova5461
    @gulmikayilova5461 Год назад

    Ne qeder derin bir Mena var 2 deq bir seyirde .

  • @faridzahid908
    @faridzahid908 5 лет назад +1

    супер!

  • @ЗемаБакирова
    @ЗемаБакирова 5 лет назад +1

    👍👍👍👏👏

  • @elzaninseirleri5556
    @elzaninseirleri5556 3 года назад

    Birde Xezer Suleymanlidan dinleyin

  • @hafizbalabeyov4788
    @hafizbalabeyov4788 3 года назад

    Halal olsun Nəriman bəyə Allah can sağlığı versin

  • @aliibrahimli5662
    @aliibrahimli5662 2 года назад

    ❤️ heyif ki bu kanal bağlandı

  • @suleymanalahyarov8759
    @suleymanalahyarov8759 3 года назад

    Ses super seir super

  • @coffeeman_11
    @coffeeman_11 3 года назад

    Möhtəşəm

  • @gunlukkupon4166
    @gunlukkupon4166 6 лет назад

    Xuruwa mektub 😑

  • @arifeldar8927
    @arifeldar8927 6 лет назад +5

    "Durulur həmçinin sizin qızınız,
    Gözündən bilinir qəlbi, isməti."

    • @muxtarsqfi9841
      @muxtarsqfi9841 6 лет назад +5

      Arif Eldar,,
      Qardaş, ''Durulur''-yox, Duruluğ.

  • @asifagayev1343
    @asifagayev1343 4 года назад

    Primitiv qafiyələrin ardıcıl düzülüşü seçilmiş maraqlı mövzunu nisbətən korlayır.